xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 

Saleh Sadiqov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

7-02-2023, 13:01 40 dəfə baxılıb

Saleh Sadiqov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin rəisi Saleh Sadiqovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin rəisi Saleh Sadiqovdur.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin rəisi Saleh Sadiqov - Hidrogeoloji-meliorativ xidmət suvarılan regionlarda hidromeliorativ sistemlərin istismarı orqanlarının (təşkilatının) tərkib hissəsidir. Xidmətin əsas vəzifəsi meliorasiya olunmuş torpaqlarda dayanıqlı – qənaətbəxş su, hava, duz və qida rejimlərini təmin edən tədbirlərin əsaslandırılması və yerinə yetirilməsi üçün torpaqların meliorativ vəziyyəti üzərində nəzarəti həyata keçirməkdir. Torpaqların meliorativ vəziyyəti üzərində nəzarətin nəticələri aşağıdakı məsələlərin həlli üçün vacibdir: su və torpaq ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, proqnoz məsələlərinin həlli, suvarma və drenaj sistemlərinin tikintisi və yenidənqurulması layihələrinin ekoloji əsaslandırılması və sair.

1981-ci ildən etibarən respublikanın suvarılan torpaqlarının meliorativ vəziyyətinin hərillik kadastrı tərtib edilir. Hidrogeoloji-melorativ xidmət idarəsi kadastrın və müvafiq xəritələrin tərtibi üçün öz müşahidələrindən əlavə, respublikanın digər layihə-axtarış və geoloji təşkilatlarının materiallarından da istifadə edir. Suvarılan torpaqların meliorativ vəziyyətinin əsas göstəriciləri kimi aşağıdakılar qəbul edilir: kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı; qrunt suları səviyyəsinin yatım dərinliyi; 0-1 m, 0-2 m-lik qatda torpaqqruntların şorlaşma dərəcəsi; aerasiya zonasında (qrunt suları səviyyəsinə qədər) ümumi duzların miqdarı və profil üzrə yayılma xarakteri; torpaqların şorlaşma və şorakətləşmə dərəcəsi; qrunt və suvarma sularının ümumi minerallığı, kimyəvi tərkibi və qələviliyi və s. Suvarılan torpaqların meliorativ vəziyyətinin göstəricələri bir neçə əvvəlki illərlə müqayisədə istiqaməti nəzərə alınaraq qiymətləndirilir. Hidrogeoloji-meliorativ xidmətin vəzifəsinə eləcə də meliorasiya olunan torpaqlarda su və duz balansları müşahidələrinin təşkili və aparılması aiddir.[1]

Hidrogeoloji-meliorativ xidmətin yerinə yetirdiyi işlərin tərkibi aşağıdakılardır:

suvarılan torpaqların meliorativ vəziyyətini müəyyənləşdirən təbii və meliorativ təsərrüfat amilləri barədə məlumatların toplanılması və təhlili;
meliorasiya olunan torpaqların su və duz balansları müşahidələri: meliorasiya olunmuş torpaqlarda qrunt suları rejimi üzərində müşahidələr;
suvarma üçün istifadə olunan səth, drenaj və yeraltı suların keyfiyyətinə nəzarət;
aparılan meliorativ tədbirlərin səmərəsinin müəyyənləşdirilməsi ilə təsnifatlaşdırılmış meyar və kateqoriyalara görə suvarılan torpaqların vəziyyəti;
torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması və ya pisləşməsinin qarşısının alınması üzrə təklif və tədbirlərin işlənib hazırlanması;
bitkilərin yerləşdirilməsinə, suvarma rejimlərinə və yumaların aparılmasına, meliorativ tədbirlərin aparılması planlarına, sudan istifadə planlarına və başqa işlərə operativ düzəlişlərin aparılması üçün su təsərrüfatı və digər təşkilatların lazımi məlumatlarla təmin edilməsi. Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi həmçinin aşağıdakı işləri yerənə yetirməlidir: suvarma suyundan düzgün istifadə olunmasına mütəmadi nəzarət etmək;
suvarmaya nəzarət etmək: suvarmaya suyun verilməsinə, tullantı suların və drenaj axımı üzərində nəzarət ölçmələri aparmaq; kollektor-drenaj şəbəkəsinin texniki vəziyyətinə nəzarət etmək;
torpaqların fiziki-kimyəvi və su-fiziki xüsusiyyətlərinin və torpaq strukturunun dəyişilməsi və mühəndisi-geoloji təzahürlər üzərində müşahidələr aparmaq;
rejim müşahidələri məlumatları əsasında hidrogeoloji parametrlərin təyini və proqnozların düzgün və dürüstlüyünün qiymətləndirilməsi.
Yeraltı suların rejimi üzərində müşahidələr dayaq, təsərrüfatdaxili və müvəqqəti quyular şəbəkəsi vasitəsilə respublikanın geoloji-regional müşahidə şəbəkəsi nəzərə alınmaqla yerinə yetirilir. Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin vəzifələrinə eləcə də aşağıdakılar aiddir: təbii amillərin (iqlim və hidrogeoloji) cədvəllərinin tərtibi və təhlili; planlaşdırılan və faktiki suvarma sahələri və normaları, sistemin faydalı iş əmsalı (f.i.ə.), suvarmaya verilən su, drenaj axımı və onun minerallığı; əsas kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının dinamikası və meteoşəraitin, aqrotexnikanın, su təminatının uçotunun aparılması; dayaq quyuları üzrə qrunt suları rejiminin xronoloji qrafiklərinin qurulması; qrunt sularının yerləşmə dərinliyi və minerallıqları xəritələrinin (1:25000….1:50000 miqyasında) qurulması; sahələr və sistemlər üzrə torpaqların şorlaşma xəritələrinin tərtibi (şorluq planalması aparılan hallarda); torpaqların meliorativ vəziyyəti xəritələrinin tərtibi. Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin torpaqların meliorativ vəziyyəti üzərində apardığı nəzarət meydana çıxan qeyri-qənaətbəxş proseslərin vaxtında müəyyənləşdirilməsi məqsədi ilə hidroloji, hidrogeoloji və hidrokimyəvi göstəricilər və onların vəziyyəti üzərində müntəzəm müşahidə sistemi kimi torpaq və su obyektləri üzərində dövlət monitorinq sisteminin tərkib hissəsidir.

Hidromeliorativ sistemdəki hidrometrik məntəqələr və müşahidə quyularıdır. Suyun uçotunun aparılması üçün hidromeliorativ müşahidə şəbəkəsində hidrometrik məntəqələrin aşağıdakı qrupları yaradılır:

dayaq məntəqələri – suvarma sisteminə suyun götürüldüyü yerdə su obyektinin hidroloji rejiminin əsas parametrlərinin müəyyənləşdirilməsi üçün;
baş məntəqələr – su obyektindən suvarma sistemi nə, öz axımı ilə və ya maşın magistral kanalına götürülən suyun həcminin uçotunun aparılması üçün;
paylayıcı məntəqələr – inzibati rayonların sərhədlərində su istifadəçilərinə suyun paylaşdırılma məntəqələrində magistral kanalın qollarının və müxtəlif dərəcəli paylayıcı kanalların başlanğıcında verilən suyun uçotunun aparılması üçün;
təsərrüfat məntəqələri – təsərrüfatlara – su istifadəçilərinə verilən suya nəzarət olunması və uçotunun aparılması üçün;
tullayıcı (sonuncu) məntəqələr–tullanan suların və kollektor-drenaj sularının uçotunun aparılması üçün;
balans məntəqələri – ayrı-ayrı sahələrin, rayonların, iri kanalların, bütövlükdə sistemin su balansının vəziyyəti və təhlilinin uçotunun aparılması üçün.

Açıq tipli suvarma sistemlərinin hidrometriyası olub, su uçotu məntəqələrinin xarakteristikası ilə açıq suvarma və su təsərrüfatı sistemlərində suyun sərfinin və ya həcminin ölçülməsinin metod və texniki vasitələrindən ibarətdir. Açıq suvarma sistemlərinin

tərkibində daxildir:
nasos stansiyaları,
hidrotexniki qurğular,
drenaj sistemləri və sair ola bilər.
İstismar hidrometriyası hidromeliorativ və su təsərrüfatı sistemləri üçün suyun uçotu sisteminə bir tərkib hissə kimi daxildir. İstifadə olunan su uçotu sisteminin təsnifatı hidromeliorasi- ya və su təsərrüfatı sistemlərinin təyinatından (suvarma, qurutma, su ilə təmin etmə) asılı deyildir. Ancaq bütün tip su təsərrüfatı və hidromeliorativ sistemlərin və sudaşıyıcıların (təzyiqsiz, təzyiqli, təzyiqsiz-təzyiqli) su uçotu məntəqələrinin funksional təyinatından asılı olaraq, su sərfinin ölçülməsi metod və vasitələrinə olan texniki tələbatdan irəli gəlir.

Azərbaycan Respublikasının suvarılan torpaqlarının meliorativ vəziyyətinə nəzarət işləri Hidtogeoloji-Meliorativ Xidmət İdarəsi (HGMXİ) tərəfindən yerinə yetirilir. Azərbaycan Respublikasının suvarılan torpaqlarının meliorativ vəziyyətinə nəzarət etmək məqsədi ilə 1981-ci ildən başlayaraq hər il suvarılan torpaqlarının meliorativ vəziyyətinə dair kadastr hazırlanır və hazırlanmış ilk belə kadastr aşağıdakı massivlər üzrə həyata keçirilmişdir.

İdarədə yeni texniki vasitələrlə təchiz edilmiş hidrogeoloji-meliorativ məlumatların hazırlanması və İnnovasiya Mərkəzində yaradılmış internet portalında çöl-müşahidə məlumatlarının operativ toplanılması təşkil olunmuş, bu qayda ilə daxil olmuş məlumatların əsasında rayonlar üzrə suvarılan torpaqlarda yeraltı suların yatma dərinliyi, qrunt sularının minerallaşma dərəcəsi, torpağın şorlaşması və hidrogeolojimeliorativ vəziyyəti xəritələrinin tərtibatı üzərində işlərin əhatə dairəsi genişləndirilmiş və bu istiqamətdə işlər hazırda da davam etdirilir. Əvvəllər kameral işlərin yerinə yetirilməsi dövründə xəritələrin işlənilməsi, rənglənməsi əl ilə həyata keçirilirdisə, indi ən son texnologiyanın gücündən istifadə etməklə yerinə yetirilir. Respublikanın suvarılan torpaqları əraziyə görə 9 suvarma massivinə, dağ rayonları və şəhərlərin suvarılan torpaqlarına bölünərək qiymətləndirilir. Suvarılan torpaqların şorlaşması və şorakətləşməsinin əsas səbəblərindən biri kimi qrunt sularının yatım dərinliyi və onun minerallaşması olduğundan, təkrar şorlaşmanı dəqiqləşdirmək məqsədi ilə bu istiqamətdə tədqiqatlar və ardıcıl müşahidələr aparılmaqdadır. Suvarılan ərazilərin hidrogeoloji-meliorativ vəziyyətinə nəzarət üzrə tədqiqatlarda su obyektləri üzərində hidrometriya işlərinin aparılması əsas yer tutur. Hidrometriya işlərinin aparılmasında əsas məqsəd su mənbələrindən götürülən suların inzibati rayonlar arasında bölüşdürülməsi zamanı ayrı-ayrı suvarma massivlərinin su tələbatının ödənilməsinin və ərazinin ümumi su-duz balansının təyinindən, suvarma sularının işlədilmədən kollektorlara axıdılmasına və sairə işlərə nəzarət etməkdən ibarətdir. Bunun ücün kanal və kollektorlar üzərində (əvvəlində, lazımi məntəqəsində və sonunda), inzibati rayonların ərazisində və sərhədində müşahidə məntəqələri yerləşdirilmiş və həmin məntəqələrdə su səviyyəsi, su sərfi və suyun kimyəvi tərkibi üzərində müşahidələr aparılır. HGMXİ mütəxəssisləri tərəfindən hazırda Saatlı rayonu ərazisində Sol sahil və digər kanalı üzərində suyun sərfinin avtomatik ölçülməsi və mobil rabitə vasitəsi ilə ölçmə nəticələrinin gün ərzində müəyyən intervallarla bazaya ötürülməsi və bazada konkret proqram əsasında kanalda su sərfinin insan əli dəymədən təyin edilməsi istiqamətində işlər davam etdirilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi