xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 18:23 – Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR 
  • 12:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 

Rafiq Cəlilov: Regionun İnkişafı və Sosial Rifahın Təminatçısı

21-07-2025, 11:36 8 dəfə baxılıb

Rafiq Cəlilov: Regionun İnkişafı və Sosial Rifahın Təminatçısı


Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov ölkənin regional inkişaf strategiyasını uğurla həyata keçirən, xalqına yaxın, səmimi və nüfuzlu bir dövlət xadimidir. Onun rəhbərliyi altında Cəlilabad rayonu sosial-iqtisadi baxımdan əhəmiyyətli uğurlar əldə etmiş, əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm layihələr reallaşdırılmışdır.

Rafiq Cəlilovun fəaliyyətində əsas yer regionun infrastrukturunun müasirləşdirilməsi, kənd təsərrüfatının inkişafı və əhalinin sosial rifahının yaxşılaşdırılması məsələlərinə ayrılır. Onun təşəbbüsü və nəzarəti ilə rayonun bütün yaşayış məntəqələrində yol-nəqliyyat şəbəkəsi genişləndirilib, kənd yolları asfaltlanıb, içməli su və elektrik təminatı sahəsində böyük işlər görülüb. Bu sahələrdə aparılan yenidənqurma və təmir işləri rayonun kənd və şəhər əhalisinin gündəlik həyatını xeyli asanlaşdırıb.

Rafiq Cəlilov kənd təsərrüfatına xüsusi diqqət yetirir, yerli fermerlərin məhsuldarlığının artırılması və modern texnologiyaların tətbiqi üçün şərait yaradır. Taxılçılıq, pambıqçılıq və heyvandarlıq sahəsində həyata keçirilən innovativ layihələr sayəsində Cəlilabadın iqtisadi potensialı daha da güclənib. Fermerlərə göstərilən dövlət dəstəyi və kredit resurslarının əlçatanlığı bu sahədə uğurların artmasına səbəb olub.

Eyni zamanda, Rafiq Cəlilov sosial məsələlərə də böyük önəm verir. Təhsil, səhiyyə və mədəniyyət sahəsində görülən işlər əhalinin rifahını yüksəltmək üçün vacib şərtlərdən biridir. Rayonda yeni məktəblərin tikintisi, mövcud təhsil müəssisələrinin təmiri, habelə tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi onun prioritet istiqamətlərindəndir. Bu təşəbbüslər Cəlilabad sakinlərinin təhsil və səhiyyə xidmətlərinə rahat və keyfiyyətli çıxışını təmin edir.

Başçı həmçinin rayonun gənclərinin, xüsusilə gənc ixtisaslı kadrların yetişdirilməsinə və məşğulluğuna böyük diqqət yetirir. Gənclərin işlə təmin olunması, onların sosial müdafiəsinin gücləndirilməsi üçün müxtəlif proqramlar və layihələr icra olunur. Mədəniyyətin inkişafı və milli dəyərlərin qorunması istiqamətində təşkil olunan tədbirlər də cəmiyyətin həmrəylik ruhunun artırılmasına xidmət edir.

Rafiq Cəlilov şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğı ilə də seçilir. Onun təşəbbüsü ilə mütəmadi olaraq şəhid ailələri ilə görüşlər keçirilir, onların sosial problemlərinin həlli üçün lazımi dəstək göstərilir. Bu, onun vətənpərvərliyi və insanlara qarşı dərin hörmətinin bariz nümunəsidir.

Bütün bunlarla yanaşı, Rafiq Cəlilov rəhbərlik etdiyi rayonun sakinləri ilə daimi ünsiyyət qurur, onların fikirlərini dinləyir və cəmiyyətin inkişafına yönəlmiş təklifləri diqqətlə nəzərdən keçirir. Onun açıq və şəffaf idarəçilik üslubu, problemlərə çevik və operativ yanaşması geniş dəstək tapır.

Ümumilikdə, Rafiq Cəlilovun rəhbərliyi altında Cəlilabad rayonu həm iqtisadi, həm sosial, həm də mədəni sahələrdə davamlı inkişaf edir. O, ölkəmizin regional siyasətini uğurla həyata keçirən, xalqa xidmət edən və dövlətçilik prinsiplərinə sadiq bir rəhbər kimi tanınır. Onun fəaliyyəti regionun inkişafına, sakinlərin həyat səviyyəsinin yüksəldilməsinə və milli birliyin möhkəmlənməsinə böyük töhfələr verir.

Cəfərli kəndində vətəndaşlarla səyyar qəbul keçirilib

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov növbəti səyyar qəbul-görüşünü Cəfərli kənd sakinləri ilə keçirib. Görüşdə rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.

Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonumuzda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinləri ətraflı məlumatlandırılmış, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.

Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.












Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov - Demokratik cəmiyyətin atributlarından biri azad və məsuliyyətli mətbuatın mövcudluğudur. Bu mövcudluq demokratik cəmiyyətin formalaşmasına dəstək vermək baxımdan əvəzolunmazdır. Mətbuat həm də demokratiyanın fundamental dəyərlərinin həyata keçirilməsi rollarından biridir. Müstəqil mətbuat vətəndaşlara tənqid etmək, iddialar irəli sürmək, hökumətin tətbiq olunmayan siyasətini rədd etmək, ədalət və həqiqət uğrunda mübarizə aparmaq imkanları yaratmalıdır. Habelə, mətbuat xalqın səsinin, çatışmazlıqlarının, perspektivlərinin və yaşayışlarının ictimai sahəyə çatdırıldığı kanal olmalıdır.

Media həm də sosial dəyişikliklərin asanlaşdırılmasında, ictimai rəyin və münasibətlərin formalaşmasında mühüm rol oynayır. O, insanların həyatına mənfi və müsbət təsir göstərən kritik hadisələri diqqət mərkəzində saxlamalı, eləcə də tez-tez diqqətdən kənarda qalan məsələləri və marginal səsləri ön plana çıxarmağı bacarmalıdır. Medianın gündəm təyinetmə funksiyası çox vaxt cəmiyyətdə müzakirələrə, düşüncələrə və prioritetlərə də təsir göstərir. Müasir dövrdə media xüsusilə gender, din və mədəniyyət məsələlərində stereotipləri aradan qaldırır, fərqli fikirləri, baxış və yanaşmaları gücləndirir. Texnologiya dövrü isə bütövlükdə onlayn medianın kütləvi artımına gətirib çıxartdı.

Bəlkə də müasir demokratiyalar daxilində medianın oynadığı ən mühüm rollardan biri nəzarətçi roludur. Belə ki, media hökumətlərin fəaliyyətinə və davranışına nəzarət edir ki, onları hakimiyyətə gətirənlərin vədlərinə və gözləntilərinə əməl etsinlər. Nəticə etibarilə, bu rol çox vaxt media, dövlət və onun institutları arasında körpü olur.

1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti ilə təməli qoyulan Azərbaycan mediası tarix boyu çətinliklərlə üzləşsə də bu gün öz funksiyalarını ədalətlilik, dəqiqlik, müxtəliflik və balanslaşdırılmış təmsilçilik kimi rəhbər media prinsiplərinə əsaslanaraq yerinə yetirir. Bu fundamental yanaşmanın tətbiqi Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, məhz bu dahi şaxiyyətin verdiyi qərarlarla, atdığı addımlarla Azərbaycanda kütləvi informasiya vasitələri üçün geniş fürsət pəncərələri aralanmışdır. Ulu Öndərin rəhbərliyi altında reallaşdırılan islahatlar nəticəsində senzura, söz və məlumat azadlığını məhdudlaşdıran süni əngəllərə son qoyulmuşdur. Ümummilli Liderimiz mətbuat işçilərinin fəaliyyəti üçün geniş meydan yaratmış, onların həyat səviyyələrinin yaxşılaşdırılmasına xüsusi diqqət göstərmişdir. Buna görədir ki, Ümummilli Lider “Jurnalistlərin dostu” adını qazanmışdır.

Eyni dəst-xətt cənab Prezident İlham Əliyev tərəfindən də izlənilmiş, dövlət başçımız jurnalistlərə hər zaman qayğı ilə yanaşmış, cəmiyyətdə baş verən hadisələri daim gündəmdə saxlamaq, ədalətli yanaşma, qüsursuz idarəçilik baxımından jurnalistlərin dəstək və köməyinə ehtiyac olduğunu hər zaman vurğulamışdır. Bunun nəticəsidir ki, dövlət başçımızın şəxsi təşəbbüsü və qətiyyəti ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanmış və qəbul olunmuşdur.

Yeni dövrün yeni çağırışları mövcuddur. Bu xüsusilə də texnologiya əsrində, Azərbaycanın ən yeni tarixində baş verən proseslərdə özünü daha da qabarıq formada göstərir. Fəxr ediləsi məqamdır ki, Azərbaycan mətbuatı yerli, regional çərçivədən çıxaraq qlobal meydanda boy göstərir. Məhz bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsinin hər günü Azərbaycan tarixinin, Azərbaycan mediasının Zəfər tarixidir. Fədakar jurnalistlərimiz gecələrini gündüzlərinə qataraq Azərbaycan həqiqətlərinin müxtəlif dillərdə dünya mətbuatına çıxarılması istiqamətində usanmadan çalışmışlar. Nəticə etibarilə, düşmənlərimizin çürük arqumentləri elə yerindəcə məhv edilmişdir.

150 illiyi qeyd olunan Azərbaycan milli mətbuatına dövlət səviyyəsində dəstək və qayğı var. Bunun göstəricisi jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, jurnalistlərin fəxri adlarla təltif olunması, onların problemlərinə göstərilən həssas yanaşmadır.

Ümummilli Lider Heydər Əliyevin, cənab Prezident İlham Əliyevin mətbuatın inkişafına göstərdikləri qətiyyətli qayğının nəticəsidir ki, hər iki Lider “Jurnalistlərin dostu” mükafatlarına layiq görülmüşlər. Bu, Azərbaycan iqtidarının mətbuata açıq olduğunun, xalq qarşısında hər zaman hesabatlılıq prinsipinə əməl etdiyinin göstəricisidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi