xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2022-ci ilin Sosial-iqtisadi inkişafının yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilib

21-02-2023, 11:27 82 dəfə baxılıb

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2022-ci ilin Sosial-iqtisadi inkişafının yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilib


Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Rafil Hüseynov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Son günlər bəzi internet saytlarında Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.

Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının “2022-ci ildə Ağcabədi rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş Geniş Şura iclası keçirilib.

Toplantıdan öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində davam edən toplantıda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Aqil Abbas, rayonunun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə təşkilatların rəhbərləri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatlarının sədrləri, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələri, müharibə əlilləri və veteranları, özəl qurumların, ictimai təşkilatların nümayəndələri, qeyri-hökumət təşkilatları, sahibkarlar, fermerlər və media nümayəndələri iştirak ediblər.

Hesabat yığıncağında əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin, eyni zamanda qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələdən həyatını itirənlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Hesabatda 2022-ci ildə Ağcabədi rayonunda görülən işlər barədə hazırlanmış videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.

Daha sonra geniş məruzə ilə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov il ərzində Ağcabədi rayonunda görülmüş işlər, eyni zamanda qarşıda duran vəzifələrdən söz açıb. Rayon rəhbəri hesabat çıxışında görülən işlərlə yanaşı, bəzi sahələrdə baş verən çatışmazlıqlara, mövcud problemlərə də diqqət çəkib.

Məruzə ətrafında Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Aqil Abbas, Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Vüqar Hacıyev, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş həkimi Təranə Məmmədova, Ağcabədi RİH başçısının Salmanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, şəhid atası Sabir Sultanov, Rahib İbrahimov adına Nəcəfqulubəyli kənd tam orta məktəbinin direktoru Vüsalə Əliyeva, Qaradolaq kəndindən pambıqçı-fermer Etibar Şirinov, Ağcabədi bələdiyyəsinin sədr müavini Şəmməd Şəmmədov çıxış edib. Çıxışlar zamanı il ərzində görülmüş işlər, qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Daha sonra söz yığıncaq iştirakçılarına verilib. Ağcabədi şəhər sakini Oruc Axundov son illər rayonda aparılan təmir-tikinti, abadlıq işlərinə görə rayon rəhbərinə, Poladlı kənd sakini Əli Əliyev isə kənddə tam orta məktəb binasının tikintisinə başlanıldığı üçün ölkə rəhbərinə və birinci xanım Mehriban Əliyevaya öz təşəkkür və minnətdarlığını bildirib.

Hesabatla əlaqədar hazırlanmış qərar layihəsini Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Hafiz Hüseynov toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Sonda şura iclası iştirakçıları və rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış müraciət Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi Vüsalə Məmmədova tərəfindən oxunub.


Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2022-ci ilin Sosial-iqtisadi inkişafının yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2022-ci ilin Sosial-iqtisadi inkişafının yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2022-ci ilin Sosial-iqtisadi inkişafının yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2022-ci ilin Sosial-iqtisadi inkişafının yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2022-ci ilin Sosial-iqtisadi inkişafının yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2022-ci ilin Sosial-iqtisadi inkişafının yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2022-ci ilin Sosial-iqtisadi inkişafının yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2022-ci ilin Sosial-iqtisadi inkişafının yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2022-ci ilin Sosial-iqtisadi inkişafının yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi