xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Eyvaz Qurbanov: Azərbaycan yüksək nüfuza malikdir

19-09-2023, 11:40 59 dəfə baxılıb

Eyvaz Qurbanov: Azərbaycan yüksək nüfuza malikdir


Oğuz rayon İcra hakimiyyətinin Başçısı cənab Eyvaz Qurbanov - “Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlarımızın qorunmasına hesablanmış uğurlu və dünya ölkələrinə nümunə olacaq xarici siyasət kursu həyata keçirilir. Bu siyasət kursunun nəticəsidir ki, dünya dövlətləri Azərbaycanla əməkdaşlıq etməyə can atır. Eyni zamanda, ölkəmiz beynəlxalq aləmdə yüksək etimada və nüfuza malikdir. Dövlətimizin xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı əsas istiqamətlərdən birini təşkil edir. Tarixi Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı və ardıcıl səfərlər həyata keçirilir. Bunun da nəticəsində region dövlətləri ilə ölkəmiz arasındakı əlaqələrdə böyük canlanma müşahidə olunur.”

Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari il ərzində Tacikistana növbəti dəfə səfər etdi. Qeyd edək ki, Azərbaycanla Tacikistan arasındakı mövcud qardaşlıqlı münasibətlərinin uğurlu inkişafı ötən əsrin 90-cı illərinin əvvəlində qoyulmuşdur. Həmin dövrdə Azərbaycan və Tacikistan ağır çətinliklərlə üzləşmişdi, hər iki dövlətdə ictimai-siyasi sabitlik pozulmuş və vətəndaş müharibəsi gedirdi. Lakin Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun böyük liderlik bacarığı nəticəsində ölkələrimiz çətinlikləri arxada qoyaraq inkişaf yoluna çıxdı və bu gün Azərbaycan və Tacikistan dünyanın ən sabit ölkələrindəndirlər. Ölkələrimiz arasındakı əlaqələr bütün sahələr üzrə dinamik şəkildə inkişaf edir. Cari ilin aprel ayında Prezident İlham Əliyevin Tacikistana səfəri zamanı çoxsaylı sənədlər və memorandumlar imzalanmışdır ki, bu da Azərbaycanla Tacikistan arasındakı əməkdaşlığın hüquqi bazasının inkişafına təkan vermişdir.

Səfər çərçivəsində mühüm hadisələrdən biri də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünün keçirilməsi oldu. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fəxri qonaq qismində iştirak etməsi ölkəmizə olan yüksək diqqət və etimadın göstəricisidir. Tədbirdə çıxış edən dövlətimizin başçısı Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı çoxəsrlik qardaşlıq tarixindən, ortaq mədəni köklərdən danışıb. Cənab Prezident ölkələrimizin hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edərək, iqtisadi əlaqələrin də fəal şəkildə inkişaf etdiyini diqqətə çatdırıb. Sevindirici hal olaraq qeyd etmək yerinə düşərdi ki, ötən il ölkəmizlə Mərkəzi Asiya ölkələri arasındakı ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə 50 faiz artım qeydə alınıb. Dövlət başçısı nəqliyyat və logistika sahəsindəki əlaqələrdən danışaraq vurğulayıb ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Bəli, bu gün həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevrilmişdir. Yüksələn tranzit imkanları ölkəmizin əhəmiyyətini daha da artırmaqla yanaşı Azərbaycanın iqtisadi gücünə əlavə güc qatmaqdadır: “Ümumilikdə, Prezident İlham Əliyevin Tacikistana rəsmi səfəri, iki ölkə arasındakı mövcud əlaqələrin inkişafı və yeni əməkdaşlıq perspektivləri baxımından xeyli səmərəli və məhsuldar oldu.”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi