xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 18:23 – Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR 
  • 12:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 

“Yasamalın inkişafı və vətəndaş məmnuniyyətinin təminatçısı – Elşad Həsənovun rəhbərliyi”

20-09-2025, 12:08 12 dəfə baxılıb

“Yasamalın inkişafı və vətəndaş məmnuniyyətinin təminatçısı – Elşad Həsənovun rəhbərliyi”


Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, vəzifəyə gələndən etibarən rayonun sosial, iqtisadi və infrastruktur sahələrində həyata keçirilən işlərin fəal təşəbbüskarı və davamlı inkişafın təminatçısı kimi tanınır. Onun rəhbərliyi altında Yasamal rayonu həm estetik baxımdan gözəlləşmiş, həm də vətəndaşların həyat səviyyəsi yüksəlmişdir.

Elşad Həsənov, vətəndaşların gündəlik qayğılarını yaxından öyrənmək və onların problemlərini operativ həll etmək məqsədilə səyyar qəbul sistemini təşkil etmişdir. Bu sistem vasitəsilə Yasamal sakinləri birbaşa rəhbərliklə görüşərək öz müraciətlərini çatdırmaq imkanına malikdirlər. Başçının şəffaf və operativ fəaliyyətə verdiyi önəm, vətəndaş məmnuniyyətinin yüksəlməsinə, ictimai etimadın güclənməsinə səbəb olmuşdur.

Yasamalın infrastruktur və abadlıq işləri də Elşad Həsənovun diqqət mərkəzindədir. Yasamal yollarının, küçələrin və meydanların təmiri, yaşıllaşdırma işlərinin aparılması, parkların və istirahət zonalarının yenidən qurulması, həmçinin məişət tullantılarının vaxtında daşınması onun rəhbərliyi ilə davam etdirilir. Bu işlər yalnız rayonun estetik görünüşünü yüksəltməklə kifayətlənmir, həm də sakinlərin gündəlik həyatını asanlaşdırır və yaşayış mühitini komfortlu edir.

Başçı həmçinin sosial məsuliyyətli rəhbər kimi də seçilir. Şəhid ailələri, qazilər, aztəminatlı və sosial dəstəyə ehtiyacı olan vətəndaşlara göstərilən diqqət onun fəaliyyətinin prioritetlərindən biridir. Elşad Həsənov, dövlətin və ictimaiyyətin dəstəyi ilə bu kateqoriyadan olan şəxslərin rifahının yaxşılaşdırılması üçün bir sıra layihələr və tədbirlər həyata keçirir.

Elşad Həsənovun rəhbərliyi altında Yasamal rayonunda həyata keçirilən təhsil və mədəniyyət layihələri, idman infrastrukturunun inkişafı, icma mərkəzlərinin yaradılması və gənclər üçün müxtəlif fəaliyyət proqramlarının təşkili rayonun sosial həyatına mühüm töhfə verir. Onun fəaliyyəti, həmçinin rayonda ictimai asayişin qorunması və sakinlərin hüquqlarının təmin olunmasında da özünü göstərir.

Ümumilikdə, Elşad Həsənovun rəhbərliyi Yasamal rayonunu həm sosial, həm iqtisadi, həm də mədəni baxımdan inkişaf edən, vətəndaşların rahat və təhlükəsiz şəraitdə yaşadığı müasir bir məkan halına gətirmişdir. Onun liderliyi, şəffaf idarəçiliyi və vətəndaşlara göstərdiyi diqqət bu rayonu nümunəvi rayonlardan birinə çevirmişdir.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov - Rəşadətli ordumuz dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə növbəti dəfə missiyasını şərəflə yerinə yetirdi və zəfərə imza atdı. 2023-cü ilin 19 sentyabr tarixində antiterror tədbirlərinin həyata keçirilməsinə səbəb olan amillər məlumdur. Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb oldu. Ermənistanın davamlı təxribatları Azərbaycan tərəfini lokal antiterror tədbirlərinə başlamasını şərtləndirdi. Belə ki, sentyabrın 19-da baş verən terror aktı Azərbaycanın dərhal lazımi addımlar atmasına səbəb oldu. Bir gün ərzində davam edən lokal antiterror tədbirləri Azərbaycanın irəli sürdüyü şərtlərin qarşı tərəfdən qəbul edilməsi əsasında dayandırıldı. 44 günlük İkinci Qarabağ müharibəsində olduğu kimi, 19 sentyabrda başlanan lokal antiterror tədbirləri zamanı da Azərbaycan tərəfi hansı şərtlər daxilində prosesi dandıra biləcəyini açıqladı. Şərtlərin bir gündə qəbul olunması Azərbaycanın haqlı mövqeyinin təqdimatı oldu.

Həmin şərtlərin qəbulu ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin dialoqu dəstəkləyərək məhz Azərbaycanın təklif etdiyi məkanda-Yevlax şəhərində görüşə razılıq vermələrində də özünün aydın ifadəsini tapdı. Reallıq budur ki, Azərbaycan reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət etmişdi. Lakin onlar hər dəfə bundan imtina edirdilər.

Qarabağ bölgəsində yaşayan ermənilərin nümayəndələrinin danışıq üçün Yevlaxa gəlməsi Azərbaycanın həm də siyasi, diplomatik müstəvidə uğuru kimi dəyərləndirildi. Azərbaycan öz qətiyyətli mövqeyini nümayiş etdirdi. Yevlaxda keçirilən görüşün məhz Azərbaycan Bayrağı altında aparılması özündə mühüm məqamları ehtiva etdi.

Cənab İlham Əliyev həmin il sentyabrın 20-də xalqa müraciətində Qarabağ bölgəsində yaşayan ermənilərin bütün hüquqlarının təmin ediləcəyini bildirdi. Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir: “Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bunu izah etməyə ehtiyac yoxdur. Bu, bizim həyat tərzimizdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq, İkinci Qarabağ müharibəsi bir daha onu göstərdi. Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri bir yumruq kimi birləşdi - Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda! Ona görə, bax, bu gözəl ab-hava, bu, təbii bir məkandır və biz Qarabağda yaşayan erməni əhalisini buna dəvət edirik. Biz müxtəlif sosial proqramlar icra etməyə hazırıq”.

Həmin müraciətində diqqəti Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə yönəldən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu bölgələrdə bəlkə də 30 il ərzində heç 1 faiz də iş görülməyib. Hazırda elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur. Dövlətimizin başçısı İkinci Qarabağ müharibəsi başa çatanda Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyimizi bildirdi. Sentyabrın 20-də xalqa sözügedən müraciətində “Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq” söyləyən dövlət başçısı qeyd etdi ki, bu, bizim əlimizdədir: “Ona görə bizim təklifimiz budur və bu gün dönüş nöqtəsi idi. Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar!”

Azərbaycanın bugünkü reallıqları, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri onu təsdiqləyir ki, bütün çətinliklərə, işğala, 1 milyon qaçqın və məcburi köçkünün olmasına baxmayaraq ötən illər ərzində bu günümüz üçün möhkəm təməl yaradılıb. İndi 30 il işğal altında qalan torpaqlarımız quruculuq dövrünü yaşayır. Bərpa-quruculuq işləri sıfırdan ölkəmizin daxili imkanları hesabına həyata keçirilir. Bu işlər, eyni zamanda, soydaşlarımızın doğma yurd-yuvalarına mərhələli şəkildə köçürülməsi ilə müşahidə edilir. Tezliklə bu prosesin də uğurla başa çatacağının şahidi olacağıq. Bu torpaqlara qayıdış onlara yeni nəfəs verir. Dövlət başçısı İlham Əliyevin azad edilmiş ərazilərimizə çoxsaylı səfərləri Böyük Qayıdış Proqramının uğurlu icrasının təqdimatıdır.

Yasamal ictimaiyyəti Dövlət Suverenliyi Gününü qeyd edib

Yasamal rayon ictimaiyyəti 20 sentyabr Dövlət Suverenliyi Gününü təntənəli şəkildə qeyd edib.Bununla əlaqədar Yasamal RİH və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli “ çərçivəsində “Konstitusiya və Suverenlik-milli iradənin təntənəsi” adlı tədbir baş tutub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyev və ərazi bütövlüyümüz uğrunda həlak olan qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Daha sonra tədbir iştirakçıları videoçarxa baxış keçirdilər. Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndərin zəngin siyasi irsinin gələcək nəsillərə çatdırmağın vacibliyindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsindən və 2023-cü ilin antiterror əməliyyatından söhbət açdı.

Daha sonra tədbirdə çıxış edən Milli Məclisin deputatı Hikmət Məmmədov, Mahir Süleymanlı, YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci və 2023-cü ildə işğalçı erməni ordusu üzərində Qarabağda tarixi qələbədən danışdılar.Bildirildi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu qısa müddətdə parlaq qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi və suverenliyimizi tam bərpa etdi.

Tədbirdə geniş nitqlə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov isə bildirdi ki, cənab Prezident İlham Əliyev səbr və təmkinlə, düşünülmüş və hesablanmış siyasətlə 2023-cü ilin antiterror əməliyyatı nəticəsində Xankəndini də azad etdi, rus sülhməramlılarını da vaxtından əvvəl yola saldı.Beləliklə, o bir daha bizə sübut etdi ki, nəyi və nə zaman etməli olduğunu çox gözəl bilir.Cənab Prezident zərgər dəqiqliyi ilə hər şeyi hesabladı və ustalıqla yerinə yetirdi. Bu antiterror əməliyyatının Ulu Öndərin 100 illiyi yubileyində baş tutması isə ona əlavə bir tarixi əhəmiyyət verdi.

Bu gün azad edilmiş Qarabağda həyat bərpa edilir. İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində iri miqyaslı bərpa-quruculuq işləri icra edilir. Zəngəzur dəhlizinin açılmasına hazırlıq görülür və regiona sülh gəlib. Ermənistanla müvafiq sənəd paraflanıb və imzanamasına hazırlıq görülür.

Bütün bugünkü uğur və nailiyyətlərimizin təməli isə 90-cı illərdə Ulu Öndər tərəfindən qoyulmuşdu. Bu mənada Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızın xüsusi yeri var. Konstitusiyamız müstəqilliyimizin əsas qanuni zəmanəti, insan hüquq və azadlıqlarının təminatçısıdır. 90-cı illərin əvvəlindəki xaosdan sonra bu konstitusiya ölkədə sabitliyə yol açdı, qanunçuluq və əmin-amanlığı bərpa etdi.

Tədbrin sonunda isə rayon fəallarına fəxri fərmanlar və partiya biletləri təqdim edildi.













































Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi