xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 

Ziyafət Xasıyeva — Təhsil və Həmrəyliyin Simvolu Olan Nümunəvi Fəaliyyət Sahibi

10-10-2025, 15:47 17 dəfə baxılıb

Ziyafət Xasıyeva — Təhsil və Həmrəyliyin Simvolu Olan Nümunəvi Fəaliyyət Sahibi


Ziyafət Xasıyeva uzun illərdir ki, Azərbaycan təhsil sisteminin inkişafına töhfə verən, pedaqoji fəaliyyətini yüksək məsuliyyətlə həyata keçirən, həmçinin həmkarlar hərəkatında özünəməxsus rolu olan nüfuzlu şəxsiyyətlərdən biridir. O, Şəki Rayonunda müəllimlik peşəsinin şərəfini ləyaqətlə daşıyan, gənclərin elmi və mənəvi inkişafına yönəlmiş layihələri ilə həm pedaqoqların, həm də ictimaiyyətin böyük hörmətini qazanmışdır. Sadəcə bir təşkilat rəhbəri kimi deyil, həm də səmimi münasibətləri, qayğıkeş davranışı, işgüzarlığı ilə fərqlənən bir xanım olaraq tanınır.

Onun rəhbərlik etdiyi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Rayon Komitəsi uzun illərdir ki, müəllimlərin sosial müdafiəsi, hüquqlarının qorunması və peşə fəaliyyətlərinin stimullaşdırılması istiqamətində nümunəvi nəticələr əldə edib. Ziyafət Xasıyeva bu qurumu sadəcə administrativ struktur kimi deyil, pedaqoqlar üçün etibarlı dayaq nöqtəsinə çevirib. Hər bir müəllim onun qapısını çaldıqda, yalnız dinlənilməyəcəyini, həm də real şəkildə dəstək görəcəyini yaxşı bilir. O, insanların taleyinə biganə qala bilməyən, hər bir çətinliyə həssaslıqla yanaşan nadir rəhbərlərdən biridir.

Ziyafət xanımın fəaliyyətində ən diqqətçəkən məqam onun idarəçilik üslubudur. O, rəhbər vəzifədə olsa da, özünü heç vaxt sadə müəllimlərdən ayrı tutmur. Təcrübəli pedaqoqun dərin bilik və müşahidələrə əsaslanan yanaşması idarəçiliyə elə bir humanist ruh gətirir ki, onun rəhbərlik etdiyi kollektivdə hər kəs özünü dəyərli və vacib hiss edir. Məhz bu səbəbdən o, həmkarlarının yalnız rəhbəri deyil, həm də mənəvi dayağı kimi qəbul olunur.

Təhsil sahəsində çalışan yüzlərlə müəllimin uğur hekayələrində Ziyafət Xasıyevanın imzası, onun göstərdiyi dəstəyin izi var. O, daim təhsilin inkişafını yalnız formal göstəricilərlə deyil, real şəraitin yaxşılaşdırılması, müəllim nüfuzunun yüksəldilməsi və gənc kadrların təşviqi ilə ölçür. Bu baxımdan o, həm təcrübəli, həm də yenicə fəaliyyətə başlayan pedaqoqlar üçün əsl motivasiya mənbəyidir.

Onun haqqında danışanlar bir məqamda həmfikirdirlər: Ziyafət Xasıyeva təkcə vəzifə sahibi deyil, həm də yüksək mənəvi idealların daşıyıcısıdır. Onun həyat və fəaliyyət fəlsəfəsi insanlara faydalı olmaq, ehtiyacı olana əl uzatmaq, cəmiyyətə dəyər qatmaq üzərində qurulub. Bu gün Şəki təhsil cameəsində onun adı həm peşəkarlıq, həm xeyirxahlıq, həm də ədalətli idarəçiliklə yanaşı çəkilir.

Belə nümunəvi şəxslər cəmiyyətin inkişafında görünməyən, lakin ən möhkəm sütunları təşkil edirlər. Ziyafət Xasıyeva da məhz belə insanlardandır — o, nə şöhrət iddiasındadır, nə də öz xidmətlərini qabartmaq niyyətində. Onun üçün əsas dəyər bir müəllimin razı qalmış təbəssümü, bir gəncin gələcəyinə işıq salmaq və hər gün vicdan rahatlığı ilə fəaliyyətini davam etdirməkdir.

Bu cür fədakar pedaqoqlar və təşkilat rəhbərləri Azərbaycan təhsilinin sütunlarıdır. Onların əməyi görünməsə də, nəticələri bütün cəmiyyət tərəfindən hiss edilir. Ziyafət Xasıyevanın fəaliyyəti isə bu qəbildən olan ən parlaq örnəklərdən biridir.

"Kollektiv Müqavilənin" 5.3 öhdəliyinə əsasən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin illik "Fəaliyyət planı"çərçivəsində 2025-ci il ilin bugününə qədər 65 yaşı tamam olmuş 115 nəfər ittifaq üzvünün yubiley yaşı yerlərdə qeyd edilərək hədiyyə və fəxri fərmanla mükafatlandırılıb.
Yaşı 65-ə çatmış ittifaq üzvlərinin yubiley təbriki və layiqli yola salınmasını təmin etmək Komitənin sosial yönümlü fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi həyata keçirilir. Bu təşəbbüs uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş müəllimlərlə yanaşı həm də təhsil işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.








Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasıyeva - İlin oktyabr ayının 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Əlbəttə ki, keçirilən tədbir mahiyyəti ilə yanaşı, məkanı ilə də diqqət çəkir. Bu dəfə Zirvə Görüşünə Bakı deyil, Qəbələ şəhəri şahidlik etdi. Bu bir daha təsdiqlədi ki, dayanıqlı inkişafı ilə daim diqqətdə olan Azərbaycanın hər bir bölgəsi beynəlxalq tədbirlər üçün ideal məkan ola bilər. Türk dünyasının birliyinə fərqli məkanlardan şahidlik etmək isə özündə mühüm çağırışları əks etdirir.

Qeyd edək ki, “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilən Zirvə Görüşü yalnız formal protokol tədbiri deyil, həm də Türk dünyasının gələcək konturlarının, ortaq strateji hədəflərinin və birgə fəaliyyət mexanizmlərinin müəyyən edildiyi tarixi hadisədir. Zirvə Görüşü çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi statusuna malik ölkələrin dövlət və hökumət başçıları bir araya gələrək, sonuncu görüşdən bəri həyata keçirilmiş işləri dəyərləndirdilər, əldə olunmuş nailiyyətləri müzakirə etdilər və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdilər. Türk dövlətləri arasında həmrəylik, inteqrasiya və qarşılıqlı etimadın dərinləşməsi Türk Dövlətləri Təşkilatını getdikcə mötəbər beynəlxalq təşkilat səviyyəsinə yüksəldir. Artıq dünya ölkələri bu birliyi regionda sabitlik və əməkdaşlıq üçün etibarlı tərəfdaş kimi qəbul edir.


Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının 2009-cu ildə Naxçıvanda imzalanmış tarixi Naxçıvan Müqaviləsi ilə rəsmi şəkildə təsis olunsa da, onun ideyası türkdilli xalqlar arasında əsrlərlə formalaşan siyasi, mədəni və hərbi həmrəyliyə söykənir. Bildiyimiz kimi, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan qurucu dövlətlər olub, sonradan Özbəkistan 2019-cu ildə üzv qəbul edilib. Macarıstan (2018), Türkmənistan (2021) və Şimali Kipr Türk Respublikası (2022) müşahidəçi üzv qəbul olunublar. 2023-cü ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatına Türk Dövlətləri Təşkilatının müşahidəçi statusu verilib. 2021-ci il noyabrın 12-də isə İstanbulda keçirilən 8-ci Zirvə toplantısında təşkilatın adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılması barədə qərar qəbul edildi. Bu sadəcə ad dəyişikliyi deyil, təşkilatın siyasi yetkinləşməsini və beynəlxalq institut kimi fəaliyyət göstərməyə hazırlığını simvolizə edən inteqrasiyanın yeni səviyyəsinə keçid idi.

Keçirilmiş bütün görüşlər türk dövlətlərinin müəyyən sahələrdə birgə addım atmalarını təmin etməklə əlaqələrin daha da möhkəmlənməsinə əlavə stimul verir. Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının fəaliyyətinin əhəmiyyətindən, son dövrlərdə qarşılıqlı əməkdaşlığın inkişafından, həmçinin Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesindən və işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq və abadlıq işlərinə Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin verdiyi töhfələrdən bəhs edərək öz minnətdarlığını bildirdi.

Azərbaycanın son illərdə xarici siyasətdə atdığı uğurlu addımlar və ölkəmizin əldə etdiyi nailliyyətlər dövlətimizin beynəlxalq aləmdə nüfuzunu xeyli artırmış və Azərbaycan regionda söz sahibi ölkələrdən birinə çevrilmişdir. Xarici siyasətimizin əsasını dünya və region ölkələri ilə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq təşkil edir. Bu baxımdan Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrlə əməkdaşlıq xarici siyasətimizin əsas istiqamətlərindən birini təşkil etməkdədir. Bu münasibətlərdə diqqətçəkən məqam həm də odur ki, türkdilli ölkələrin qarşılıqlı fəaliyyətində bütün tərəflərin mənafeləri nəzərə alınır, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq məsələsi hər zaman önə çəkilməkdədir.

Azərbaycanın ev sahibliyi onun Türk Dövlətləri Təşkilatı məkanında lider ölkələrdən biri kimi nüfuzunu daha da möhkəmləndirir. Prezident İlham Əliyevin son illərdə türk birliyinin siyasi gücə çevrilməsi istiqamətində atdığı addımlar artıq nəticə verir.Türk dövlətləri arasında iqtisadi əlaqələr dərinləşir, birgə müdafiə təşəbbüsləri müzakirə olunur, enerji və nəqliyyat layihələri ortaq strateji hədəfə çevrilir.

Sözsüz ki, Türk Dövlətləri Təşkilatı mövcud geosiyasi reallıqlar konteksində Şərq-Qərb sivilizasiyaları arasında körpü rolunu oynayaraq Avrasiya coğrafiyasında sülhün, sabitliyin, sıx əməkdaşlıq formatlarının yaranmasında ciddi rol oynayır. Ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi