xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

27 Sentyabr – Anım Günü münasibətilə Mingəçevir şəhərində Şəhidlər Xiyabanı ziyarət edilib

27-09-2025, 20:48 4 dəfə baxılıb



27 Sentyabr – Anım Günü münasibətilə Mingəçevir şəhərində Şəhidlər Xiyabanı ziyarət edilib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ziyarətdə şəhərin hüquq-mühafizə orqanlarının, yerli bələdiyyə idarəetmə orqanlarının, dövlət təşkilatlarının nümayəndələri və şəhər ictimaiyyəti iştirak ediblər.
Xebercimedia.az xəbər verir ki, Ziyarət zamanı Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb, onların ruhuna dualar oxunub, məzarlarının üzərinə gül dəstələri düzülüb. Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbir, qazilərimizə və müharibə veteranlarına isə şəfa dilənilib.
Tədbirdə Mingəçevir Dövlət Universitetinin (MDU) professor-müəllim heyəti, tələbə və magistrantları da fəal iştirak ediblər. Universitet kollektivi şəhidlərin müqəddəs xatirəsini bir daha ehtiramla yad edərək, onların göstərdiyi igidlik və qəhrəmanlığın daim gənc nəslin yaddaşında yaşayacağını vurğulayıb.
Qeyd edək ki, Mingəçevir şəhərində Anım Günü münasibətilə müxtəlif tədbirlər keçirilir.



























Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi