xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 

Zakir Fərəcov: Zəfərin Beşinci İldönümü - Azad Torpaqlarda Böyük Qayıdışın Şanlı Hekayəsi

6-11-2025, 11:36 7 dəfə baxılıb

Zakir Fərəcov: Zəfərin Beşinci İldönümü - Azad Torpaqlarda Böyük Qayıdışın Şanlı Hekayəsi


8 noyabr, Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış ən möhtəşəm günlərdən biridir. Bu tarix sadəcə bir qələbə günü deyil, bir millətin şərəfinin, qürurunun və əsrlər boyu formalaşmış dövlətçilik iradəsinin parlaq təsdiqidir. 8 noyabr 2020-ci ildə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşa şəhərini işğaldan azad edərək, 28 illik həsrətə son qoydu. O an təkcə Şuşa yox, bütün Azərbaycan sevindi. Bu zəfər xalqımızın birliyi, dövlətimizin gücü və liderliyinin nəticəsi kimi tarixə düşdü.

Zəfər Günü hər bir azərbaycanlı üçün təkcə bir bayram deyil, qəlbimizin ən həssas nöqtəsidir. Bu gün şəhidlərimizin ruhu şaddır, çünki onların qanı hədər getmədi. Xalq bir yumruq kimi birləşdi, ölkəmiz öz torpaqlarına sahib çıxdı və ərazi bütövlüyü bərpa edildi. Bu qələbə dünyanın siyasi tarixinə unikal hərbi-siyasi strategiyanın nümunəsi kimi düşdü.

Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasi liderlik bacarığı, qətiyyəti və sözünün arxasında durması ilə yeni bir dövrün əsasını qoydu. Bu gün dünya siyasəti Azərbaycanın gücündən, qətiyyətindən, diplomatik ustalığından danışır. Ən çətin danışıqlar stolunda belə, Prezident İlham Əliyevin mövqeyi dövlətimizin ləyaqətini, gücünü və prinsipiallığını təmsil etdi. Bu, xalqımızın liderinə olan sonsuz etimadının ən böyük səbəblərindən biridir.

Artıq beş ildir ki, Qarabağ torpaqları işğaldan azaddır. Beş il əvvəl müharibənin dağıtdığı, yerlə-yeksan edilən şəhər və kəndlər bu gün yenidən dirçəlir. Bu torpaqlara həyat qayıdır, yollar, məktəblər, xəstəxanalar, hava limanları tikilir. Azərbaycan dövləti Böyük Qayıdış proqramını təkcə fiziki infrastruktur olaraq deyil, mənəvi, mədəni və sosial həyatın tam bərpası kimi həyata keçirir.

Bu gün Füzuli, Şuşa, Zəngilan, Cəbrayıl və digər bölgələrimizdə müasir şəhərlərin qurulması dövlətimizin gücünü bir daha sübut edir. İnsanlar evlərinə dönür, təsərrüfatlar canlanır, həyat yenidən başlayır. Hər tikilən bina, hər açılan yol, hər qayıdan ailə bu qələbənin canlı simvoludur.

Sumqayıt şəhərindən də azad torpaqlara qayıdanların sayı artır. Vətən sevdası ilə yaşayan insanların yenidən doğma yurda köçməsi, o torpaqlarda həyat qurması hər birimiz üçün qürurvericidir. Azad olunmuş ərazilərdə müasir səviyyədə tikilən evlər, məktəblər, uşaq bağçaları, mədəniyyət mərkəzləri hər kəsin diqqətini çəkir.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da dəfələrlə bildirib ki, Qarabağa qayıdış təkcə tikinti proqramı deyil, milli ruhun dirçəlişidir. Onun vurğuladığı kimi, bu gün dövlətimiz hər bir azərbaycanlının layiqli və təhlükəsiz yaşayışı üçün bütün imkanları yaradır, xüsusən də işğaldan azad olunmuş torpaqlarda quruculuq işləri misilsiz sürətlə aparılır.

Zakir Fərəcovun sözlərinə görə, Zəfər Günü bu xalqın gücünü, birlik ruhunu və dövlətin iradəsini nümayiş etdirən ən böyük tarixi günlərdən biridir. Çünki bu qələbə təsadüfi deyildi – bu qələbə həm cəbhədə, həm diplomatiyada, həm də informasiya müstəvisində qazanılan zəfərin nəticəsi idi. Azərbaycan dövləti dünyaya göstərdi ki, heç bir ədalətsizlik əbədi deyil.

Bu gün artıq bütün dünya Azərbaycanın yaratdığı yeni reallığı qəbul edir. Hər kəs bilir ki, Qarabağ əbədi Azərbaycan torpağıdır və bu həqiqət dəyişməzdir. Torpaqlarımızda dövlət bayrağımız dalğalanır və bundan sonra da yalnız yüksəklərə ucalacaq.

Beş il əvvəl Qarabağ dağıntılar və viranəlik içində idi. Bu gün həmin torpaqlarda “ağıllı şəhər” konseptləri tətbiq olunur, yenilənmiş enerji sistemləri qurulur, ekoloji layihələr reallaşdırılır. Bu, inkişafın, gələcəyə hesablanan strateji baxışın nəticəsidir. Dövlətimiz təkcə bərpa etmir, daha yüksək keyfiyyətli həyat standartı yaradır.

Zəfər Gününü qeyd edən hər bir azərbaycanlı qəlbinin dərinliyində eyni duyğunu yaşayır – qürur! Çünki bu xalq məğlubiyyətin nə olduğunu unutdurdu, tarixi ədaləti bərpa etdi, torpaq uğrunda can verən şəhidlərin ruhu qarşısında borcunu yerinə yetirdi. Bu, millət olaraq ən böyük əxlaqi qələbəmizdir.

Azərbaycanda elə bir insan yoxdur ki, 8 noyabr sözünün yaratdığı hissləri izah edə bilsin. Bəzən sözlər aciz qalır, çünki bu qələbə gözlə yox, qəlblə yaşanır. Hər kəs bu tarixi hadisənin şahidi oldu, hər kəs bu qələbəni öz həyatında hiss etdi.

Bu gün qurulan Hadrut, Füzuli, Şuşa hava limanları regionun inkişafında mühüm rol oynayır. Bu layihələr ölkəmizin gələcək strateji gücünü artırır, nəqliyyat-kommunikasiya imkanlarını genişləndirir və Qarabağı beynəlxalq iqtisadi xəritəyə qaytarır. Bu inkişafın arxasında isə yenə Prezident İlham Əliyevin uzaqgörən siyasəti dayanır.

Zəfər Günü həm də Azərbaycanın beynəlxalq nüfuzunun yeni mərhələyə yüksəldiyi gündür. Dünya dövlətləri anlayır ki, Azərbaycan öz mövqeyini güclü diplomatiya, modern ordu və qətiyyətli dövlətçiliklə qoruyur. Bu, müstəqilliyimizin ən parlaq sübutudur.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da qeyd edir ki, bu gün hər bir azərbaycanlı qalib xalqın nümayəndəsidir. Qalib ruh artıq dövlət siyasətinin, xalqın gündəlik həyatının əsas elementinə çevrilib. Qalib ölkədə yaşamaq isə hər birimiz üçün şərəfdir.

Zəfərin beşinci ildönümü həm də gələcək nəsillərə mühüm mesajdır. Bu gün doğulan uşaqlar işğalı deyil, qələbəni, inkişafı və birlik ruhunu görəcək. Onlar Qarabağı dağıntıdan deyil, quruculuqdan tanıyacaq. Bu, dövlətimizin ən böyük tarixi xidmətidir.

Zəfər Gününün hər il qeyd olunması həm şəhidlərimizin xatirəsinə ehtiram, həm qazilərimizin qəhrəmanlığına minnətdarlıq, həm də gələcəyə olan inamın təsdiqidir. Bu gün onların sayəsində yaşayırıq, onların sayəsində qalib ölkənin vətəndaşıyıq.

Azərbaycan xalqı dövlətinin yanındadır. Bu gün də, sabah da, gələcəkdə də. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz daha böyük uğurlara doğru irəliləyir. Xalqın dövlət başçısına verdiyi dəstək dəyişməzdir və bu birlik Azərbaycanı daha da gücləndirəcək.

Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Qələbə bizə Vətən sevgisinin, milli ruhun və birliyin gücünü göstərdi. Bu güc daima xalqımızın içində yaşayacaq.

Zəfərin beş ilində artıq Qarabağ tamamilə yeni həyatın beşiyinə çevrilib. İnsanlar qayıdır, iş yerləri açılır, iqtisadiyyat dirçəlir. Bu torpaqlar bir daha boş qalmayacaq. Qarabağ əbədi Azərbaycanındır və olacaq.

Bu gün Sumqayıtdan Naxçıvana, Bakından Laçına qədər hər bir azərbaycanlı eyni qürur hissi ilə bu tarixi qeyd edir. Biz qalib xalquq, biz güclü dövlətik, biz öz torpağımızdayıq. Bu həqiqəti dünya qəbul edib, bundan sonra da qəbul etməyə məcburdur.

Zəfər Gününüz mübarək, Azərbaycan! Bayrağımız hər zaman ucalarda dalğalansın, bu qələbə sonsuza qədər yaşasın. Vətən sağ olsun, dövlətimiz var olsun!

Sumqayıtda “Zəfərin rəngi” adlı tədbir keçirilib

Sumqayıt şəhərində 8 Noyabr – Zəfər Günü ilə əlaqədar təşkil olunan “Zəfərin rəngi” adlı tədbirdə “44 Zəfər Plakatı” rəsm sərgisi açılıb.

Tədbir Milli Məclisin deputatı Səbinə Salmanovanın təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutub.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcov, deputatlar, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlıq səhnələrinin, azad edilmiş şəhər və kəndlərin görüntülərinin, eləcə də şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin əks olunduğu videoçarx nümayiş etdirilib.

Daha sonra tədbirin rəsmi hissəsi çərçivəsində “44 Zəfər Plakatı” adlı rəsm sərgisinin açılışı olub.

Mərasimdə çıxış edən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Zəfər Gününu Azərbaycan xalqının qürur və şərəf səhifəsi kimi dəyərləndirib: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz düşməni torpaqlarımızdan qovaraq 30 illik həsrətə son qoydu. Bu Qələbə xalqımızın birliyinin, Vətən sevgisinin və əsgərlərimizin qəhrəmanlığının nəticəsidir. Biz şəhidlərimizin qanı ilə yazılmış bu tarixi Qələbəni heç vaxt unutmayacağıq”.

Milli Məclisin deputatı Səbinə Salmanova çıxışında təşkil olunan tədbiri Azərbaycan xalqının qəhrəmanlıq tarixinin bədii təcəssümü olaraq xarakterizə edib: “Zəfərin rəngi” sərgisi gənclərin Vətənə, şəhidlərə olan sevgisinin göstəricisidir. Biz bu əsərləri Sumqayıt məktəblərinə hədiyyə etməklə Zəfər tariximizi gələcək nəsillərə ötürmək istəyirik. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə minnətdarlığımızı bildiririk”.

Tədbirdə həmçinin şəhid ailələrinin üzvləri də çıxış edərək Vətən müharibəsində canlarını fəda etmiş oğullarının xatirəsinin belə tədbirlərlə anılmasının onlara böyük mənəvi dəstək olduğunu vurğulayıblar.

Yekunda tədbir iştirakçıları “44 Zəfər Plakatı” adlı rəsm sərgisinə baxış keçiriblər. Sərgidə nümayiş olunan əsərlərdə Vətən müharibəsindəki birlik, mübarizə ruhu və Qələbə sevinci bədii şəkildə ifadə olunub. Bildirilib ki, sərgidə təqdim olunan bütün rəsmlər Sumqayıt şəhər məktəblərinə hədiyyə ediləcək.














Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi