Əhməd Vəliyev: Dövlət suverenliyi – tarixi nailiyyət, parlaq gələcək

Əhməd Vəliyevin adı haqsız yerə hallanır: Faktor Lizinqin fəaliyyətində günah vətəndaşın öhdəliklərini yerinə yetirməməsindən qaynaqlanır
Odlar Yurdu Universitetinin rektoru, hörmətli elm xadimi, ictimaiyyətin dərin rəğbətini qazanmış professor Əhməd Vəliyevin adı son günlər bəzi mətbuat orqanlarında əsassız şəkildə hallandırılır. Məsələ ondan ibarətdir ki, “Faktor Lizinq” şirkətinin bir neçə vətəndaşla bağladığı müqavilələr fonunda yaranmış anlaşılmazlıq, təəssüf ki, bilərəkdən və ya bilməyərəkdən cəmiyyətin tanınmış ziyalısı Əhməd Vəliyevin adına bağlanır. Halbuki, faktların mahiyyətinə diqqət etdikdə açıq görünür ki, professorun bu məsələlərə heç bir aidiyyatı yoxdur.
Əvvəla, qeyd edilməlidir ki, “Faktor Lizinq” şirkəti kommersiya hüquqi şəxsidir və fəaliyyətini qanunvericiliyə uyğun olaraq həyata keçirir. Bu tip şirkətlərlə vətəndaşlar arasında bağlanan müqavilələr tam hüquqi qüvvəyə malikdir və notariat qaydasında təsdiq edilir. Yəni, müqaviləyə imza atan hər bir şəxs şərtlərlə tam şəkildə tanış olur, razılaşır və borc öhdəliyini qəbul edir. Vətəndaş kredit öhdəliyini yerinə yetirmədikdə isə müqavilədə göstərilən qaydalara əsasən, əmlak girov kimi şirkətin mülkiyyətinə keçir. Bu isə sırf hüquqi prosesdir və burda kiminsə qohumluğunun, tanışlığının heç bir rolu ola bilməz.
Məsələ ilə bağlı diqqəti çəkən əsas nüans budur ki, şikayətçi vətəndaş borcunu ödəmədiyi üçün öz razılığı ilə, notarius vasitəsilə müqavilə əsasında evini şirkətə sataraq borcunun qarşılığını ödəyib. Yəni bu prosesdə heç bir qanunsuzluqdan söhbət gedə bilməz. Borcunu ödəməyən şəxs əmlakı girov qoyur, şirkət isə qanuni əsaslarla həmin əmlakı qəbul edir və ödənişi aparır. İndi isə həmin vətəndaş borcunu tam şəkildə razılaşma əsasında əmlakı ilə bağladığı halda, yenidən evi tələb etməsi hüquqi və məntiqi baxımdan əsassızdır.
Digər mühüm məqam isə professor Əhməd Vəliyevlə bağlıdır. “Faktor Lizinq” şirkətinin rəhbərinin dayısı olması faktı ictimaiyyət arasında manipulyasiya məqsədilə qabardılır. Halbuki, hüquqi və iqtisadi baxımdan bu heç bir rol oynamır. Əhməd Vəliyev tanınmış alim, nüfuzlu pedaqoq, uzun illərdir ölkəmizin təhsil sisteminə böyük töhfələr vermiş, yüzlərlə tələbə və gənc mütəxəssisin yetişməsində əvəzsiz xidmətləri olan ziyalıdır. Onun həyat və fəaliyyət yolu daim dövlətə, elmə və təhsilə xidmət üzərində qurulub. Belə bir şəxsi əsassız olaraq kommersiya münasibətlərinə bağlamaq, ictimai fikri çaşdırmaqdan başqa bir şey deyil.
Bu səbəbdən də qeyd etmək vacibdir ki, burada günahkar və məsuliyyət daşıyan tərəf şirkət və ya onun rəhbərliyi deyil, məhz öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyən vətəndaşdır. Əgər hər kəs borcunu vaxtında ödəsəydi, bu cür narazılıqlar yaranmazdı. Qanun və müqavilə şərtləri açıq şəkildə göstərir ki, borcun ödənilmədiyi halda girov əmlak borcun qarşılığında şirkətə keçir.
Professor Əhməd Vəliyev isə bu məsələdə yalnız əsassız şəkildə adı hallanan ziyalıdır. Onun fəaliyyəti ancaq elm, təhsil və gənclərin inkişafı ilə bağlıdır. Ona görə də, cəmiyyətin doğru məlumatlandırılması, belə hallarda günahın kimdə olduğunu düzgün dəyərləndirmək çox vacibdir.
Nəticə olaraq: Vətəndaşın borcunu ödəməməsi səbəbilə yaranmış məsələni kiminsə nüfuzlu adı ilə bağlamaq nə ədalətlidir, nə də hüquqi əsası var. Əhməd Vəliyevin adı bu mövzuda tamamilə haqsız olaraq hallanır.
Odlar Yurdu Universitetinin rektoru Professor Əhməd Vəliyev - Suverenlik dövlətin ərazi bütövlüyünün əsası və təminatı, onun sərhədlərini və onları idarə etmək hüququnu təmin edir. 30 il əvvəl, 1995-ci ilin noyabrında Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış ilk Konstitusiyamızın Preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilib.
Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan vermirdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrında həyata keçirilmiş 23 saatlıq uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Beləliklə, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar oldu. Bu səbəbdən 23 saatlıq antiterror əməliyyatları tarixə həm də suverenliyin tam bərpası əməliyyatı kimi düşdü.
2020-ci il noyabrın 10-da imzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin, separatçı rejimin mövcudluğu ciddi təhlükəsizlik problemləri yaradırdı. Əslində, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları tərksilah edilməli idi. Lakin bu istiqamətdə heç bir fəaliyyət qeydə alınmadı. Əksinə, separatizm meylləri daha da gücləndi.
Azərbaycan isə işğala məruz qalan tərəf olmasına baxmayaraq, mövcud gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin etmək istiqamətində praktik addımlar atırdı. Rəsmi Bakının bütün addımları regionda konstruktiv mühit yaratmağa hesablanmışdı. Amma qarşı tərəf ən radikal davranışlar sərgiləyir, suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirir, qondarma seçkilər təşkil edir, regionda vəziyyətin gərginləşməsi üçün əlindən gələni edirdi. Ermənistanda istehsal olunan minalar, qanunsuz silah-sursat Azərbaycanın işğal altında olan ərazilərinə daşınırdı. Bu proses Laçın sərhəd-buraxılış məntəqəsi qurulana qədər davam etdi.
2023-cü il aprelin 23-də Laçında quraşdırılan sərhəd-keçid məntəqəsi terror məqsədilə həyata keçirilən məkrli fəaliyyətin qarşısını aldı. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilərək müxtəlif yerlərdə basdırılırdı. Sentyabrın 19-da isə erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu.
Beləliklə, 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlandı. Cəmi 23 saat davam edən, sentyabrın 20-də uğurla başa çatan əməliyyat nəticəsində Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi.
Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salındı, 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Ordumuzun tam nəzarəti altına alındı. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə məntiqi sonluğuna çatdı. Bu, Azərbaycan ərazilərində qondarma erməni dövləti yaratmaq xülyasının sonu və separatizmin kökünün kəsilməsi demək idi.
Beləliklə, Azərbaycan regionu erməni faşizmindən birdəfəlik xilas etdi, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda da Azərbaycan bayrağı ucaldıldı. Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Prezident İlham Əliyevin Sərəncamı ilə hər il sentyabrın 20-sini Dövlət Suverenliyi Günü kimi qeyd edən Azərbaycan xalqı bir daha öz taleyinə sahib olduğunu, müstəqil dövlətini yaradaraq inkişaf etdirdiyini dünyaya bəyan etmiş oldu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: