12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət
12:03 – Prezident həmkarını qarşıladı - Fotolar
09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir
12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb
Emin Uçar: Dünya dövlətlərinin və xalqlarının sülh, əminamanlıq, rifah halında yaşamalarına xidmət edən siyasət
18-09-2023, 13:19
44 dəfə baxılıb
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Arkoz Holdinq”in rəhbəri, Türkiyəli iş adamı Emin Uçarın keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Arkoz Holdinq”in rəhbəri, Türkiyəli iş adamı Emin Uçar qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Arkoz Holdinq”in rəhbəri, Türkiyəli iş adamı Emin Uçar səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Arkoz Holdinq”in rəhbəri, Türkiyəli iş adamı Emin Uçara biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Arkoz Holdinq”in rəhbəri, Türkiyəli iş adamı Emin Uçar - Prezident İlham Əliyevin Azərbaycanın üzv olmadığı beynəlxalq təşkilatların tədbirlərinə fəxri qonaq kimi dəvət olunması ölkə başçımızın güclü siyasətçi, Azərbaycan dövlətinin dünyada böyük nüfuza sahib olmasının sübutudur. 14 sentyabr tarixlində Prezident İlham Əliyevin Tacikistanın paytaxtı Düşənbə şəhərində Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə fəxri qonaq qismində dəvət olunması bu regionda yerləşən dövlətlərin Azərbaycan dövləti ilə sıx siyası, iqtisadi əlaqələr qurulmasına böyük maraq göstərdiklərinin nümunəsidir. Bu gün Azərbaycan dünyada müstəqil siyasət həyata keçirən, iqtisadi cəhətdən heç bir ölkədən asılı olmayan, söz sahibinə malik bir ölkə kimi qəbul olunur. Bir çox dövlətlər Azərbaycanı özlərinə dost və etibarlı tərəfdaş ölkə hesab edirlər.
Prezident İlham Əliyevin son iki ildə Mərkəzi Asiya dövlətlərinə 9 dəfə səfər etməsi ölkə başçımızın region dövlətləri ilə sıx əməkdaşlıq qurulmasına böyük əhəmiyyət verdiyinin nümunəsidir. Düşənbə şəhərində keçirilən Məşvərət görüşündə Prezident İlham Əliyev Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında mövcud siyasi və iqtisadi əlaqələrdən, eləcə də gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində görüləcək layihələr barədə çıxış etdi. Son dövrlər Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında iqtisadi, ticari əlaqələr artmaqdadır. Ötən il Azərbaycanla Mərkəzi Asiya dövlətləri ilə ticarət dövriyyəsi 3 dəfədən çox artmışdır. Birgə sənaye fondları yaradılmışdı və növbəti 3 ildə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcminin artırılması nəzərdə tutulmuşdur. Kənd təsərrüfatının və sənayenin bir çox sahələrində, eləcə də gəmiqayırma sahəsində çoxsaylı layihələr həyata keçirilir. Bu gün Mərkəzi Asiya dövlətlərinin şirkətləri Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına böyük maraq göstərirlər.
Azərbaycanda nəqliyyat- logistika sahəsində böyük layihələr icra edilmişdir. Ölkəmiz Mərkəzi Asiya dövlətlərinin Türkiyə və Avropa bazarlarına çıxışı üçün tranzit ölkə və qapıdır. Ölkə başçımız çıxışında Azərbaycanın nəqliyyat və logistika infrastrukturunun Mərkəzi Asiyadaki qardaş dövlətlər üçün hər zaman açıq olduğunu vurğuladı.
Azərbaycanda Qərblə Şərqi birləşdirən müasir və iqtisadi cəhətdən səmərəli nəqliyyat-loqistika şəbəkəsi yaradılmışdır. Bakı-Tbilisi-Qars dəmir yolu Şərqdən Qərbə və əks istiqamətdə yük daşımalar üçün ən səmərəli bir marşrut xəttidir. Bu marşrut vasitəsilə yükdaşımaların həcmi hər il artmaqdadır. Qürurla söyləyə bilərik ki, Azərbaycan Xəzərdə ən böyük ticarət donanmasına malikdir. Azərbaycanın imkanlarından istifadə edərək Mərkəzi Asiya dövlətlərindən Avropaya daşınan yüklərin həcmi artacaq ki, bunun nəticəsində bu ölkələr öz iqtisadiyyatlarını xeyli yüksəltmiş olacaqlar.
Prezident İlham Əliyevin siyasəti ölkəmizlə yanaşı dünya dövlətlərinin və xalqlarının sülh, əminamanlıq, rifah halında yaşamalarına xidmət edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: