xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:50 – Prezidentlə xanımı Qırğızıstandadır - Fotolar - YENİLƏNİB 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 

Mingəçevirdə Regional Universitet–Sənaye Birliyi, SAMMİT 2025

19-09-2025, 18:28 6 dəfə baxılıb



Mingəçevir şəhərində 24 oktyabr 2025-ci il tarixində Regional Universitet–Sənaye Birliyi, Sammit 2025 tədbiri (Tədbirin 09:00-17:00 aralığında keçirilməsi nəzərdə tutulmuşdur) keçiriləcəkdir. Bu tədbir Azərbaycanın regionlarını əhatə edən və universitet-sənaye əməkdaşlığını təşviq edən ilk genişmiqyaslı platformadır və bölgədə bu istiqamətdə həyata keçirilən ən əhəmiyyətli və strateji layihələrdən biridir.
Sammit çərçivəsində universitet–sənaye tərəfdaşlığının yeni modelləri, karyera sərgisi və vakansiyaların təqdimatı, startap layihələrinin dəstəklənməsi, panel müzakirələr və seminarların keçirilməsi, həmçinin akademik biliklərin sənaye təcrübəsi ilə inteqrasiyası kimi əsas istiqamətlər üzrə tədbirlər təşkil olunacaqdır. Sammitdə dövlət qurumları və böyük şirkətlər, bank və maliyyə sektoru, texnologiya və sənaye təmsilçiləri, startaplar və innovasiya mərkəzləri, universitetlər və tədqiqatçılar, həmçinin on minlərlə tələbə və gənc (100 müəssisə və 10000 ziyarətçinin iştirakı planlanılır) iştirak edəcəkdir.
Tədbir Arena Hotel Kur məkanında keçiriləcək və Mingəçevir Dövlət Universiteti, HBN Group və Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən birgə təşkil olunacaqdır.
Sammitdə iştirak edərək universitetlər və sənaye müəssisələri arasında əməkdaşlıq imkanlarını genişləndirmək, tələbə və gənclərin iş dünyası ilə birbaşa əlaqə qurmasına dəstək olmaq, regionlarda kadr potensialını gücləndirmək və innovativ təşəbbüslərin inkişafına töhfə vermək imkanına malik olacaqsınız.
İştirak etmək istəyən müəssisələr 30 sentyabr 2025-ci il tarixinə qədər careerhub.az-dan qeydiyyatdan keçə bilərlər.
Ətraflı məlumat üçün aşağıda qeyd edilən əlaqə vasitələrinə müraciət edə bilərsiniz.

İştirak üçün:mob: ‪+99410 411 86 86‬
Email: [email protected]

Sponsorluq üçün: ‪+994707408840‬
Email: [email protected]

Instagram: https://www.instagram.com/p/DNNDol5RZA7/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi