xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 
  • 10:07 – İlham Əliyev: Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir 

Eltun Süleymanov: "Cəbrayıl əməliyyatı xalqımızın iradəsinin, dövlətimizin gücünün, cənab Prezident İlham Əliyevin qətiyyətinin parlaq təzahürü idi"

2-10-2025, 16:33 12 dəfə baxılıb



Azərbaycan tarixində xalqımızın yaddaşına əbədi həkk olunan günlərdən biri də 4 oktyabr – Cəbrayıl şəhəri günüdür. Uzun illər keçəcək, amma bu gün undulmayacaq tariximizin səhifələrdən nəsidən-nəsilə ötürüləcəkdir. Artıq indidən bu gün həm işğal illərinin acılarını, həm də qələbənin şirin sevincini bir araya gətirən simvola çevrilib.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, 1993-cü ilin 23 avqustu Azərbaycan xalqı üçün ağır gün idi. Cəbrayıl rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət bu torpaq 52 minlik əhalisi ilə birlikdə amansız taleyə məruz qaldı. Yüzlərlə məktəb, xəstəxana, mədəniyyət ocaqları yerlə-yeksan edildi, 13 milyard dollardan artıq ziyan vuruldu. Xudafərin körpüləri, türbələr, qədim məscidlər dağıdıldı, tariximiz silinməyə çalışıldı. Amma erməni vandalları bir şeyi unutdular: xalqımızın yaddaşını, torpaq sevgisini heç kim məhv edə bilməzdi. O illərdə məcburi köçkünlər vaqonlarda, çadırlarda məskunlaşsa da, hamının ürəyində bir ümid vardı – qayıdış ümidı. Bu ümid zamanla qəzəbə, qürura və sarsılmaz əzmkarlığa çevrildi. 2020-ci ilin payızı Azərbaycan tarixində dönüş nöqtəsi oldu. 27 illik həsrətdən sonra Cəbrayılın kəndləri bir-bir düşmən tapdağından azad edildi. Oktyabrın 4-də isə tarixi an yetişdi – Azərbaycan Ordusu Cəbrayıl şəhərinə daxil oldu. Cəbrayıl əməliyyatı təkcə hərbi uğur deyildi. Bu, xalqımızın iradəsinin, dövlətimizin gücünün, cənab Prezident İlham Əliyevin qətiyyətinin parlaq təzahürü idi. Ordumuz düşmənin qurduğu istehkamları yara-yara irəlilədi və zəfərin yolunu açdı. Cəbrayıldan başlayan bu uğur sonrakı günlərdə Xocavəndə, Hadruta, Zəngilana, Qubadlıya və sonda Şuşaya aparan qələbə yolunun əsas mərhələsi oldu. Xalqımız bir daha gördü ki, haqqın yanında duran millət gec-tez qələbə çalır. Xudafərin körpüsündə üçrəngli bayrağımızın ucaldılması isə sadəcə bir hərbi uğur deyildi – bu, tarixlə, keçmişlə, mənəviyyatla qovuşma anı idi.

Azadlıqdan sonra Cəbrayıl yeni həyatın nəfəsini aldı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpa-quruculuq işləri sürətlə başladı. “Araz Vadisi İqtisadi Zonası” yaradıldı, sənaye parkına onlarla şirkət qoşuldu. Yeni yarımstansiyalar, 4-6 zolaqlı magistral yollar çəkildi. Kəndlərin baş planları təsdiqləndi. Böyük Mərcanlıdan Sarıcallıya, Karxuludan Maşanlıya qədər hər bir kənd müasir infrastrukturla yenidən qurulacaq. Məktəblər, uşaq bağçaları, mədəniyyət ocaqları, idman kompleksləri tikilir. Ən əsası Cəbrayıla ilk köç karvanı artıq göndərilib. Cəbrayıllı ailələr doğma şəhərlərinə qayıtdı. Bu, təkcə bir köç yox, bir millətin tarixlə, yurdu ilə, ruhu ilə qovuşması idi.
Onu da deyim ki, cənab Prezident İlham Əliyevin Cəbrayıla səfərləri sadəcə işgüzar səfərlər deyil, milli iradənin nümayişidir. O, hər dəfə bu torpağa gələndə yeni həyatın təməl daşlarını qoyur, xalqın arzusunu gerçəkliyə çevirir. Xudafərin körpüsündə bayraq qaldırması, sənaye parkının açılışı, ilk köç karvanının yola salınması – bütün bunlar Cəbrayılın dirçəlişini simvolizə edir. Bu səfərlər həm də bir mesajdır: Azərbaycanın ərazi bütövlüyü əbədidir və heç vaxt təhdid altına düşməyəcək. Cəbrayıl bu gün sadəcə bir rayon deyil – xalqımızın qürur mənbəyidir. İşğaldan keçib, qələbə ilə qayıdıb, indi isə inkişaf və dirçəliş yolundadır. 4 oktyabr – Cəbrayıl şəhəri günü hər bir azərbaycanlının qəlbində qələbə ruhunu yenidən alovlandırır. Bu gün həm şəhidlərin xatirəsinə ehtiramın, həm ordumuzun qəhrəmanlığının, həm də xalqımızın birliyinin günüdür-deyə E. Süleymanov fikrini tamamlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi