xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

“Azərbaycanın yeniyetmə Koperniki”: Bakıdakı Britaniya Məktəbinin şagirdi Səid Məmmədov beynəlxalq olimpiadada qızıl medal qazanıb

17-08-2025, 12:48 10 dəfə baxılıb



Əsasən dəqiq elmlər üzrə keçirilən beynəlxalq fənn olimpiadaları hər il dünyanın müxtəlif ölkələrinin evsahibliyi ilə təşkil olunur. Olimpiadalar iştirakçıların yaş məhdudiyyətinə, eləcə də formatına görə fərqlənirlər. Azərbaycan məktəbliləri 1992-ci ildən günümüzədək hər il bu mötəbər elm yarışlarında iştirak edirlər.
Kopernik Olimpiadası 2020-ci ildə ABŞ-nin Texas Ştatının Hyuston şəhərinə təhsil sahəsində beynəlxalq təcrübəyə malik pedaqoqlar tərəfindən təsis edilib. Kopernik adı bir vaxtlar Yerin Kainatın mərkəzi olduğuna dair iddianın əksinə olaraq, planetlərin Günəş ətrafında fırlanması ilə bağlı inqilabi nəzəriyyəni irəli sürən məşhur polşalı riyaziyyatçı, fizik və astronom Nikolay Kopernikdən götürülüb. Kopernik olimpiadasında dünyanın hər yerindən olan tələbələr fizika, astronomiya, təbiət elmləri və riyaziyyat üzrə öz bilik və bacarıqlarını sınaqdan keçirirlər. Azərbaycan ötən illər ərzində də olimpiadada yüksək səviyyədə təmsil olunub.
28 iyul 2025-ci il tarixdə ABŞ-nin Nyu-York şəhərində Kolumbiya Universitetində keçirilən 6-cı Beynəlxalq Kopernik olimpiadasında azərbaycanlı yeniyetmə riyaziyyatçılar fərqləniblər. “British School in Baku” məktəbinin VIII sinif şagirdi Məmmədov Səid Elxan oğlu əla nəticə göstərərək, universitetin sertifikatı ilə təsdiqlənən qızıl medal qazanmışdır.



Bu münasibətlə Səid Məmmədovu, valideynlərini və oxuduğu məktəbin beynəlxalq təcrübəyə malik müəllim heyətini təbrik edir, daha böyük uğurlar arzulayırıq. İnanırıq ki, Səid gələcəkdə seçəcəyi ixtisas üzrə bacarıqlı mütəxəssis kimi yetişəcək, ölkəmizin tərəqqisinə layiqli töhfələr verəcəkdir.
Dərslərində fərqlənən məktəblilərimizə Azərbaycanı beynəlxalq olimpiadalarda təmsil etmələrini, biliklərini qlobal səviyyədə nümayiş etdirmələrini tövsiyə edirik. Bu olimpiadalarda uğurla iştirak etməklə gənclərimiz təkcə dünyanın nüfuzlu universitetləri tərəfindən tanınan beynəlxalq sertifikatlar əldə etmir, həm də başqa ölkələrdən olan eyni istedada malik həmyaşıdları ilə ünsiyyət və bilik mübadiləsi aparmaq imkanı qazanırlar.

 Ruslan







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi