xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 

Hadruta ilk girən komandir Ziya Kazımovun səhhətində ciddi problem yarandı

6-05-2021, 11:34 54 dəfə baxılıb

Hadruta ilk girən komandir Ziya Kazımovun səhhətində ciddi problem yarandı


Vətən Müharibəsi iştirakçısı, Mayor Ziya Kazımovun səhhətində ciddi problem yaranıb.
Bu barədə Unikal.org-a onun həyat yoldaşı məlumat verib. Xanım bildirib ki, Z.Kazımovun səhhətində yaranmış problemlərə görə psixiatr müalicəsinə başlanılıb. Onun sözlərinə görə, zabitimizin səhhətində yaranan problem getdikcə mənfi nəticələrə gətirib çıxarıb:

“Son günlər Ziyanın psixoloji durumu, davranışları bizi narahat etməyə başlayıb. Bəzən həyatını təhlükə altına ata biləcəyini belə düşünürük. Müharibə dövründə aldığı kantuziya, bundan əlavə, adının haqsız yerə hansısa işlərdə hallanması vəziyyəti daha da kritikləşdirib. Hazırda ciddi müalicə və nəzarət altındadır. Ancaq daha mütəşəkkil müalicə üçün Türkiyətə getməsinə icazə verilməsini istərdik. Bununla bağlı Cənab Prezidentimiz İlham Əliyevdən, Birinci xanım Mehriban xanımdan dəstək istəyirik. Ümüd edirik ki, bundan əvvəlki müraciətlərimizə müsbət cavab verildiyi kimi, Ziya Kazımovun həyatının təhlükə altında olduğunu nəzərə alaraq, onun Türkiyədə müalicə olunması üçün müvafiq göstəriş veriləcək”.

Xatırladaq ki, qazi Ziya Kazımov bir müddət əvvəl məsuliyyətə cəlb edilərək həbs edilmişdi, daha sonra isə ev dustaqlığına buraxıldı.

Z.Kazımovun ev dustaqlığına buraxılması üçün Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya müraciət olunmuşdu.

Qeyd edək ki, Vətən Müharibəsi iştirakçısı Ziya Kazımov Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füzuli yolunun tam təhlükəsizliyini, o cümlədən, Xüsusi Təyinatlı Qüvvələrin təminat yollarının mühafizəsini təmin edib. Hadruta ilk girən komandirlərdən biridir. Ziya Kazımovun tabeliyində olan hərbi hissə Şuşa ətrafındakı yüksəkliklər uğrunda qəhrəmancasına döyüşüb.

Hadruta ilk girən komandir Ziya Kazımovun səhhətində ciddi problem yarandıHadruta ilk girən komandir Ziya Kazımovun səhhətində ciddi problem yarandıHadruta ilk girən komandir Ziya Kazımovun səhhətində ciddi problem yarandı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi