xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Xeyirxahlığı və Sahibkarlıq Fəaliyyəti ilə Nümunəyə Çevrilən Mirqamət Seyidov

Dün, 14:24 7 dəfə baxılıb



Müasir dövrdə sahibkarlıq yalnız iqtisadi uğur əldə etmək deyil, eyni zamanda cəmiyyət qarşısında məsuliyyət daşımaq, insanların rifahına töhfə vermək və sosial həmrəyliyin möhkəmlənməsində iştirak etmək deməkdir. Bu baxımdan Mirqamət Seyidov həm sahibkarlıq sahəsində qazandığı uğurları, həm də humanist dəyərlərə söykənən fəaliyyəti ilə seçilən nüfuzlu iş adamlarından biri kimi tanınır. Onun fəaliyyətində əsas prioritetlərdən biri insanların etimadını qazanmaq, dürüstlük prinsiplərinə sadiq qalmaq və faydalı işlərlə cəmiyyətə xidmət etməkdir.

Mirqamət Seyidov rəhbərlik etdiyi biznes fəaliyyətində daim keyfiyyət, məsuliyyət və peşəkarlıq prinsiplərinə üstünlük verir. O, həyata keçirdiyi layihələrdə uzunmüddətli inkişafı, etibarlı əməkdaşlığı və yüksək xidmət mədəniyyətini əsas götürərək fəaliyyət göstərir. Sahibkarlıq sahəsində qazandığı uğurlar təsadüfi deyil, illərlə formalaşmış zəhmətin, düzgün idarəetmənin və insan amilinə verilən yüksək dəyərin nəticəsidir. Bu yanaşma onun fəaliyyət göstərdiyi sahədə etibarlı tərəfdaş kimi tanınmasına mühüm töhfə verib.

Onun idarəçilik fəlsəfəsinin əsasını vicdanlı əmək, şəffaf münasibətlər və qarşılıqlı hörmət təşkil edir. Mirqamət Seyidov hesab edir ki, uğurlu sahibkarlığın əsasında yalnız maddi qazanc deyil, insanların məmnunluğu və cəmiyyətə fayda vermək dayanmalıdır. Məhz buna görə də rəhbərlik etdiyi işlərdə keyfiyyət standartlarının qorunmasına, əməkdaşların peşəkar inkişafına və müasir idarəetmə prinsiplərinin tətbiqinə xüsusi diqqət yetirilir.

Mirqamət Seyidovu fərqləndirən ən mühüm xüsusiyyətlərdən biri də onun xeyirxahlıq fəaliyyətidir. O, imkan daxilində ehtiyacı olan insanlara dəstək göstərməyi, sosial problemlərin həllinə töhfə verməyi və cəmiyyətin həssas təbəqələrinin yanında olmağı özünün mənəvi borcu hesab edir. Yardımsevərlik onun üçün reklam vasitəsi deyil, insanlıq dəyərinin təzahürüdür. Elə buna görə də onun etdiyi xeyirxah əməllər insanlar tərəfindən yüksək rəğbətlə qarşılanır.

Şəhid ailələrinə və Vətən uğrunda sağlamlığını itirmiş qazilərə göstərdiyi diqqət və qayğı Mirqamət Seyidovun vətənpərvərlik ruhunun bariz nümunəsidir. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın ailələrinin hər zaman dövlətlə yanaşı cəmiyyətin də dəstəyini hiss etməsinin vacibliyini ön plana çəkir. Müxtəlif vaxtlarda göstərilən mənəvi və sosial dəstək onun milli-mənəvi dəyərlərə bağlılığını və Vətən sevgisini açıq şəkildə nümayiş etdirir.

Mirqamət Seyidov hesab edir ki, güclü iqtisadiyyat yalnız istehsal və xidmətlə deyil, həm də sağlam insan münasibətləri ilə formalaşır. Buna görə də o, çalışdığı kollektivdə mehriban iş mühitinin yaradılmasına, əməkdaşların sosial rifahının yaxşılaşdırılmasına və onların peşəkar inkişafına xüsusi önəm verir. İnsan kapitalına qoyulan sərmayənin gələcəyin ən etibarlı yatırımı olduğuna inanaraq bu istiqamətdə davamlı addımlar atır.

Sahibkarlıq fəaliyyəti ilə yanaşı, cəmiyyətin inkişafına xidmət edən müxtəlif təşəbbüslərə dəstək göstərməsi onun sosial məsuliyyət anlayışının ayrılmaz hissəsidir. O, gənclərin inkişafına, əməksevərliyin təbliğinə, milli-mənəvi dəyərlərin qorunmasına və ictimai həmrəyliyin gücləndirilməsinə yönəlmiş layihələrə həmişə xüsusi maraq göstərir. Bu yanaşma onu təkcə uğurlu iş adamı deyil, həm də ictimai nüfuz sahibi kimi tanıdır.

Mirqamət Seyidovun fəaliyyətində etibar anlayışı xüsusi yer tutur. O, qurduğu hər bir əməkdaşlığın qarşılıqlı inam üzərində formalaşmasına çalışır və verdiyi sözə sadiq qalmağı ən böyük dəyərlərdən biri hesab edir. Məhz bu prinsipial mövqe illər ərzində onun haqqında müsbət ictimai rəy formalaşdırıb və geniş etimad qazanmasına səbəb olub.

Bu gün Mirqamət Seyidov həm sahibkarlıq sahəsində qazandığı nailiyyətlər, həm də humanist mövqeyi ilə bir çox insan üçün nümunə sayılır. Onun fəaliyyəti göstərir ki, uğur yalnız maddi göstəricilərlə ölçülmür. Əsl uğur insanların hörmətini qazanmaq, cəmiyyətə fayda vermək və arxada xeyirxah əməllərlə zəngin iz qoymaqdır. Məhz bu keyfiyyətlər onu fərqləndirən əsas xüsusiyyətlərdəndir.

Gələcəyə inamla baxan Mirqamət Seyidov bundan sonra da sahibkarlıq fəaliyyətini daha da genişləndirərək ölkənin iqtisadi inkişafına, insanların rifahının yüksəldilməsinə və sosial həmrəyliyin möhkəmləndirilməsinə töhfə vermək əzmindədir. Onun işgüzarlığı, xeyirxahlığı, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri cəmiyyət tərəfindən dəyərləndirilir və bu xüsusiyyətlər onu həm uğurlu sahibkar, həm də nümunəvi vətəndaş kimi fərqləndirir.

Mirqamət Seyidov - Mətbuat cəmiyyətin güzgüsüdür və ictimai rəyin formalaşmasında, maarifçilik ideyalarının yayılmasında, milli kimliyin qorunmasında mühüm rol oynayır. Bu il 22 iyul tarixində xalqlmızın milli-mənəvi dəyərlər sistemində və ictimai fikir tarixində önəmli yeri olan Azərbaycan milli mətbuatının 151 illiyi tamam olur. Milli Mətbuat Günü yalnız bir bayram olmaqla kifayətlənmir, eyni zamanda bu şərəfli yolun qəhrəmanlarına ehtiramın və söz azadlığı uğrunda aparılan mübarizənin rəmzidir.

Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də görkəmli maarifçi, alim, publisist və mütəfəkkir Həsən bəy Zərdabinin təşəbbüsü ilə ilk dəfə olaraq "Əkinçi" qəzetinin nəşrə başlaması ilə qoyulmuşdur. Məhz həmin gün-22 iyul günü 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. "Əkinçi" qəzeti təhsil, mədəniyyət və kənd təsərrüfatı mövzularına geniş yer ayırmaqla yanaşı, Azərbaycan dili və milli mədəniyyətin təbliğində mühüm rol oynamışdır. Bu nəşr Azərbaycanda müasir milli mətbuatın əsasını qoymaqla yanaşı, ölkəmizdə medianın inkişafına da təkan vermişdir.

Ana dilimizdə təsis edilən "Əkinçi" qəzeti xalqın milli oyanışında yeni bir mərhələnin başlanğıcına çevrilmişdir. Qəzet "Daxili xəbərlər", "Əkin və zirayət xəbərləri", "Elm xəbərləri", "Tazə xəbərlər" kimi bölmələri ilə geniş oxucu auditoriyasına xitab edirdi. Cəmi 56 sayı işıq üzü görən "Əkinçi"nin fəaliyyəti maarifləndirmə işindən narahat olan çar Rusiyası tərəfindən 1877-ci ilin sentyabrında dayandırılmışdır. Qısa ömrünə baxmayaraq, "Əkinçi" Azərbaycanın mətbuat tarixində qızıl hərflərlə yazılmış, anadilli milli mətbuat ənənəsinin bünövrəsini qoymuş və sonrakı dövrlərdə yeni qəzet və jurnalların yaranmasına ilham vermişdir.

XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycan mətbuatı sürətli inkişaf yolu keçmiş, "Kəşkül", "Füyuzat", "Ziya", "Ziyayi-Qafqaziyyə", "Şərqi-Rus", "Həyat", "Dəbistan", "Tazə Həyat", "Tərəqqi", "Həqiqət", "Məktəb", "Açıq Söz", "İrşad" və "Molla Nəsrəddin" kimi qəzet və jurnallar dövrün aktual siyasi, sosial və mədəni məsələlərini işıqlandıran yazıları ilə cəmiyyətin diqqətini cəlb etmişdir. Bununla yanaşı, Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan "Kaspi" qəzeti də Həsən bəy Zərdabinin ideyalarının davamçısı olmuşdur. Bu media orqanları milli ideyaların yayılmasında, maarifçilik ideyalarının təşviqində və Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə mühüm rol oynamışlar.

Zaman keçdikcə Azərbaycan mətbuatı siyasi, sosial və mədəni sferalarda əhəmiyyətli irəliləyişlər əldə edərək zəngin ənənələrə malik güclü bir institut kimi formalaşdı və bu gün ölkəmiz dünyada söz azadlığının qorunduğu, mətbuatın yüksək səviyyədə inkişaf etdiyi dövlətlər sırasındadır.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkəmizdə azad sözün inkişafı və mətbuatın yüksək müasir standartlara yiyələnməsi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. İstər 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə, istərsə də xalqımızın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra Ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə mətbuatın inkişafı, söz azadlığının bərqərar olması istiqamətində mühüm addımlar atdı.

Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə plüralizmin genişləndirilməsinə yol açdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə təkan verdi.

1998-ci ildə “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanması ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir. Məhz Ulu öndər Heydər Əliyevin imzaladığı bu Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması prosedurası asanlaşdırıldı. Ümummilli liderimiz Heydər Əliyevin mətbuatın inkişafı ilə bağlı tədbirləri davamlı şəkil aldı. 2000-ci ilin martında Ulu öndərin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı.

Ulu öndər Heydər Əliyev bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarını dondurdu. Bundan başqa, Ulu öndərimiz cəmiyyətdə jurnalistlərə münasibətin formalaşmasında mühüm rol oynadı. Şəxsi təşəbbüsləri ilə jurnalistlərlə, qəzet baş redaktorları ilə keçirdiyi görüşlər Ümummilli liderimiz Heydər Əliyevi mətbuatın problemləri ilə daha yaxından tanış etdi. Bütün ölkə jurnalistləri Ulu öndər Heydər Əliyevi təkcə ölkə başçısı kimi deyil, həm də bir dost, onların zəhmətinə qiymət verən yaxın sirdaş kimi qəbul edirdi. Bunun nəticəsi idi ki, 2002-ci ildə Ümummilli liderimiz Heydər Əliyev “RUH” Azərbaycan Jurnalistlərinin Müdafiə Komitəsi tərəfindən keçirilən sorğu nəticəsində “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.

Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz azadlığının, vətəndaş cəmiyyətinin inkişafında maraqlı olan Prezident İlham Əliyevin Milli mətbuatın inkişafına və tarixi irsin yaşadılmasına yönəlmiş təşəbbüsləri ardıcıl şəkildə davam edir. Məhz ölkə başçısının müvafiq Sərəncamları ilə Milli mətbuatın 130, 135, 140 və 145 illik yubileyləri dövlət səviyyəsində qeyd olunmuş, bu yubileylər vasitəsilə həm jurnalistika tariximizə ədalətli qiymət verilmiş, həm də gələcək nəsillərə dəyərli irs ötürülmüşdür.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il 3 fevral tarixində "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" Azərbaycan Respublikasının yubiley medalı təsis olunmuşdur. O cümlədən cənab Prezident 2025-ci ilin 25 aprel tarixində "Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalamışdır.

Müasir dövrdə qloballaşan informasiya axını, rəqəmsallaşma və media texnologiyalarındakı sürətli dəyişikliklər milli mətbuatın da yeni tənzimləmə və dəstək mexanizmlərinə ehtiyacını artırmışdır. Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli fərmanı ilə "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" sənəd imzalanmış, bu sənəd çərçivəsində yeni institusional mexanizm-Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılmışdır. Agentlik mətbuat orqanlarının dayanıqlı inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi və müasir media mühitinə uyğunlaşdırılması məqsədilə mühüm layihə və təşəbbüslər həyata keçirir.

2021-ci il 30 dekabr tarixində qəbul edilən "Media haqqında" qanun isə informasiya məkanının hüquqi və institusional tənzimlənməsi istiqamətində mühüm bir mərhələ olmuşdur. Bu qanun medianın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirir, informasiya təhlükəsizliyi, yerli medianın rəqabət qabiliyyətinin artırılması və jurnalistikanın peşəkar nüfuzunun gücləndirilməsi üçün hüquqi zəmin yaradır. Qanun eyni zamanda rəqəmsal dövrün çağırışlarına cavab verən şəffaf, sistemli və müasir media strukturlarının təşəkkülünü nəzərdə tutur.

Dövlətimizin tarixində əldə olunmuş mühüm nailiyyətlər bu gün milli medianın da qarşısında yeni vəzifələr qoyur. Prezident İlham Əliyevin vurğuladığı kimi, müasir Azərbaycan mətbuatı informasiya cəmiyyətinin qurulmasında, sosial ədalətin və şəffaflığın təminində, milli həmrəyliyin möhkəmləndirilməsində, siyasi mədəniyyətin və milli mənəvi dəyərlərin təbliğində mühüm rol oynamalıdır. Peşəkarlıq, obyektivlik, qərəzsizlik və vətənpərvərlik prinsipləri ilə fəaliyyət göstərməli, söz və məlumat azadlığından sui-istifadə hallarına qarşı prinsipial mövqe sərgiləməlidir.

Bu gün informasiya texnologiyalarının sürətli inkişafı ilə Azərbaycan mətbuatı çevik şəkildə qloballaşan informasiya şəbəkəsinə inteqrasiya olunmuşdur. Hazırda ölkədə çoxsaylı qəzet və jurnallar nəşr olunur, onlayn media və internet qəzetçilik geniş yayılıb. Bu, Azərbaycan jurnalistikasının müasir çağırışlara uyğunlaşma qabiliyyətini və rəqəmsal transformasiyada yerini təsdiqləyir.

İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrümüzdə internet qəzetçilik Azərbaycan mediasının yeni istiqaməti kimi formalaşmışdır. Onlayn platformalar vasitəsilə informasiyanın real vaxt rejimində yayılması cəmiyyətin maariflənməsində və ictimai rəyin formalaşdırılmasında mühüm rol oynayır. Jurnalistlərin beynəlxalq səviyyədə təşkil olunan təlimlərdə iştirakı, peşəkarlığın artırılması bu sahədə keyfiyyətli və rəqabətqabiliyyətli medianın formalaşmasına xidmət edir.

Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və media orqanlarının iqtisadi sabitliyinin təmin olunması dövlətin prioritetlərindən biridir. Prezident İlham Əliyevin təşəbbüsü ilə jurnalistlərə birdəfəlik maddi yardımlar, fərdi ipoteka imkanları və sosial güzəştlər təqdim edilmişdir. 2022-ci ildə ipoteka kreditləri ilə bağlı qaydalara edilən dəyişikliklər nəticəsində Media Reyestrinə daxil edilmiş jurnalistlər üçün güzəştli ipoteka imkanları yaradılmışdır. Bu, mətbuat işçilərinin rifahına dövlət tərəfindən verilən real dəyərin göstəricisidir.

2023-cü il yanvarın 1-dən etibarən "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunla media subyektlərinə bir sıra vergi güzəştləri və azadolmalar tətbiq olunmuşdur. Bu dəyişikliklərə əsasən, media ilə bağlı fəaliyyətdən əldə olunan gəlirlər, eləcə də MEDİA Agentliyi tərəfindən verilən yardımlar 3 il müddətinə gəlir və sadələşdirilmiş vergilərdən azad edilmişdir. Bundan əlavə, qeyri-rezident şəxslər tərəfindən media fəaliyyəti ilə bağlı göstərilən xidmətlər də ƏDV-dən azaddır. Bu yanaşma yerli media istehsalının rəqabət qabiliyyətini artırmaq və informasiya bazarını stimullaşdırmaq məqsədi daşıyır.

Azərbaycan dövlətinin medianın inkişafına verdiyi dəyərin rəmzi olaraq Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə, "Ruh" Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür. Bu mükafatlar dövlətin mətbuata açıq siyasətinin və medianın müstəqil inkişafına verdiyi dəstəyin təcəssümüdür.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələri zamanı informasiya cəbhəsində üzərinə düşən missiyanı layiqincə yerinə yetirib. 44 günlük Vətən müharibəsində jurnalistlər təkcə informasiya yayımı ilə kifayətlənməyib, həm də erməni dezinformasiyasına qarşı mübarizədə aktiv iştirak ediblər. Onlar düşmən təbliğatını ifşa etmək, dünya ictimaiyyətinə Azərbaycanın haqlı mövqeyini çatdırmaqla informasiya savaşında əsl qəhrəmanlıq nümunəsi göstəriblər.

Vətən müharibəsində jurnalistlər yalnız müşahidəçi deyil, həm də vətən uğrunda savaşan bir missiyanın daşıyıcısı kimi çıxış etdilər. Cəbhə xəttində reportajlar hazırlayan, real təhlükə şəraitində fəaliyyət göstərən jurnalistlər informasiya təhlükəsizliyimizin qorunmasında və xalqın səfərbər olunmasında mühüm rol oynadılar. Dövlət tərəfindən onların fəaliyyəti yüksək qiymətləndirilmiş, bir çox jurnalist döyüşlərdəki xidmətlərinə görə medallarla təltif edilmişdir.

Bununla yanaşı 2023-cü, 2024-cü, 2025-ci illərdə və 13 iyul 2026-cı ildə Şuşada təşkil olunan Qlobal Media forumları Azərbaycanın qlobal media platformalarında yerini gücləndirmişdir. "4-cü Sənaye İnqilabı dövründə Yeni Media", "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" və "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi", “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” kimi mühüm mövzularda keçirilmiş bu forumlar həm media savadlılığının artırılması, həm də qlobal informasiya axınında etik davranışın və obyektivliyin önə çəkilməsi baxımından əlamətdar olmuşdur.

Bugünkü reallıqda Azərbaycan mediası sadəcə informasiya istehsalçısı deyil, həm də dövlət siyasətinin sosial təməli, ictimai rəyin formalaşdırıcısı və milli birliyin qoruyucusu kimi fəaliyyət göstərir. Qlobal çağırışlara uyğun olaraq media savadlılığının artırılması, sosial platformalarda aktiv iştirak, süni intellektdən səmərəli istifadə, dezinformasiyaya qarşı effektiv mübarizə və beynəlxalq informasiya məkanında milli maraqların müdafiəsi qarşıdakı dövrün əsas hədəfləri sırasındadır.

Şübhəsiz ki, Prezident İlham Əliyevin mətbuatın inkişafına göstərdiyi davamlı diqqət və dəstək nəticəsində Azərbaycanın milli mətbuatı bundan sonra da müasir tələblərə uyğun şəkildə inkişaf edəcək, ictimai fikrin formalaşmasına və demokratik cəmiyyətin qurulmasına mühüm tohfələr verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi