Siyəzən Rayon Mərkəzi Xəstəxanasında Liderlik və İnsanpərvərlik Simvolu: Direktor Nərgiz Əliyeva
2024-cü ilin aprel ayından etibarən Siyəzən Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edən Tibb üzrə fəlsəfə doktoru Nərgiz Əliyeva, səhiyyə sahəsində qazandığı zəngin təcrübəsi, yüksək peşəkarlığı və insani keyfiyyətləri ilə tibb müəssisəsinin fəaliyyətində yeni səhifə açmışdır. Onun rəhbərliyi altında xəstəxana yalnız tibbi xidmətlərin göstərildiyi bir müəssisə deyil, həm də regional səhiyyənin inkişafında nümunəvi bir model kimi çıxış edir.
Müasir səhiyyə xidmətləri və keyfiyyətin təminatı
Nərgiz Əliyeva rəhbərliyi ilə xəstəxanada müasir tibb standartlarının tətbiqi prioritet məsələlərdən biri olmuşdur. Onun təşəbbüsü ilə səhiyyə müəssisəsi yeni avadanlıqlarla təmin edilmiş, laboratoriya və diaqnostika imkanları müasirləşdirilmiş, tibbi heyətin ixtisas artırma proqramları təşkil edilmişdir. Bu təşəbbüslər nəticəsində xəstəxana Siyəzən və ətraf rayonların əhalisinə ixtisaslaşdırılmış tibbi xidmətin yüksək səviyyədə göstərilməsini təmin edir.
Tibb müəssisəsi rayonun və ölkənin şimal regionunun əhalisinə ixtisaslaşdırılmış tibbi yardımı təmin edən müalicə profilaktika müəssisəsidir.
Xəstəxana 76 çarpayıdan (Terapiya şöbəsi 20, Cərrahiyyə şöbəsi 20, Doğum şöbəsi 20, Uşaq şöbəsi 10, Anesteziologiya və reanimasiya şöbəsi 6 çarpayı) ibarətdir.
Tibb müəssisəsinin nəzdində 2 ailə sağlamlıq mərkəzi (Yenikənd-Zarat), 3 həkim məntəqəsi (Məşrif, Dağquşçu, Böyük Həmyə) və 8 tibb məntəqəsi (Həmyə, Sədan, Yanıq Ələz, Gil-gilçay, Eynibulaq, Qozağacı, Beşdam, Tağay) fəaliyyət göstərir.
Siyəzən Rayon Mərkəzi Xəstəxanası və tabeli müəssisələri tərəfindən 46 mindən çox əhaliyə xidmət göstərilir.
Hər il olduğu kimi cari ildə də Siyəzən əhalisi xəstəxanamızın bütün xidmətlərindən istifadə edir. Bunlardan laborator və radioloji xidmətlər isə üstünlük təşkil edir. 2025-ci ilin ilk 7 ayı ərzində vətəndaşlara göstərilən laborator xidmətlərin sayı 94 256, radiologiya xidmətlərinin sayı isə 18 096 olub.
Gün ərzində 300-600 nəfərin müraciəti qeydə alınır ki, onlara ümumilikdə 500-dən çox tibbi xidmət göstərilir. İl ərzində isə müraciət sayımız 60 mini ötür.
Tibb müəssisəsində xidmətin keyfiyyəti artıb, eləcə də vətəndaşların məmnunluq səviyyəsi yüksəlib. Demək olar ki, bütün şöbələrdə təmir-bərpa işləri aparılıb, şərait yaxşılaşdırılıb. Mətbəxi tamamilə yeniləmişik, nozoloji prinsiplərə uyğun pəhriz masalarının tərtibi aparılıb.
Müvafiq şöbələrdə tibbi avadanlıqlar yenilənib. TƏBİB-in dəstəyilə yeni rentgen aparatı, onikikanallı elektrokardioqramma, hemodializ aparatı, laporoskopik əməliyyatlar üçün laporoskop cihaz, müasir oftalmoloji müayinə cihazı, biokimyəvi tam avtomatik laborator analizator alınıb və quraşdırılıb.
Pasiyent məmnuniyyəti və sosial məsuliyyət
Direktor Nərgiz Əliyeva, xəstələrə və onların ailələrinə diqqətli, humanist yanaşma prinsiplərini əsas götürür. O, xəstələrin tibbi ehtiyaclarının dərhal və səmərəli şəkildə ödənilməsi üçün bütün işçi heyətinin fəaliyyətini istiqamətləndirir. Eyni zamanda, şəhid ailələri, qazilər və sosial vəziyyəti zəif vətəndaşların tibbi xidmətə əlçatanlığını təmin etmək onun prioritetləri arasındadır. Xəstəxanada həyata keçirilən sosial layihələr və kampaniyalar, tələb olunan dərman və tibbi ləvazimatların təmin olunması sahəsində də uğurlu nəticələr vermişdir.
Səyyar qəbul və birbaşa nəzarət
Nərgiz Əliyeva, səhiyyə xidmətinin şəffaf və səmərəli aparılması üçün səyyar qəbullar və birbaşa nəzarət sistemini tətbiq etmişdir. Hər bir həkim və əməkdaşın iş fəaliyyətinə nəzarət edir, xəstələrdən gələn şikayət və təklifləri diqqətlə dinləyir və operativ həll yolları tapır. Bu yanaşma xəstəxananın fəaliyyətinə şəffaflıq gətirir və pasiyentlərin məmnunluğunu maksimum səviyyəyə çatdırır.
İnfrastruktur və inkişaf layihələri
Nərgiz Əliyeva rəhbərliyi altında xəstəxananın infrastrukturunun modernləşdirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Palataların yenilənməsi, müasir tibbi avadanlıqların quraşdırılması, əməliyyat və təcili yardım otaqlarının təchiz olunması, həmçinin rəqəmsal tibbi sistemlərin tətbiqi səhiyyə xidmətinin keyfiyyətini əhəmiyyətli dərəcədə artırmışdır. Həkimlər və digər tibbi personal bu imkanlardan istifadə edərək yüksək standartlarda xidmət göstərir.
Təlim və peşəkar inkişaf
Nərgiz Əliyeva xəstəxananın tibbi heyətinin peşəkarlığını artırmaq üçün davamlı təlimlər, seminarlar və ixtisasartırma kursları təşkil edir. Bu tədbirlər həkimlərin və tibb bacılarının yeni müalicə metodları, diaqnostik texnologiyalar və tibbi protokollarla tanış olmalarına imkan yaradır. Eyni zamanda, xəstəxananın gənc kadrlarının inkişafı və motivasiyası da onun diqqət mərkəzindədir.
Elmi fəaliyyət və innovasiya
Tibb üzrə fəlsəfə doktoru kimi Nərgiz Əliyeva, elmi tədqiqat və innovasiyaları xəstəxananın fəaliyyətində tətbiq edir. Müasir müalicə üsulları, tibbi protokolların yenilənməsi və elmi-praktik yanaşmalar nəticəsində pasiyentlərin sağlamlığına yönəlmiş effektiv proqramlar həyata keçirilir. Bu, Siyəzən Rayon Mərkəzi Xəstəxanasını regionda nümunəvi səhiyyə müəssisəsi kimi fərqləndirir.
Tibb üzrə fəlsəfə doktoru Nərgiz Əliyeva yalnız xəstəxananın rəhbəri deyil, həm də insanların sağlamlığını, rifahını və sosial məsuliyyəti öz fəaliyyətinin prioriteti edən nümunəvi liderdir. Onun rəhbərliyi ilə Siyəzən Rayon Mərkəzi Xəstəxanası həm tibbi xidmətin keyfiyyəti, həm də sosial məsuliyyət baxımından regionun ən nüfuzlu səhiyyə müəssisələrindən birinə çevrilmişdir.
Siyəzən Rayon Mərkəzi Xəstəxanasının direktoru, Tibb üzrə fəlsəfə doktoru Nərgiz Əliyeva - Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının rəhbərliyi ilə 2023-cü il sentyabrın 19-20-də Ermənistan silahlı qüvvələrinin qalıqlarına və qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı həyata keçirilmiş antiterror əməliyyatı zəruri idi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata baxmayaraq, Ermənistan silahlı birləşmələri Qarabağdan tam çıxarılmamışdı və qarşı tərəf qeyri-qanuni erməni silahlı dəstələrinin tərk-silah edilməsi, ərazidən çıxarılması ilə tədbir görmürdü. Əksinə, qanunsuz silahlı dəstələrin təminatı məsələləri Ermənistan dövləti tərəfindən həyata keçirilirdi, Qarabağa hərbi sursat və silah daşınması davam edirdi. Digər tərəfdən, Azərbaycan Ordusunun mövqeləri ilə üzbəüz yerlərdə fəal mühəndis-istehkam işləri aparılırdı. Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində qondarma “prezident seçkiləri” keçirilmişdi. Separatçı qüvvələrin yeni bir hakimiyyət formalaşdırmaq cəhdləri və qeyri-qanuni silahlı dəstələrə maddi-siyasi dəstək verilməsi Ermənistanın daha böyük hərbi təxribatlara hazırlaşdığını göstərirdi. 
Ordumuz düşmənin bədxah niyyətindən xəbərdar idi və bu dözülməz vəziyyətə son qoymağın vaxtı çatmışdı. Nəyi, nə vaxt etməyi yaxşı bilən Ali Baş Komandan tərəfindən Ordumuza müvafıq tapşırıq verildi və sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri başladıldı.
Vətən müharibəsində olduğu kimi, Ali Baş Komandanın əsas tapşırığı bundan ibarət idi ki, əməliyyat şəxsi heyət arasında minimum itki ilə keçirilsin. Bu məqsədlə Ordumuzun arsenalında olan yüksək dəqiqliyə malik silahlardan düşmənin legitim hədəflərinə zərbələr endirildi. Hərbçilərimiz bir neçə saat ərzində Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində düşmənin dərinliyinə doğru 5-26 kilometr irəliləyərək bütün yolları kəsdi. Xüsusi təyinatlı bölmələrimiz bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarətin tam təmin olunması tapşırığını uğurla yerinə yetirdilər. Məhz Silahlı Qüvvələrimizin birgə fəaliyyəti nəticəsində nail olduğumuz bu üstünlüklərdən sonra separatçı rejimin rəhbərliyi və Ermənistan silahlı qüvvələrinin qalıqlarının komandanlığı ağ bayraq qaldırdı. Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, heç bir mülki şəxsi və obyekti hədəfə almadan 24 saatdan da az müddətdə 15-18 minlik hərbi qruplaşmanı təslim olmağa məcbur etdi.
Lokal xarakterli antiterror tədbirləri regionda sülhün bərqərar olmasına misilsiz töhfə verdi. Azərbaycanın inamlı qələbəsi bir daha sübut etdi ki, ölkəmizlə ultimatum dilində danışmaq olmaz. Müzəffər Ali Baş Komandanın dediyi kimi, Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən çıxarıldı, respublikamızın suverenliyi tam təmin edildi, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olundu.
Bu gün üçrəngli Bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır
Son illər şanlı döyüş yolu keçən Azərbaycan Silahlı Qüvvələri hazırda özünün ən qüdrətli mərhələsini yaşayır. Bu yolda mühüm yer tutan antiterror əməliyyatları Vətən müharibəsindəki böyük Qələbənin, möhtəşəm Zəfərin davamı kimi tariximizə əbədi yazılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: