xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 

Azərbaycanın Enerji Gücünün Memarı – Baba Rzayev və Qürurla Qeyd Etdiyimiz Energetiklər Günü

20-10-2025, 12:09 8 dəfə baxılıb

Azərbaycanın Enerji Gücünün Memarı –  Baba Rzayev və Qürurla Qeyd Etdiyimiz Energetiklər Günü


Bu gün Azərbaycan üçün sadəcə təqvimdə qeyd olunan bir gün deyil – bu gün ölkəmizin damarlarında döyünən enerjinin, xalqımızın səbr və zəhmətinin, sənaye gücümüzün rəmzi olan Energetiklər Günüdür. Artıq iyirmi bir ildir ki, minlərlə enerji işçimiz bu günü fəxrlə, alnıaçıq şəkildə qeyd edir və haqq etdikləri təbrikləri qəbul edirlər. Bu şərəfli peşə bayramının əsasında isə dərin tarix, böyük liderlik və yorulmaz əmək dayanır.

43 il əvvəl – 1981-ci il oktyabrın 20-də, ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji bloku istifadəyə verildi. Bu, sadəcə bir stansiyanın açılışı deyildi – bu, Azərbaycanın enerji müstəqilliyinin təməli idi. Məhz o gün elektroenergetika tariximizin yeni mərhələsi başlandı.

Bu yol bu gün Prezident İlham Əliyevin müdrik siyasəti ilə daha böyük zirvələrə çatıb. Onun 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə bu tarixin Energetiklər Günü kimi rəsmən təsis olunması dövlətin bu sahəyə verdiyi yüksək dəyərin təzahürüdür. Hər açılan transformator, hər işə düşən yeni xətdən əvvəl dövlət qayğısı, arxasında isə minlərlə energetikin alın təri dayanır.

Bu böyük enerji ordusunun ön cərgəsində isə “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dayanır. O, sadəcə bir rəhbər deyil – o, gündüz işığına, gecə isə rahat yuxumuza zəmanət verən sistemin strateji beyni, böyük enerji mexanizminin idarəedicisidir.

Baba Rzayev rəhbərliyə gəldiyi gündən etibarən Azərbaycan energetikası müasir texnologiyalarla, beynəlxalq standartlarla, ən əsası isə dayanıqlı idarəçilik modeli ilə yenidən formalaşdırıldı. Onun təşəbbüsü ilə 100-lərlə yarımstansiya yenidən quruldu, yeni elektrik xətləri çəkildi, regionların enerjiyə çıxışı təmin olundu, ən ucqar kəndlər belə qaranlıqdan xilas edildi.

Xüsusilə son illərdə Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi, bərpa olunan enerji layihələrinin həyata keçirilməsi, “yaşıl enerji” konsepsiyasının genişlənməsi məhz onun iradəsi və idarəçiliyi ilə mümkün oldu. Küləklər Xəzərdən əsib stansiyalara çevrildi, Günəş işığı panellərdə gücə döndü – və bütün bunlar Azərbaycanın gələcəyini təmin edən nəhəng enerji zincirinin halqalarıdır.

Bu gün Azərbaycan təkcə özünü enerji ilə təmin etmir, eyni zamanda onu ixrac edən güc mərkəzinə çevrilib. Bu, həm iqtisadi güc, həm də siyasi nüfuz deməkdir. Və bu uğurun kökündə energetiklərin səssiz kahramanlığı, Baba Rzayev kimi peşəkar rəhbərlərin strateji baxışı dayanır.

Onlar işıqlı şəhərlərin arxasında görünməyən qəhrəmanlardır. Yağışda dirəyə çıxan elektrik ustası, şaxtada transformator dəyişən mühəndis, gecəni gündüzə qatıb sistemə nəzarət edən dispetçer… Bəzən biz evimizdə lampanı yandırarkən bu zəhməti görmürük, amma hər işığın arxasında bir ömür dayanır.

Bu gün onlara bir təşəkkür azdır, bir bayram azdır. Onlara ən böyük mükafat xalqın duasıdır, uşaqların qaranlıqda qorxmamasıdır, anaların ocağının sönməməsidir.

Energetiklər Gününüz mübarək!

Sizə güc verən enerjiniz tükənməsin!

Artıq 5 ildir ki, Füzulidə Azərbaycan işığı yanır

İşğaldan azad edilən ərazilərin Azərbaycan enerji sisteminə qoşulması və ən qısa vaxtda enerji ilə təchiz edilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bütün azad edilən rayonlarda olduğu kimi Füzuli rayonunda da böyük işlər görülüb. “AzərEnerji” tərəfindən Füzulidəki “Şükürbəyli” yarımstansiyasına “İmişli” yarımstansiyasından 51 kilometr məsafədə 110 kilovoltluq ötürmə xətti çəkilib. Eyni zamanda, “Şükürbəyli” yarımstansiyası genişləndirilərək qovşaq yarımstansiyası olaraq tam yenidən qurulub. Oradan isə Füzuli şəhərinə 110 kilovoltluq ikidövrəli ötürmə xətti çəkilib və bir neçə ayın içərisində Füzuli şəhərində 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilib.

2021-ci ilin iyun ayının 14-də Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə “Füzuli” və “Şükürbəyli” yarımstansiyalarının açılışı olub.


Bu gün şəhər günü qeyd edilən Füzulidə artıq 5 ildir ki, Azərbaycan işığı yanır.

“AzərEnerji” yeni təhlükəsizlik və idarəetmə sistemi qurur


Azərbaycan enerji sistemində qabaqcıl idarəetmə texnologiyaları tətbiq ediləcək

Ölkədə yeni yaradılan bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasını asanlaşdırmaq, idarəetməni qlobal standartlara uyğunlaşdırmaq və enerji sisteminin dayanıqlığını gücləndirmək məqsədilə “AzərEnerji” ASC ABŞ-ın SEL (Schweitzer Engineering Laboratories) şirkəti ilə birgə yeni layihəyə start verib.

Layihə çərçivəsində Azərbaycanda WAMS - Geniş Ərazi Monitorinq Sistemi (Wide Area Monitoring System ) və WACS - Geniş Ərazi İdarəetmə Sistemi (Wide Area Control System) texnologiyaları tətbiq ediləcək.

İlk mərhələdə əsas elektrik stansiyaları və qovşaq yarımstansiyalarında 27 ədəd xüsusi ölçü cihazı - PMU quraşdırılır. Bu cihazlar real vaxt rejimində şəbəkədəki gərginlik, cərəyan və tezliyi dəqiq ölçərək məlumatları mərkəzi serverə ötürəcək. Bununla həm Azərbaycanın enerji sisteminə, həm də Rusiya, Gürcüstan və İranla olan enerji əlaqələrinə onlayn nəzarət imkanı yaranacaq. Bu texnologiya qəza risklərini vaxtında aşkar etməyə və onların böyüməsinin qarşısını almağa şərait yaradacaq.

Beləliklə, WAMS sistemi vasitəsilə şəbəkənin vəziyyəti anlıq izlənəcək, sabitlik göstəriciləri, gərginlik dəyişmələri və enerji axınları real vaxtda görünəcək. Bu isə operatorlara daha dəqiq və operativ qərar verməyə, həmçinin bərpa olunan enerji mənbələrinin idarə edilməsini asanlaşdırmağa imkan verəcək.

WACS sistemi isə WAMS-dan daxil olan məlumatlar əsasında şəbəkədə avtomatik idarəetmə tədbirlərini həyata keçirəcək. Bu çərçivədə yükün tənzimlənməsi, generator gücünün dəyişdirilməsi, enerji axınlarının balanslaşdırılması təmin olunacaq, insan müdaxiləsi və qəza riskləri minimuma endiriləcək.

Sadə dillə desək, WAMS şəbəkənin “gözləri və qulaqları”dır — vəziyyəti izləyir; WACS isə şəbəkənin “beyni və əlləri”dir — qərar qəbul edib tədbir görür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi