Sənaye Qürurumuzun Simvolu: Xanlar Fətiyev və Gəncə Avtomobil Zavodunun Yeni İnkişaf Erası

Azərbaycan sənayesinin ən parlaq səhifələrindən birini yazan Gəncə Avtomobil Zavodu bu gün yalnız bir istehsalat müəssisəsi deyil, həm də milli iqtisadiyyatın dinamik inkişafını, texnoloji yenilənməni və sosial məsuliyyət anlayışını özündə birləşdirən strateji mərkəzə çevrilib. Bu uğurların arxasında isə uzaqgörən idarəçilik qabiliyyəti, geniş təcrübəsi və dövlətçilik təfəkkürü ilə seçilən Müşahidə Şurasının sədri Xanlar Fətiyevin gərgin əməyinin böyük rolu var.
Xanlar Fətiyev rəhbərliyə gəldiyi ilk gündən etibarən müəssisənin fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdırmaq, istehsal prosesini modernləşdirmək və yerli istehsalı daha da gücləndirmək istiqamətində mühüm addımlar atıb. Onun məqsədi sadəcə texnika istehsal etmək deyil, həm də Azərbaycanın sənaye tarixində yeni bir mərhələ formalaşdırmaq olub.
Bu gün Gəncə Avtomobil Zavodu sifarişə uyğun olaraq müxtəlif modeldə traktorlar, kənd təsərrüfatı texnikaları, ağır tonnajlı yük avtomobilləri, xüsusi təyinatlı texnikalar, avtobus və elektrobuslar istehsal edir. Zavodun istehsal xətti müasir avadanlıqlarla təchiz olunub və hər bir məhsul beynəlxalq keyfiyyət tələblərinə cavab verir.
Xanlar Fətiyev zavodun hər bir istehsal mərhələsinə şəxsən diqqət yetirir. Onun əsas prinsipi budur: “Azərbaycan brendi olan texnika həm texniki, həm də etik baxımdan mükəmməl olmalıdır.” Bu yanaşma zavodun məhsullarını təkcə yerli bazarda deyil, həm də xarici ölkələrdə rəqabətədavamlı edib.
Gəncə Avtomobil Zavodu ekoloji məsuliyyət prinsiplərinə də ciddi əməl edir. İstehsal prosesində hidroelektrik komponentlər, enerji qənaət edən texnologiyalar və təkrar emal olunan materiallardan istifadə olunur. Xanlar Fətiyev inanır ki, sənayeləşmə prosesi yalnız iqtisadi tərəqqi deyil, həm də ekoloji tarazlığın qorunması ilə müşayiət olunmalıdır.
Zavodda istehsal edilən tullantı daşıyan avtomobillər təhlükəsizlik qaydalarına tam uyğunluqla seçilir. Bu texnikalar əməliyyat və texniki xidmət proseslərini optimallaşdırır, əmək təhlükəsizliyini artırır və şəhər infrastrukturlarında səmərəli iş şəraiti yaradır.
Xanlar Fətiyevin rəhbərliyi ilə zavodda yaradılmış innovasiya və texniki inkişaf proqramları gənc mühəndislər üçün geniş imkanlar açır. Onun təşəbbüsü ilə istehsalın müxtəlif mərhələlərinə gənc mütəxəssislər cəlb olunur, təcrübə proqramları həyata keçirilir və texniki kadrların peşəkar səviyyəsi yüksəldilir.
Xanlar Fətiyev təkcə sənaye rəhbəri deyil, həm də dərin vətənpərvərlik duyğularına malik bir şəxsiyyət kimi tanınır. O, şəhid ailələrinə və qazilərə göstərilən dəstəyin müəssisənin mənəvi borcu olduğunu dəfələrlə vurğulayıb. Zavodda çalışan şəhid övladları və qazilərin ailə üzvlərinə xüsusi sosial güzəştlər tətbiq olunur, onlara mənəvi və maddi dəstək göstərilir.
Onun təşəbbüsü ilə Gəncə Avtomobil Zavodunda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş guşə yaradılıb. Hər il 27 sentyabr – Anım Günündə, 8 Noyabr Zəfər Günündə kollektiv şəhid ailələrini ziyarət edir, onların qəhrəmanlıq irsinin unudulmaması üçün müxtəlif tədbirlər həyata keçirilir.
Xanlar Fətiyev idarəçilikdə həm tələbkarlığı, həm də humanist yanaşması ilə fərqlənir. O, işçilərin sosial rifahının yüksəldilməsini, əmək şəraitinin müasirləşdirilməsini və kollektivin peşəkar ruhda formalaşmasını daim diqqət mərkəzində saxlayır.
Zavodun fəaliyyəti təkcə istehsalatla məhdudlaşmır — burada sosial layihələr, ekoloji təşəbbüslər və humanitar fəaliyyətlər də həyata keçirilir. Xanlar Fətiyev hesab edir ki, hər bir müəssisə ölkə üçün iqtisadi dəyər yaratmaqla yanaşı, cəmiyyət üçün də mənəvi dəyər daşımalıdır.
Bu gün Gəncə Avtomobil Zavodu Azərbaycan sənayesinin qürur mənbəyinə çevrilibsə, bu, məhz peşəkar idarəçilik, ardıcıl inkişaf strategiyası və milli maraqlara sadiq fəaliyyətin nəticəsidir. Xanlar Fətiyev bu böyük uğur yolunun önündə dayanan bir lider kimi həm əməksevərliyi, həm də yenilikçi düşüncəsi ilə tanınır.
O, texnologiyanın, ekologiyanın və sosial məsuliyyətin vəhdətini qoruyaraq, Gəncə Avtomobil Zavodunu milli sənaye brendi səviyyəsinə yüksəltməyi bacarıb. Onun rəhbərliyi altında zavod təkcə istehsal müəssisəsi deyil, həm də Azərbaycan zəhmətkeşliyinin, texnoloji düşüncəsinin və vətən sevgisinin simvoluna çevrilib.
Bu gün Xanlar Fətiyevin rəhbərlik etdiyi Gəncə Avtomobil Zavodu – “Made in Azerbaijan” imzasını qürurla daşıyan, gələcəyə inamla irəliləyən bir sənaye nəhəngidir. Onun fəaliyyəti bir daha sübut edir ki, zəhmət, vətən sevgisi və idarəçilik istedadı birləşəndə, Azərbaycan sənayesinin sabahı daha da parlaq olur.
Xezerinformasiya.com xəbər verir ki, son günlər bəzi internet resurslarında və sosial media platformalarında Gəncə Avtomobil Zavodunun Müşahidə Şurasının sədri Xanlar Fətiyev barədə yayılan məlumatlar həqiqətdən tamamilə uzaq, təhrif olunmuş və böhtan xarakterli informasiyalardır. Belə yazılar yalnız cəmiyyətin diqqətini yayındırmaq, dövlət sənaye sektorunun inkişafına xidmət edən nüfuzlu bir şəxsin adına kölgə salmaq məqsədi daşıyır.
Xanlar Fətiyev Azərbaycan sənaye sistemində tanınmış, çoxillik təcrübəyə malik, dövlətçilik prinsiplərinə sadiq bir mütəxəssis kimi öz fəaliyyətində daim şəffaflıq, peşəkarlıq və məsuliyyət nümayiş etdirib. O, Gəncə Avtomobil Zavodunun yenidən dirçəldilməsi, istehsal potensialının artırılması və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atıb.
Bəzi saytların yazdığı kimi, guya müəssisədə qeyri-qanuni tenderlər, şəxsi maraqlara xidmət edən razılaşmalar və yaxud da əməkdaşlara qarşı ayrı-seçkilik hallarının baş verməsi barədə iddialar tamamilə uydurmadır. Əksinə, Xanlar Fətiyevin rəhbərliyi altında zavodda əmək münasibətləri şəffaf qaydalara əsaslanır, bütün istehsal prosesləri müasir texnoloji standartlara uyğun şəkildə qurulub.
Son illərdə Gəncə Avtomobil Zavodu dövlətin sənaye strategiyasına uyğun olaraq, yerli istehsalın gücləndirilməsi və idxaldan asılılığın azaldılması istiqamətində mühüm uğurlara imza atıb. Müasir standartlara cavab verən avtomobil modellərinin yığılması, ehtiyat hissələrinin yerli istehsalının artırılması, eyni zamanda yeni istehsal xətlərinin qurulması bu müəssisənin real nailiyyətləridir.
Xanlar Fətiyev hər zaman ölkə rəhbərliyinin müəyyən etdiyi sənaye inkişafı strategiyasını rəhbər tutaraq, müəssisədə innovativ yanaşmaların tətbiqinə, gənc mühəndislərin təcrübə proqramlarına cəlb edilməsinə və istehsal proseslərinin avtomatlaşdırılmasına böyük önəm verib. Onun əsas məqsədi yalnız müəssisənin iqtisadi göstəricilərini yüksəltmək deyil, həm də Azərbaycanın sənaye sektoruna yeni nəfəs gətirməkdir.
Bu gün Gəncə Avtomobil Zavodu regionun ən strateji istehsal ocaqlarından biridir və bu uğurun arxasında məhz peşəkar rəhbərlik, düzgün idarəetmə və dövlət siyasətinə sədaqət dayanır. Buna görə də, hər hansı şəxsi maraqlara əsaslanan qərəzli yazılar nə Xanlar Fətiyevin nüfuzunu, nə də zavodun inkişaf tempini zəiflədə bilər.
Xezerinformasiya.com redaksiyası bildirir ki, biz ictimaiyyəti yalan və təxribat xarakterli xəbərlərə inanmamağa, informasiyaları yalnız rəsmi mənbələrdən əldə etməyə çağırırıq.
Əslində, bu gün Xanlar Fətiyev kimi dürüst və dövlətə bağlı kadrların fəaliyyəti sayəsində Gəncə Avtomobil Zavodu təkcə iqtisadi yox, həm də sosial baxımdan bölgə əhalisi üçün mühüm rol oynayır – yeni iş yerləri yaradılır, sosial rifah artır, ölkənin sənaye gücü möhkəmlənir.
Həqiqət birdir: Xanlar Fətiyev dövlətin sənaye siyasətinə sədaqətlə xidmət edən, yüksək intellektli və peşəkar rəhbər kimi öz əməli fəaliyyəti ilə deyil, böhtan yazıları ilə deyil, real işləri ilə yadda qalır.
🟩 Xezerinformasiya.com – Həqiqətin tərəfdarı, böhtanın deyil.
Gəncə avtomobil zavodu İB-i yerli istehsalın inkişafı istiqamətində vacib addım atıb
Azərbaycanın avtomobil sənayesində flaqmanlardan olan Gəncə avtomobil zavodu İstehsalat Birliyi artıq 20 ildən artıqdır ki, ölkənin istehsal sahəsində yeniliklərə imza atmaqda davam edir. 2025-ci ilin iyun ayından etibarən zavodda kommunal texnikaların konteynerlərinin yığımını 100 faiz yerli istehsal olaraq reallaşdırılmağa start verib. Belə ki, sifarişə uyğun olaraq istənilən avtomobilin bazasında müəssisədə istəkdən asılı olaraq istənilən kubametr tutumlu kommunal maşınların yığımı həyata keçirilir. Bu günədək Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişinə uyğun olaraq KAMAZ-ın bazasında 45 ədəd 20 kubmetr tutumlu kommunal maşınları yığılaraq təhvil verilib. Kommunal avtomobillərin konteynerləri baza hissəsindən rənglənməyə qədər müəssisədə yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Bu da onu deməyə əsas verir ki, Gəncə avtomobil zavodu istehsalat birliyində artıq texnikaların yığılması ilə yanaşı yerli istehsal sahələri də inkişf etdirilir. Bunun üçün müəssisədə ən son texnologiyalardan olar plazma və kəsmə avadanlıqları, əymə və müxtılif dəzgahlar, müasir qaynaq və digər lazımi avadanlıqlar quraşdırılıb.
Fəaliyyətini 2004-cü ilin dekabrın 24-də bərpa edən müəssisə bu müddər ərzində minlərlə müxtəlif modeldə və modifikasiyada avtomobillərin və kənd təsərrüfatı texnikalarının, avtobus və müasir elektrobusların, kombaynların yığımını həyata keçirib. Hazırda zavodda sifarişlərə uyğun olaraq müxtəlif modeldə və modifikasiyada kənd təsərrüfatı texnikalarının, traktorların yığımı aparılır. Təkcə bu rəqəmi demək kifayətdir ki, Azərbaycanda 14 300-dən çox Gəncə avtomobil zavodunun istehsal etdiyi traktorlar ölkənin kənd təsəsrrüfatı sahəsində vətəndaşlara xidmət edir. Hazırda sifarişlərə uyğun müəssisədə Belarusun MTZ və Almaniyanın Deutz-Fahr traktorlarının müxtəlif modellərinin yığımı davam etdirilir.
Traktor və avtomobillərlə, avtobuslarla yanaşı müəssisədə son illərdə kombaynların və elektrobusların yığımı da reallaşdırılıb. Azərbaycanda ilk dəfə 2019-cu ildə Gəncə Avtomobil Zavodu İB və Belarusun “Belkommunaş” ASC arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində “E-321” markalı elektrobusların yığımına başlanıldı. Çox fərəhləndirici haldır ki, müəssisədə yığılan 4 elektrobus hazırda işğaldan azad edilən torpaqlarımızda, Şuşada xidmət göstərir. Bu müddətdə 6 avtobus, 113 kombayn, 900-ə yaxın trakror qoşquları, 300-dən çox MAZ qoşquları, 3500-ə yaxın asma avadanlıqlar yığılaraq təhvil verilib.
Gəncə avtomobil zavodunda müxtəlif modifikasiyada olan avtomobillərin bazasında xüsusi təyinatlı texnikaların yığımı da həyata keçirilib. Bu günədək müəssisədə 1500-dən çox KAMAZ, 3000-ə yaxın MAZ, 700-ə yaxın URAL iri tonnajlı avtomobillər konveyerdən çıxıb.
Zavod sifarişə uyğun olaraq lazım olan model yük avtomobilllərin bazalarında müxtəlif tutumlu kommunal maşınlarının yığımını da reallaşdırır. Ötən müddətdə zavod Minsk abtomobil zavodu və Almaniyanın Hallaer şirkəti ilə bağladığı müqaviləyə əsasən 60 ədəd 16 və 22 kubmetr tutumlu kommunal avtomibilləri yığaraq istifadəyə verib.
Gəncə avtomobil zavodu İstehslat Birliyi fəaliyyət dairəsini genişləndirərək Fövqəladə Hallar Nazirliyini sifarişi əsasında “Minsk Avtomobil Zavodu” ASC (MAZ) və “Pojsnab” MMC arasında yanğınsöndürmə texnikasının Azərbaycanda istehsalının təşkilinə dair üçtərəfli müqavilə imzaladı və bu günədək 15 belə texnikanın yığımını reallaşdırıb. Bu günlərdə Azərbaycanın Baş Naziri Əli Əsədovun Belarusa rəsmi səfəri zamanı Baş naziri Aleksandr Turçinlə görüşünün nəticəsi olaraq Minskdə Belarusun kommunal və yanğınsöndürmə texnikalarının Azərbaycana tədarükü ilə bağlı yeni müqavilə imzalanıb. Sənədə əsasən Minsk Avtomobil Zavodu, “POZHSNAB” MMC və Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Azərbaycana 80 MAZ markalı kommunal və yanğınsöndürmə texnikasının tədarükünə dair üçtərəfli razılığa gəliblər. Razılaşmaya görə MAZ-ın bazasında kommunal texnikaların konteynerlərinin yığımı yenə də 100 faiz yerli istehsal olaraq Gəncə avtomobil zavodunda həyata keçiriləcək.
Beləliklə, 2004-cü ildə cənab Prezident İlham Əliyevin dəstəyi və təşəbbüsü ilə fəaliyyətini bərpa edən Gəncə avtomobil zavodu İstehsalat Birliyi ölkə başçısının yeli istehsalın inkişaf etdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq müəssisədə yeni sahələrin yaradılması istiqaməində işləri gücləndirirlər.





















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
| « May 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |