Vaqif Həsənov: Tarixi Qələbədən Böyük Qayıdışa - yeni dövrün hədəfləri

Ağdam rayonunun taleyi həm tarixi, həm də müasir dövr baxımından Azərbaycan xalqı üçün xüsusi önəm daşıyır. Bu torpaqlar bir zamanlar işğal ağrısını yaşamış, amma Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qələbə nəticəsində öz azadlığına qovuşmuşdur. Bu gün isə Ağdamın yenidən qurulması, inkişafı və çiçəklənməsi istiqamətində görülən işlərin mərkəzində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov dayanır.
Vaqif Həsənovun fəaliyyəti dövlət başçımızın müəyyən etdiyi böyük quruculuq strategiyasına uyğun şəkildə həyata keçirilir. Ağdamda həm sosial, həm iqtisadi, həm də mədəni sahələrdə mühüm addımlar atılır. Şəhərin baş planına uyğun olaraq həyata keçirilən abadlıq və tikinti işləri, kəndlərdə infrastrukturun bərpası, yeni yolların çəkilişi və elektrik, su, qaz təchizatının müasir standartlara uyğun qurulması bölgə sakinlərinin həyatına böyük rahatlıq gətirir.
Ağdamda bərpa olunan tarixi-mədəni abidələr, yeni təhsil və səhiyyə müəssisələrinin inşası da diqqətdən kənarda qalmır. Bu prosesdə Vaqif Həsənovun şəxsi təşəbbüskarlığı, dövlətin verdiyi imkanlardan səmərəli istifadə etməsi xüsusi rol oynayır. O, sadəcə idarəçi deyil, həm də bölgənin problemlərini dərindən bilən, əhalinin gündəlik qayğılarına həssas yanaşan rəhbər kimi tanınır.
Şəhid ailələri və qazilərə göstərilən diqqət Vaqif Həsənovun fəaliyyətinin ayrılmaz hissəsidir. Onların mənzil və sosial təminat məsələlərinin həlli, şəhidlərin xatirəsinə ehtiramla yanaşılması, qazilərin istəklərinin qarşılanması istiqamətində daim konkret addımlar atılır. Bu, dövlət başçımızın şəhid ailələrinə və qazilərə olan qayğısının bölgə səviyyəsində davamı kimi dəyərləndirilə bilər.
Kənd yollarının abadlaşdırılması, kənd təsərrüfatı sahəsində fermerlərə verilən dəstək, yeni məşğulluq imkanlarının yaradılması Ağdam rayonunun sosial-iqtisadi inkişafını daha da gücləndirir. Bütün bunlar Vaqif Həsənovun işgüzar fəaliyyətinin, məsuliyyətli idarəçiliyinin və dövlətə sədaqətinin göstəricisidir.
Bu gün Ağdamın siması dəyişir – xarabalıqlar yerini müasir şəhər infrastrukturlarına, abad kəndlərə və yaşıl ərazilərə verir. Bütün bunlar Prezident İlham Əliyevin uzaqgörən siyasəti və Vaqif Həsənov kimi dövlətə sədaqətli kadrların fədakar fəaliyyəti sayəsində mümkün olur.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bu tarixi missiyanı layiqincə daşıyır və onun gördüyü işlər təkcə indiki nəsillər üçün deyil, gələcək nəsillər üçün də möhkəm təməl yaradır.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun rayonun Üçoğlan kəndində səyyar qəbul-görüşü keçirilib
19.09.2025-ci il tarixdə əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun rayonun Üçoğlan kəndində səyyar qəbul-görüşü keçirilib. Səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb.
Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.






Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov - Xalqın qüdrəti, dövlətin suverenliyi. 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı birləşmələrinin törətdikləri terror aktı Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı idi. Belə ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı və mülki şəxslər həlak oldu. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandı.
Qeyd edək ki, müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olundu. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş vermişdir. Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş vermişdir. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətmiş, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuşdur. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdır.
Bütün bunlar Azərbaycan tərəfinin lokal antiterror tədbirlərinə başlamasını şərtləndirdi. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror əməliyyatı dayandırıldı.
Əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror əməliyyatı nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdır. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda, səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılırdı. Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunmuşdur. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərilmişdir.
24 saatdan az müddətdə həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Dövlət başçısı İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamında qeyd edildiyi kimi, hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.
20 Sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır. Özünün siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək hər xalqa nəsib olmur. Buna sahib olmaq xalqın ictimai-siyasi həyatında ən böyük nailiyyətidir. Tarix boyunca qarşılaşdığı iqtisadi, siyasi, hərbi çətinliklərə, işğala baxmayaraq, xalqımızın müstəqillik, dövlətçilik arzusu və mübarizəsi əsrlər boyu davam edib, heç bir qüvvə onun bu əzmini sındıra bilməyib.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, 20 sentyabr, eyni zamanda, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilir. Artıq ikinci ildir ki, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri gününü qeyd edirik. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra Xankəndi şəhərindən xalqa müraciətində böyük qürur hissi ilə bildirdi ki, bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz inanırdıq ki, bu gün gələcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: