Paytaxt İdarəçiliyində Nizam-İntizamın və Şəffaf Nəzarətin Mühüm Ünvanı
26-07-2026, 22:22
10 dəfə baxılıb

Bakı Şəhər İcra Hakimiyyətinin Nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılov uzun illər dövlət qulluğunda qazandığı təcrübə, məsuliyyətli fəaliyyəti və peşəkar idarəçilik bacarığı ilə seçilən rəhbərlərdən biri kimi tanınır. Onun rəhbərlik etdiyi şöbə paytaxt ərazisində icra intizamının möhkəmləndirilməsi, verilən tapşırıqların vaxtında və keyfiyyətlə icra olunmasına nəzarət, aparılan işlərin qanunvericiliyin tələblərinə uyğun təşkil edilməsi istiqamətində mühüm funksiyalar yerinə yetirir. Bu fəaliyyət paytaxtın daha səmərəli idarə olunmasına və dövlət-vətəndaş münasibətlərində operativliyin təmin edilməsinə öz töhfəsini verir.
Nəzarət-təftiş sahəsi yüksək diqqət, obyektiv yanaşma və prinsipiallıq tələb edən məsuliyyətli fəaliyyət istiqamətidir. Zülfəli İsmayılov bu vəzifədə peşəkar yanaşması ilə fərqlənərək aparılan yoxlamaların qanun çərçivəsində həyata keçirilməsinə, mövcud çatışmazlıqların vaxtında müəyyən edilərək aradan qaldırılmasına və idarəetmə prosesində səmərəliliyin artırılmasına xüsusi önəm verir. Onun rəhbərliyi altında görülən işlər sistemli nəzarət mexanizminin daha da güclənməsinə xidmət edir.
Paytaxtda həyata keçirilən abadlıq, quruculuq və sosial layihələrin icrasında intizamın qorunması, aidiyyəti qurumların fəaliyyətinin koordinasiyası və icra proseslərinin izlənilməsi də Nəzarət-təftiş şöbəsinin əsas fəaliyyət istiqamətlərindən biridir. Bu baxımdan Zülfəli İsmayılovun rəhbərliyi ilə görülən işlər idarəçilikdə məsuliyyət hissinin gücləndirilməsinə, dövlət tapşırıqlarının operativ və keyfiyyətli icrasına mühüm dəstək verir. Belə yanaşma vətəndaş məmnunluğunun yüksəldilməsində də öz əksini tapır.
Rəhbərlik etdiyi kollektivdə sağlam iş mühitinin formalaşdırılması, peşəkarlığın artırılması və qanunçuluq prinsiplərinə sadiqlik Zülfəli İsmayılovun fəaliyyətində mühüm yer tutur. O, hər bir məsələyə obyektiv yanaşmağa, faktlara əsaslanan qərarlar qəbul etməyə və dövlət maraqlarını hər zaman ön planda saxlamağa üstünlük verir. Bu xüsusiyyətlər onun həm iş yoldaşları, həm də əməkdaşlıq etdiyi qurumlar arasında etimad qazanmasına şərait yaradır.
Dövlətə və cəmiyyətə xidmət anlayışını yalnız xidməti fəaliyyətlə məhdudlaşdırmayan Zülfəli İsmayılov şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə göstərilən diqqət və qayğının vacibliyini hər zaman yüksək qiymətləndirən rəhbərlər sırasındadır. Onların sosial rifahının yaxşılaşdırılması, problemlərinin dinlənilməsi və dövlətin həyata keçirdiyi sosial dəstək siyasətinin cəmiyyət tərəfindən dəstəklənməsi istiqamətində göstərilən təşəbbüslər milli həmrəyliyin möhkəmlənməsinə xidmət edən mühüm dəyərlərdəndir. Vətən uğrunda canından keçən şəhidlərimizin ailələrinə və sağlamlığını itirmiş qazilərimizə göstərilən hörmət hər bir dövlət məmuru üçün mənəvi məsuliyyət nümunəsidir.
Bakı Şəhər İcra Hakimiyyətində həyata keçirilən nəzarət və təftiş mexanizmlərinin müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi, intizamın daha da möhkəmləndirilməsi və idarəetmədə səmərəliliyin artırılması istiqamətində görülən işlər paytaxtın davamlı inkişafına müsbət təsir göstərir. Bu prosesdə Zülfəli İsmayılovun peşəkarlığı, prinsipial mövqeyi və məsuliyyətli fəaliyyəti mühüm rol oynayır. Onun idarəçilik prinsipləri şəffaflıq və qanunun aliliyinə söykənən fəaliyyət modeli ilə diqqət çəkir.
Müasir dövlət idarəçiliyində nəzarət və təftiş sistemi idarəetmənin əsas dayaqlarından biri hesab olunur. Bu sahədə çalışan rəhbərlərin peşəkar fəaliyyəti dövlət qurumlarının səmərəli işləməsinə, vətəndaş müraciətlərinə operativ yanaşılmasına və xidmət keyfiyyətinin yüksəldilməsinə mühüm təsir göstərir. Zülfəli İsmayılov da məsuliyyətli fəaliyyəti ilə bu prinsiplərin praktikada uğurla tətbiqinə çalışan rəhbərlərdən biri kimi qiymətləndirilir.
Son dövrlərdə müxtəlif platformalarda ayrı-ayrı şəxslər tərəfindən əsassız iddialar, şər və böhtan xarakterli fikirlər səsləndirilməsi cəmiyyətdə yanlış təsəvvür formalaşdırmağa xidmət edir. Hüquqi dövlətdə hər hansı şəxs barəsində irəli sürülən ittihamlar yalnız rəsmi araşdırmalar və məhkəmə qərarları ilə təsdiq oluna bilər. Faktlara söykənməyən iddiaların həqiqət kimi təqdim edilməsi nə hüquqi, nə də etik baxımdan qəbulolunan yanaşma deyil. Cəmiyyətin düzgün məlumatlandırılması üçün hər zaman təsdiqlənmiş faktlara və rəsmi məlumatlara əsaslanmaq vacibdir.
Bakı Şəhər İcra Hakimiyyətinin Nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılov - Azərbaycan – Almaniya- əlaqələrin möhkəmləndirilməsi və regional sülhə dəstək. Almaniya Avropa İttifaqının aparıcı siyasi-iqtisadi gücü olmaqla yanaşı, Avropanın qərarvermə proseslərində xüsusi çəkiyə malik dövlətdir. Bu baxımdan Azərbaycan–Almaniya münasibətlərinin inkişafı yalnız ikitərəfli əməkdaşlıq baxımından deyil, həm də Azərbaycan–Avropa İttifaqı əlaqələrinin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. İyulun 21-də Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində aparılan müzakirələr, imzalanan strateji sənədlər və verilən bəyanatlar iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirir. Bu münasibətlər artıq yalnız iqtisadi və ticarət əlaqələri ilə məhdudlaşmır, siyasi dialoqdan enerji təhlükəsizliyinə, nəqliyyatdan yaşıl iqtisadiyyata, biznes əməkdaşlığından regional sabitliyə qədər geniş sahələri əhatə edən strateji tərəfdaşlıq formatı formalaşdırır. Tarixi əhəmiyyət kəsb edən bu səfər çərçivəsində dövlətimizin başçısı Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts tərəfindən “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin, eləcə də Biznes Şurasının yaradılması barədə sənədlərin imzalanması münasibətlərimizi daha yüksək pilləyə qaldırdı. Bu sənəd münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirərək enerji, sənaye, investisiya, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat, elm və innovasiya kimi istiqamətlər üzrə uzunmüddətli əməkdaşlığın yol xəritəsini formalaşdırdı. Bununla yanaşı, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması və fəaliyyəti ilə bağlı imzalanmış Birgə Bəyannamə iqtisadi diplomatiyanın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ikitərəfli gündəliyimiz kifayət qədər genişdir: “Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir”. Bu gün Azərbaycanda 200-dən çox Almaniya şirkəti uğurla fəaliyyət göstərir. Keçirilən yüksək səviyyəli görüşlər və imzalanan birgə bəyannamələr göstərir ki, yaxın gələcəkdə qarşılıqlı sərmayə qoyuluşu artacaq və Almaniya biznesinin ölkəmizdəki iştirak dairəsi daha da genişlənəcəkdir. İcra olunacaq konkret fəaliyyət planları və yaradılacaq işçi qrupları əldə olunmuş razılaşmaların tezliklə real nəticələr verməsini təmin edəcək. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri Almaniya şirkətləri üçün yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu ildən-ilə artır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Bununla yanaşı, Azərbaycan nefti uzun illərdir ki, Almaniya bazarına çatdırılır. Bu gün Azərbaycan qazı Avropa İttifaqının 10 üzv dövlətinə nəql edilir. Bu fakt ölkəmizin etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da möhkəmləndirir. Eyni zamanda, yaşıl enerji sahəsində həyata keçirilən layihələr əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirir. Xəzər dənizinin külək enerjisi potensialı, günəş elektrik stansiyaları və yaşıl enerji dəhlizi layihələri Almaniya ilə yeni tərəfdaşlıq imkanları yaradır.
Almaniyanın logistika və sənaye potensialı ilə Azərbaycanın nəqliyyat infrastrukturu arasında əməkdaşlığın genişləndirilməsi Avropa–Asiya iqtisadi əlaqələrinin daha səmərəli təşkilinə xidmət edə bilər. Bu isə Azərbaycanın regional nəqliyyat mərkəzi kimi rolunu daha da gücləndirir. Azərbaycanın son illərdə həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələri ölkəni Avrasiya məkanının əsas nəqliyyat qovşaqlarından birinə çevirib. Azərbaycanın Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olması ölkəmizin Orta Asiya ilə Avropa arasında körpü rolunu daha da gücləndirib. Orta Dəhliz üzrə yükdaşımaların artması, Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və müasir avtomobil magistralları Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.
Prezident İlham Əliyev bəyanatında Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması istiqamətində əldə olunan nailiyyətləri də vurğulayıb. Dövlət başçısı qeyd edib ki, sülh sazişinin paraflanması, Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu. Dövlətimizin təşəbbüsü ilə həyata keçirilən humanitar və iqtisadi addımlar, o cümlədən Ermənistana yanacaq təminatı və Azərbaycan ərazisindən tranzit yüklərin daşınması Cənubi Qafqazda qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyev Almaniya hökumətinin sülh prosesinə verdiyi töhfəni də yüksək qiymətləndirərək, danışıqların müxtəlif mərhələlərində bu dost ölkənin konstruktiv rol oynadığını qeyd edib.
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və Berlin görüşlərinin nəticələri iki ölkə münasibətlərinin yeni strateji mərhələyə daxil olduğunu nümayiş etdirir. İmzalanmış sənədlər, strateji dialoqun başlanması, iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi, biznes əlaqələrinin möhkəmləndirilməsi və regional sülhə dəstək iki ölkə arasında tərəfdaşlığın uzunmüddətli inkişafına möhkəm zəmin yaradır.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR