xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 
  • 19:11 – Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib 
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 15:07 – Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM 

AHİK nümayəndə heyəti Cenevrədə BƏT-in növbəti illik Konfransında iştirak edir-Fotolar

3-06-2026, 20:47 6 dəfə baxılıb

AHİK nümayəndə heyəti Cenevrədə BƏT-in növbəti illik  Konfransında iştirak edir-Fotolar



İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Beynəlxalq Əmək Konfransının 114-cü sessiyası keçirilir.

Tədbirdə ölkəmizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyasının (AHİK) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndə heyətləri təmsil edir.

Azərbaycan nümayəndə heyəti konfrans çərçivəsində bir sıra görüşlər keçirib. Beynəlxalq Əmək Təşkilatının İşçilərin Fəaliyyətləri Bürosunun (ACTRAV) direktoru Oliver Röpke ilə görüşdə işçilərin hüquqlarının müdafiəsi, əməyin təhlükəsizliyi, gender bərabərliyinin təşviqi, birgə təlim proqramları və institusional potensialın gücləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən bəhs olunub.

Konfederasiya sədri Sahib Məmmədov BƏT-lə uzunmüddətli və səmərəli əməkdaşlığın mövcud olduğunu qeyd edib. Bildirilib ki, Azərbaycanın BƏT-in 60 konvensiyasını və bir protokolunu ratifikasiya etməsi ölkədə beynəlxalq əmək standartlarının tətbiqinə və əmək münasibətlərinin müasir tələblərə uyğun tənzimlənməsinə verilən önəmin göstəricisidir. Bütün bunlar isə AHİK-lə BƏT arasında əlaqələrin daha da genişlənməsi üçün əlverişli zəmin yaradır.
Görüşdə AHİK və ACTRAV arasında 2025-ci ildə təhsil sahəsində imzalanmış Əməkdaşlıq haqqında Bəyannamədən irəli gələn məsələlərin icrası, həmkarlar ittifaqı üzvlərinin bilik və peşə bacarıqlarının artırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb, gələcək əməkdaşlıq perspektivləri, birgə təşəbbüslər və layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

AHİK nümayəndələri tədbir çərçivəsində Ukrayna Həmkarlar İttifaqları Federasiyasının sədri Sergey Bızovla da görüşüblər.

Görüşdə Azərbaycan və Ukraynanın həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb, əmək hüquqlarının qorunması, əməyin mühafizəsi, layiqli əmək şəraitinin təmin olunması sahələrində təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi