xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Kamaləddin Qafarov: “Regional enerji əməkdaşlığının yeni mərhələsi formalaşır”

Dün, 09:50 4 dəfə baxılıb

Kamaləddin Qafarov: “Regional enerji əməkdaşlığının yeni mərhələsi formalaşır”

“Azərbaycanın müstəqillik tarixində enerji sektoru təkcə iqtisadi inkişafın deyil, həm də dövlət quruculuğunun, beynəlxalq tərəfdaşlıqların və geosiyasi mövqelərin möhkəmlənməsinin əsas sütunlarından biri olub”.

Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata verdiyi açıqlamasında deyib.

O, bildirib ki, iyunun 1-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərin açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də məhz bu reallığın növbəti təsdiqi kimi diqqəti cəlb edir. “Dövlət başçısının vurğuladığı kimi, vaxtilə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan platforma sonradan genişlənərək Bakı Enerji Həftəsinə çevrilib. Bu fakt təkcə tədbirin miqyasının böyüməsini deyil, həm də Azərbaycanın enerji sektorunda keçdiyi inkişaf yolunu əks etdirir. Əslində, ötən onilliklər ərzində ölkənin enerji strategiyasının formalaşması və beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınması məhz bu platformalarda atılan addımlarla sıx bağlıdır”

Fikirlərini davam edən millət vəkili Prezident İlham Əliyevin çıxışında ölkənin makroiqtisadi göstəriciləri ilə bağlı yer alan məqamları xüsusi qeyd edib: “Son illərdə qlobal iqtisadiyyatda baş verən mürəkkəb proseslərə baxmayaraq, Azərbaycanın maliyyə sabitliyini qoruyub saxlaması, beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrində mövqeyini yaxşılaşdırması və investisiya səviyyəli reytinq əldə etməsi iqtisadi siyasətin səmərəliliyini nümayiş etdirir. Dövlət başçısının qeyd etdiyi kimi, yoxsulluğun 5 faiz səviyyəsinə endirilməsi, işsizliyin minimum göstəricilər ətrafında saxlanılması və xarici borcun əhəmiyyətli dərəcədə azaldılması iqtisadi dayanıqlığın əsas indikatorları hesab olunur. Bu nəticələr təsadüfi deyil. Onların arxasında enerji gəlirlərinin düzgün idarə olunması, Dövlət Neft Fondu vasitəsilə həyata keçirilən uzunmüddətli strategiya və qeyri-neft sektorunun inkişafına yönəlmiş siyasət dayanır. Müasir mərhələdə Azərbaycanın enerji siyasətinin yeni istiqaməti yaşıl enerji və elektrik enerjisi ixracı ilə bağlıdır. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi Qara dəniz enerji kabeli layihəsi bu baxımdan strateji əhəmiyyət daşıyır. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında həyata keçirilən bu təşəbbüs Xəzər regionunda istehsal ediləcək yaşıl enerjinin Avropa bazarına çıxarılmasını təmin edəcək. Bununla yanaşı, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan elektrik kabeli layihəsi də regional enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırır. Bu layihələr təkcə enerji ixracının şaxələndirilməsi deyil, həm də Avropanın enerji təhlükəsizliyinə verilən töhfənin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi