xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 

Azərbaycanda investisiya mühiti çox müsbətdir

21-01-2023, 10:53 106 dəfə baxılıb

Azərbaycanda investisiya mühiti çox müsbətdir





Sərmayənin cəlb edilməsi hər bir ölkə üçün çox önəmli məsələdir. Hazırda bütün dünyada investisiyalar uğrunda ciddi mübarizə gedir. Ayrı-ayrı ölkələr milli iqtisadiyyatlarının inkişafı, infrastruktur quruculuğu, hətta sosial məsələlərin həlli üçün nəzərdə tutulan layihələrin icrasına maliyyə vəsaitləri cəlb etməkdən ötrü Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, Beynəlxalq Valyuta Fonduna və digər qurumlara çoxsaylı müraciətlər edirlər.
17 yanvar 2023-cü il tarixində Prezident İlham Əliyevin Davosda Çinin CGTN televiziya kanalına müsahibəsi zamanı Azərbaycanda da investisiya mühitinin çox müsbət olduğunu bildirdi. Qeyd etdi ki, xarici və yerli investisiyalar lazımınca qorunur. Ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir.
Son illərin, xüsusən də, qlobal iqtisadi böhranın qabarıq şəkildə büruzə verdiyi dövrün təhlili bir daha göstərir ki, Azərbaycan əvvəlki kimi yenə də investisiya yatırılması baxımından dünyanın ən cəlbedici ölkələrindən biri kimi çıxış edir. Elə bu səbəbdən də xarici investorların Azərbaycana marağı kifayət qədər böyükdür və ölkəmizə qarşıdakı dövr ərzində də yatırılacaq sərmayələrin həcmi milyardlarla dollar həcmində ölçüləcək. Bunun başlıca səbəbləri, əlbəttə ki, Azərbaycanda investisiya mühitinin əlverişliliyi, investorların hüquqlarının qanunvericilik əsasında yüksək səviyyədə qorunması, ölkəmizin etibarlı tərəfdaş olduğunu dəfələrlə təsdiqləməsi, sərmayələrin yönəldildiyi sahələrdə cəzbedici mənfəətlər əldə olunması və bu qəbildən olan digər amillərdir.
Hazırda dünyada yaşanan narahatlıqlar fonunda Azərbaycanın yüksək investisiya cəlbediciliyinə malik olması ölkəmizin müsbət reallıqları ilə bağlıdır. Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev respublikamızın investisiya cəlbediciliyinin davamlı şəkildə artmasına qətiyyətli siyasi iradə nümayiş etdirir. Son 19 ildə respublikamızın investisiya cəlbediciliyinin artmasına hesablanan güclü hüquqi bazanın yaradılması və praktiki müstəvidə ardıcıl tədbirlərin görülməsi deyilənləri əyani şəkildə təsdiqləyir. Ölkəmizdə yeni şəraitdə reallaşdırılan islahat tədbirləri sırasında investisiyaların səmərəli təşviqi mexanizminin işə salınması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin iqtisadiyyatın yeni şəraitdə inkişafının təmin edilməsi məqsədilə imzaladığı sənədlər içərisində investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə imzaladığı “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərmanı xüsusi yer tutur. Bu Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. Qaydalarda ölkənin investisiya cəlbediciliyinə nail olmaq üçün böyük güzəştlər nəzərdə tutulub. Ölkəmizin investisiya cəlbediciliyinin artırılmasına hesablanan sənədlərdən biri də “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq Sərəncamdır. Sənəddə ölkənin investisiya cəlbediciliyinin artırılması ilə bağlı müəyyənləşdirilən starteji məqsədlərə çatmaq, o cümlədən də ölkədə istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsulların istehsalının təşkili üçün “Azərbaycanda ilk” (“First in Azerbaijan”) investisiya təşviqi mexanizminin, eləcə də ölkə iqtisadiyyatına birbaşa investisiyalar cəlb edilməsinin dəstəklənməsi məqsədilə “Azərbaycana sərmayə” (“Invest in Azerbaijan”) mexanizmlərinin tənzimlənməsi Qaydası” ilə bağlı mühüm müddəalar yer alıb. Bu və digər islahat tədbirləri investorlarda ölkəmizdə müxtəlif sahələrə sərmayələr yönəltməyə böyük inam yaradıb.
Qlobal iqtisadi böhranın dünya ölkələri üçün doğurduğu mühüm fəsadlardan biri də həm daxili, həm də xarici investisiyaların həcmində qeydə alınan azalma ilə bağlı oldu. Bəzi ölkələr üçün daha kəskin xarakter aldı və onların iqtisadi inkişafının geriləməsində əsas rol oynayan faktora çevrildi. Bununla yanaşı, o da faktdır ki, investisyaların həcminə, xüsusən də, xarici mənbələr hesabına yatırılan sərmayələrə təsir göstərən amillərdən biri də biznes mühitinin əlverişliliyi, sərmayədarların hüquqlarının qanunvericilik əsasında nə dərəcədə qorunmasından xeyli dərəcədə asılıdır. Daha bir önəmli məqam isə yatırılan investisiyaların mənfəət dərəcəsi, onların dönərliliyi ilə bilavasitə bağlı olmasıdır.



Günel Orucova,
Salyan şəhər 2 saylı tam orta məktəbin müəllimi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi