xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 

Səkinə xanım Babayeva: Artan nüfuzun təqdimatı

31-05-2023, 12:49 44 dəfə baxılıb

Səkinə xanım Babayeva: Artan nüfuzun təqdimatı


Son illər qeyri-neft sektorunun, xüsusilə də paytaxt Bakıda və regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində genişmiqyaslı tədbirlər, qabaqcıl beynəlxalq təcrübəyə uyğun müxtəlif layihələr həyata keçirilir. O cümlədən qadın sahibkarlığın inkişafına dəstək göstərilir. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının fonunda sahibkarlar, o cümlədən qadın sahibkarlar səmərəli fəaliyyət göstərmək imkanı əldə ediblər. Azərbaycanda fəaliyyət göstərən bir çox sahibkar qadınlar xeyli nailiyyətlər qazanıblar. İqtisadiyyatın bütün sahələrində qadınlarımızın böyük əməyi var. Ona görə də regionlarda pambıqçılığın inkişaf etdirilməsi, yeni zavod və fabriklərin yaradılması, onların məhsullarının xaricə ixrac olunması, qadınlar arasında savadlı və təcrübəli mütəxəssislərin hazırlanması istiqamətində mühüm işlər görülür.

Bakı Tekstil Fabriki 2010-cu ildən fəaliyyət göstərir.
Bakı Tekstil Fabriki Binəqədi rayonu, Baksol ərazisi 1 ünvanında yerləşir. Hal-hazırda müəssisədə 120 nəfər işçi çalışır. Müəssisəyə Аlmаniyа, Itаliyа, Hollandiya, Yаpоniyа və Türkiyədən ən sоn xammal və tехnоlоgiyаlаr tətbiq оlunmаqlа yanaşı müаsir təcrübəyə mаlik xarici mütəхəssislər də cəlb оlunur. Hаzırdа müəssisədə yüksək kеyfiyyətə və təhlükəsizlik göstəricilərinə mаlik dünyа və аvrоpа stаndаrtlаrınа uyğun 5000-dən çох çеşidli müхtəlif tekstil məhsullаrı istеhsаl оlunur, еyni zаmаndа müхtəlif təyinаtlı dövlət və şirkət şifаrişləri həyаtа kеçirilir. «Bakı Tekstil Fabriki» MMC-nin istehsal profilinə daxildir:
- Xüsusi təyinatlı geyimlər
- Promo geyimlər
- Məktəbli geyimi
- Tibbi geyim
- Idman geyimi
- Alt geyim
- Corab
- Digər geyimlər


Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri, Bakı Tekstil Fabrikinin direktoru Səkinə xanım Babayeva - Mayın 28-də Laçın şəhərində bir qrup sakinlə görüşü zamanı Prezident İlham Əliyev Ermənistanın işğal dövründə apardığı qanunsuz məskunlaşma siyasətinə diqqqət çəkdi. Ermənilər Laçın və Kəlbəcərdə qanunsuz məskunlaşma aparırdılar ki, bu da beynəlxalq konvensiyalarla hərbi cinayət sayılır. Təbii ki, Azərbaycan işğalla barışa bilməzdi və belə də oldu. Müəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı cəmi 44 günə işğaldan azad etdi. Şuşa və bir çox kəndlər azad olunandan sonra Ermənistan kapitulyasiya aktına imza atdı.

Laçın şəhərində sakinlərlə görüşdə Prezident İlham Əliyev qeyd etdi ki, əldə edilmiş razılaşmaya görə, ermənilərin yaşadıqları Qarabağ bölgəsi ilə Ermənistan arasında bir yol bağlantısı olmalı idi və Rusiya sülhməramlı qüvvələri bu yola nəzarət etməli idilər. Beləliklə, Laçın şəhəri hələ də faktiki olaraq işğal altında idi. Məhz noyabrın 10-na qədər gedən danışıqlar nəticəsində Prezident İlham Əliyev yeni yolun çəkilməsinə və yeni yol çəkiləndən sonra Laçın şəhərinin Azərbaycana qaytarılmasına nail oldu. Yolun razılaşdırılması üçün üç il vaxt müəyyən edilmişdi, ancaq Azərbaycan ilyarım ərzində bu yolu inşa etdi və avqustun əvvəlində artıq Laçında yaşamış ermənilərə və Rusiya sülhməramlı qüvvələrinə bildiriş göndərildi ki, bu ərazidən çıxsınlar. Beləliklə, avqustun 25-də sonuncu erməni işğalçı, yaxud ki, qanunsuz yaşayan Laçını tərk etdi və avqustun 26-da Azərbaycan Ordusu Laçına qayıtdı.

Səkinə xanım Babayeva: Artan nüfuzun təqdimatı


Ölkə başçısı sakinlərlə görüşü zamanı onu da bildirdi ki, danışıqlar müddətində müxtəlif mərhələlər, müxtəlif məqamlar olub. Azərbaycana qarşı təzyiqlər və hədələr olub və ölkəmizin işğalla barışması üçün böyük səylər göstərilib. Ancaq Prezident İlham Əliyevin əyilməz mövqeyi, iradəsi bütün bu səyləri alt-üst etmişdir. Ölkə başçısı bir daha vurğuladı ki, torpaqdan pay ola bilməz. Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan xalqı güclü iradə göstərdi və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq. Prezident İlham Əliyev Qarabağda qalan separatçılara da çox ciddi xəbərdarlıq etdi. Ölkə başçısı qeyd etdi ki, “Miatsum” və separatizmin kitabı bağlanıb. Müstəqillik xülyası statusun dalınca gedib. Son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq Azərbaycanın mövqeyi ilə tamamilə razılaşıblar. Ona görə ki, Azərbaycan haqlıdır öz mövqeyindən kənara bir addım belə atmır. Ona görə bu gün nə müstəqillikdən, nə muxtariyyətdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır.

Səkinə xanım Babayeva: Artan nüfuzun təqdimatı


Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşdə Ermənistanın saxtakarlıq siyasətinə də diqqət çəkdi. Ölkə başçısı qeyd etdi ki, bir müddət bundan əvvəl Azərbaycanın iki hərbçisi yolu azaraq Ermənistan ərazisinə keçib və orada da işgəncələrə məruz qalıb. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla Azərbaycan nümayəndələri belə bir razılığa gəliblər, əgər kimsə yolu azsa, maksimum iki günə o adamlar qaytarılmalıdır. Azərbaycan tərəfi buna əməl edib. Mayın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşdə Azərbaycan tərəfi bildirdi ki, bu, dözülməzdir. Amma bunun əvəzinə onlara iş verilib, 11 il müddətinə məhkum ediliblər.
Səkinə xanım Babayeva: Artan nüfuzun təqdimatı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi