“Ramsin Abdullayev – Bakı şəhərinin kommunal xidmət sahəsində innovativ yanaşmalar və vətəndaş məmnuniyyəti nümunəsi”
![]()
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Kommunal Xidmətlər Müəssisəsinin direktoru Ramsin Abdullayev paytaxtın kommunal təsərrüfat sahəsində yüksək təşkilatçılıq bacarığı və peşəkarlığı ilə seçilən rəhbərlərdən biridir. Onun fəaliyyəti nəticəsində Bakı şəhərinin kommunal xidmətləri müasir tələblərə uyğun inkişaf etdirilib, sakinlərin həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.
İnnovativ idarəetmə və modern yanaşma
Ramsin Abdullayevin rəhbərliyi ilə kommunal xidmətlərin göstərilməsində müasir idarəetmə prinsipləri tətbiq olunur. Texnoloji həllərdən istifadə etməklə tullantıların idarə edilməsi, küçələrin təmizliyi, məişət tullantılarının vaxtında daşınması və emalı sahəsində mühüm islahatlar həyata keçirilib. Bu yanaşma həm xidmətlərin sürətini, həm də keyfiyyətini yüksəldib.
İnfrastrukturun yenilənməsi və abadlıq işləri
Onun rəhbərliyi ilə paytaxtın müxtəlif ərazilərində məhəllədaxili yolların, yaşıllıq sahələrinin və istirahət zonalarının abadlaşdırılması işləri genişləndirilib. Küçə işıqlandırma sistemlərinin yenilənməsi, park və xiyabanların təmizliyi və baxımı, şəhər məhəllələrinin daha səliqəli və rahat hala gətirilməsi sakinlər tərəfindən yüksək rəğbətlə qarşılanıb.
Sosial məsuliyyət və vətəndaşlarla sıx ünsiyyət
Ramsin Abdullayev sosial həssas qruplara xüsusi diqqət ayıran bir rəhbərdir. Onun təşəbbüsü ilə şəhid ailələrinə, müharibə qazilərinə və aztəminatlı ailələrə dəstək məqsədilə xüsusi sosial layihələr icra edilib. Müntəzəm keçirilən görüşlər və səyyar qəbul günləri vətəndaşların müraciətlərinin operativ həllinə imkan yaradıb.
Ekoloji həssaslıq və təmiz şəhər konsepsiyası
Onun fəaliyyətində ekoloji məsələlər də xüsusi önəm daşıyır. Bakı şəhərində tullantıların çeşidlənməsi və emalı üzrə yeni layihələrin icrası, yaşıllıq sahələrinin qorunması və artırılması, həmçinin təmizlik xidmətlərinin müasir standartlara uyğun təşkili paytaxtın ekoloji mühitinə müsbət təsir göstərib.
Peşəkarlıq və kollektivdə işgüzar mühit
Ramsin Abdullayevin rəhbərliyi altında formalaşmış kollektiv yüksək peşəkarlığı ilə seçilir. İşçilərin motivasiyasına, peşə hazırlığının artırılmasına və təhlükəsizlik qaydalarına əməl olunmasına xüsusi diqqət yetirilir. Bu, həm xidmətlərin keyfiyyətinə, həm də ümumi idarəetmə proseslərinə müsbət təsir göstərib.
Nəticə:
Ramsin Abdullayevin rəhbərliyi ilə Bakı şəhərində kommunal xidmətlərin təşkili sahəsində ciddi nailiyyətlər əldə olunub. Onun müasir yanaşmaları, sosial məsuliyyət prinsiplərinə sadiqliyi və vətəndaş məmnuniyyətini ön planda saxlaması paytaxtın kommunal təsərrüfatında keyfiyyətcə yeni mərhələnin başlanğıcı olub.
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Kommunal Xidmətlər Müəssisəsinin direktoru Ramsin Abdullayev - Gücünü xalqın birliyindən alan dünya lideri. Bir həftəyə yaxındır ki, dünya mətbuatının əsas gündəmini dövlət başçımız cənab İlham Əliyevin Xankəndində “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilmiş III Şuşa Qlobal Media Forumundakı unikal çıxışı və jurnalistlərin suallarına verdiyi əsaslandırılmış cavablarından çıxarılan mühüm tezislər təşkil edir. Yayılan bu məlumatları təhlil edib, ümumiləşdirmələr aparılanda ortaya çıxan bir sıra məqamları xüsusi qeyd etmək lazım gəlir.
Dünya mətbuatının diqqətə aldığı ilk məsələ forumun əhəmiyyətidir. Artıq işğaldan qurtulan müqəddəs torpaqlarımızda keçirilməsi ənənə halını alan və hər dəfə dünyanın qlobal problemlərinin müzakirəsinə həsr olunan media forumunda prezident İlham Əliyevin iştirakı və ən azı 3-4 saat saat ərzində elə 3-4 dildə aparıcı jurnalistlərin müxtəlif səpkidə maraqlı suallarına dünya liderlərindən biri kimi diqqətcəlb edən cavablar verməsi tədbirin əhəmiyyətinə əlavə orjinallıq gətirir.
Hər şeydən öncə vurğulamalıyıq ki, belə bir möhtəbər tədbirin bu il işğalından azad olunmasından qısa müddət keçməsinə baxmayaraq aparılan miqyasagəlməz nəhəng quruculuq işləri ilə hər kəsi qürurlandıran Xanın kəndində düzənlənməsi təsadüfi deyildi. Otuz illik işğal dövründə ancaq bir ovuc erməni separatçılarının terror yuvasına çevrilən Dağlıq Qarabağın əsrarəngiz gözəl məkanı, əslində tarixən elm, mədəniyyət mərkəzi kimi yaranıb. Dövlət başçısı da əvvəlcə Şuşada və ardınca Xankəndində təşkil olunan bu qlobal forumun iştirakçılarının nəzər-nöqtələrini bu məqamlara yönəltməklə, onlarının qələminin qüdrəti ilə təmsil etdikləri ölkələrin rəhbərlərinə və xalqına Azərbaycanın yaratdığı yeni reallıqların çatdırılması və eyni zamanda erməni və azərbaycanlıların bu bölgəyə baxışlarındakı kəskin fərqin olduğunu çatdırmağı diqtə etmiş oldu. Məhz, azərbaycanlıları millət olaraq göylərə qaldıran, erməniləri isə endirib yerlə bir edən baxışlarımızdakı bu fərqlilikdir, desək heç yanılmarıq. Nədir fərqli yanaşma? Ermənilərin 30 il müddətində əsl sahibi olmadıqları bu yerləri ancaq dağıtmaq, daşı-daş üstə saxlamamaq, yer altı-yerüstü sərvətlərini də talamaq, əksinə azərbaycanlıların öz tarixi torpaqlarına sahib çıxaraq 2-3 il müddətində bu yerləri cənab prezidentin qeyd etdiyi kimi cənnətin bir parçasına çevirmək. Bu fərqi görən və görmək istəyən əcnəbilər həm yeni reallığımızı qəbul etdilər, həm də cənnəti bu dünyada görmək, yaşamaq üçün bura gəlməkdə tələsdilər. Hər il Foruma qatılan iştirakçı ölkələrin və jurnalistlərinin sayının həndəsi silsilə ilə artması dilə gətirdiklərimizə əyani sübutdur. Sıravi vətəndaşından tutmuş, dövlət başçılarına qədər kimi açıq-aşkar, kimi də qəlbində hər kəs terrorizimdən uzun illər əziyyət çəkmiş bir bölgəni huzura qovuşduran, oranı dünyanın elm, təhsil, mədəniyyətlərarası sivilzasiyaların qovuşduğu bir məkana çevirən görkəmli şəxsiyyətə - Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq edirlər. Bir halda dünyanın supergüc dövləti olmaqda davam edən ABŞ-nın prezidenti özünün çoxmilyonlu izləyicisi olan rəsmi Teleqraf səhifəsində Şuşa Qlobal Forumunda prezident İlham Əliyevin çıxışındakı mühüm məqamlardan birini paylaşırsa və ona iqtibas gətirirsə, bu artıq Azərbaycan gerçəkliyinin bütün dünya tərəfindən qeyd-şərtsiz qəbul olunmasıdır.
Sözügedəndə tədbirdə dövlət başçısı İlham Əliyevin hər bir suala verdiyi cavablar və onların doğurduğu rezonansdan saatlarla danışmaq və yazmaq olar. Onsuz da istər dünya, istərsə də yerli mətbuatımız bu məsələlərdən yetərincə bəhs edirlər.
Diqqətimin daha çox fokuslandığı bir neçə məqam oldu ki, onlardan biri, əlbəttə, Ukrayna xalqına işğalla heç vaxt barışmamaq tövsiyəsidir. İşğaldan ən çox əziyyət çəkən, uzun sürən sülh danışıqları ilə işğalın BMT-nin ərazi bütövlüyü prinsiplərinə tamamilə zidd olan və bütün ölkələr üçün bunun qəbuledilməz addım olduğunu inandırmağa çalışan, lakin sonunda yalnız öz hərbi gücü ilə masada yox, sahədə ilahi ədaləti bərqərar edən bir dövlətin, xalqın liderinin haqlı olduqları halda haqsız duruma salınan, işğala məruz qalan ölkələrə də tövsiyəsi işğala qarşı mübarizə aparmaq, onunla barışmamaq çağrışından başqa bir fikir ola bilməzdi.
Elə həmin tədbirdə Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Mixail Qusman bir növ etiraf etdi ki, bu gün Azərbaycan lideri başqa hansısa dövlətlə müqayisə oluna bilməyən, tamamilə nadir xarici siyasət yürüdür.
Kimin və ya kimlərin liderimizin Rusiya-Ukrayna müharibəsinə sərgilədiyi dəyişməz mövqeyindən xoşu gəlib-gəlməməyindən aslı olmayaraq, çıxışlarında və ya davranışlarında olsun, həmişə ədalətli olan prezident İlham Əliyev özü də qeyd edir ki, mən həm xalqıma, həm də xarici tərəfdaşlarıma ancaq və ancaq düzgün, həqiqət olanı danışıram, özü də 20-30 il bundan əvvəl nəyi dedimsə, indi də dəyişməyən fikirlərimi ifadə edirəm. Ancaq sirr deyil ki, İlham Əliyevdən fərqli olaraq bir çox dövlət, hətta dünyanın əsas güc mərkəzləri sayılan ölkələrin rəhbərləri Qarabağ məsələsində ikili yanaşma sərgilədikləri kimi Ukrayna münaqişəsində də bir çox hallarda düzgün olanı açıq dilə gətirməyə çəkinirlər. Bəlkə də bu yanaşmanı əvvəllər məqsədli şəkildə ortaya qoyurdular ki, sonunda özləri işğal subyektinə çevrilə biləcəklərini təxmin etmişdilər. Belə olan halda özlərinin uydurduqları bu arzuolunmaz halların hamı tərəfindən qəbuledilməsinin daha asan ola biləcəyini güman edirdilər. Əslində bu riyakar davranışları ilə həm də dünya düzəninin pozulmasına və bu yolla işğalçılığın bir ənənə halına gətirilməsinə rəvac vermiş oldular.
Bütün bunlardan yola çıxsaq, hamı qəbul etməlidir ki, prezident İlham Əliyevin çox aydın, çox yaxşı düşünülmüş siyasi prinsiplərə əsaslanan çoxvektorlu siyasətində bir fenomenlik də vardır ki, bunları bir-biri ilə uzlaşdıran şəxsiyyət olaraq obyektiv və dürüst olması, heç vaxt yalan danışmamasıdır. Bu halda haqlı olaraq hər bir addımı atarkən xalqına güvənir və əmin olur ki, xalqı onu mütləq şəkildə dəstəkləyəcək. Necə ki, Zəfərlə başa çatan 44 günlük Vətən Müharibəsi və bir günlük antiterror əməliyyatında xalqımız, millətimiz liderinin yanında oldu, dünyanın heç bir yerində görünməmiş birlik nümayiş etdirdilər.
Sözün əsl mənasında Ümummilli Lider Heydər Əliyev sağ olsaydı, oğlunun - dünya siyasətinin bütün incəliklərini dərindən dərk etməsi ilə hamini valeh edən, yüksək mədəniyyətə, təhsil səviyyəsinə, böyük intellektə malik olan prezident İlham Əliyevin əməlləri, missiyası ilə, siyasətinin məntiqi nəticələri ilə mütləq fəxr edərdi.
Bu yerdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün bir deyimi yerinə düşür : - Bir dövləti batırana deyil, batan bir dövləti vətən yapana dünya lideri deyilir. Bu nöqteyi nəzərdən də birmənalı deyə bilərik ki, istər Ümummilli Lider Heydər Əliyev, istərsə də, layiqli davamçısı prezident İlham Əliyev bu statusu artıq çoxdan qazanıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: