xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Kərim Tahirov: Azərbaycan mediasının Zəfər tarixi

21-07-2025, 10:29 7 dəfə baxılıb

Kərim Tahirov: Azərbaycan mediasının Zəfər tarixi


Elm və Mədəniyyətin Səssiz Qoruyucusu – Professor Kərim Tahirovun Azərbaycan Milli Kitabxanasında Yaradıcı Liderliyi

Azərbaycanın elmi və mədəni həyatının mühüm dayaqlarından biri olan M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası uzun illərdir ki, özünün zəngin fondları, elmə və maarifçiliyə verdiyi töhfələrlə tanınır. Bu böyük elm məbədinin müasir dövrə uyğun inkişafında, beynəlxalq miqyasda tanınmasında, ənənə ilə yeniliyin vəhdətinin yaradılmasında isə əvəzsiz xidmətləri olan bir şəxs dayanır – professor Kərim Tahirov.

Professor Kərim Tahirov təkcə kitabxanaçı-alim deyil, həm də Azərbaycan mədəniyyətinin, kitab mədəniyyətinin yorulmaz təbliğatçısıdır. Onun rəhbərliyi dövründə Milli Kitabxana yalnız informasiya bazası kimi deyil, həm də elmi tədqiqat və mədəniyyət mərkəzi kimi fəaliyyət göstərmişdir. Onun təşəbbüsü ilə kitabxanada müasir texnologiyalar tətbiq olunmuş, elektron resursların yaradılması və geniş ictimaiyyətə təqdim olunması sahəsində mühüm addımlar atılmışdır.

Kərim müəllimin ən önəmli fəaliyyət istiqamətlərindən biri Azərbaycanın zəngin mədəni irsini beynəlxalq aləmdə tanıtmaq, ölkənin kitabxanaçılıq tarixini dünya ictimaiyyətinə çatdırmaq olmuşdur. Onun rəhbərliyi ilə Azərbaycan Milli Kitabxanası bir çox nüfuzlu beynəlxalq kitabxana təşkilatlarına üzv qəbul edilmiş və bir çox beynəlxalq layihələrdə uğurla iştirak etmişdir.

Eyni zamanda, professor Kərim Tahirov maarifçilik fəaliyyəti ilə də seçilir. Onun təşkilatçılığı ilə mütəmadi olaraq kitab təqdimatları, elmi konfranslar, sərgilər, seminarlar təşkil edilir, tələbələr və gənc tədqiqatçılar üçün kitabxana resurslarından səmərəli istifadə imkanları yaradılır. Gənclərə göstərdiyi xüsusi diqqət, onların elmə marağını artırmaq sahəsində gördüyü işlər də daim təqdir olunur.

Professor Kərim Tahirovun vətənə olan sevgisi onun fəaliyyətində də özünü aydın göstərir. Xüsusilə Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə şəhid ailələrinə və qazilərə göstərilən mənəvi və ictimai dəstək, onların övladlarının kitabxana xidmətlərindən xüsusi güzəştlərlə yararlanması təşəbbüsləri böyük rəğbətlə qarşılanır. O, bu ailələri daim diqqətdə saxlamış, onların övladlarının təhsil alması, maariflənməsi üçün müvafiq şəraitin yaradılmasına şəxsən nəzarət etmişdir.

Azərbaycan Respublikasının ali təhsil ocaqlarında da uzun illər pedaqoji fəaliyyət göstərmiş Kərim Tahirov minlərlə tələbənin yaddaşında təkcə bilikli müəllim yox, həm də insani keyfiyyətləri ilə seçilən bir ziyalı kimi qalıb.

Professor Kərim Tahirov bu gün də yorulmadan çalışır, milli mədəniyyətin yaşadılması və inkişafı üçün bütün bilik və bacarığını sərf edir. Onun rəhbərlik etdiyi M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası gələcək nəsillər üçün yalnız bir informasiya məkanı deyil, eyni zamanda milli yaddaşın qorunduğu müqəddəs bir elm ocağıdır.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmışdır. Prezident İlham Əliyev Ulu Öndərin bu sahədə də siyasətini uğurla davam etdirmiş və Azərbaycan mətbuatının inkişafına dövlət dəstəyinin davamlılığını təmin etmişdir.

Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə milli mətbuatımızın 125, 130, 135, 140 və 145 illik yubileyləri ölkə miqyasında geniş qeyd olunmuşdur. Bu yubileylər milli jurnalistikamızın tarixinə ədalətli qiymət verilməsini və nəsillərin varisliyini qəbul etməklə, mediamızın sabahkı hüdudlarına aydın baxışı təmin etmişdir. Azərbaycan Prezidentlərinə təqdim olunan “Jurnalistlərin dostu” mükafatları Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümü deməkdir. Həm Ulu Öndər Heydər Əliyev və həm də Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar və mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər mətbuatın davamlı inkişafına səbəb olmuşdur. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər.

Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.

Azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf prosesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti mətbuatın inkişafı üçün heç zaman qayğısını əsirgəmir. Bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən medianın mövcudluğu və qazanılan uğurlar məhz bu reallığın nəticəsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi