Bu gün şirkətimiz vahid məqsəd və eyni amal uğrunda-sürətlə inkişaf edən milli iqtisadiyyatımıza önəmli töhvələr vermək naminə fəaliyyətini daim genişləndirir

Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan “Mətanət A” şirkəti 2000-ci ildə fəaliyyətə başlamış və qısa müddət ərzində inşaat sənayesində özünəməxsus yeri olan milli brendə çevrilmişdir. Şirkətin uğur sirri yalnız yüksək texnologiyalı istehsalda deyil, eyni zamanda innovasiya, peşəkarlıq və müasir idarəetmə prinsiplərinə əsaslanan fəaliyyət strategiyasında gizlidir.
Müasir avadanlıqlarla təchiz olunmuş zavodlarında sement, gips və digər inşaat materialları istehsal edən “Mətanət A” bu sahədə ölkəmizdə ilk olmaqla yanaşı, regionda da nüfuzlu və rəqabətədavamlı şirkətlərdən biridir. İstehsal etdiyi məhsullar keyfiyyəti, dayanıqlılığı və innovativ tərkibi ilə həm yerli, həm də xarici bazarlarda böyük rəğbət qazanmış, müxtəlif infrastruktur və sənaye layihələrində etibarlı material olaraq seçilmişdir.
Şirkətin vitse-prezidenti Hacı Hidayət müəllimin rəhbərliyi ilə “Mətanət A” yalnız iqtisadi fəaliyyətlə kifayətlənmir, eyni zamanda sosial məsuliyyət sahəsində də fəal və nümunəvi mövqe tutur. Xüsusilə şəhid ailələri və qazilərə göstərilən diqqət və dəstək şirkətin mənəvi dəyərlərə verdiyi önəmin parlaq nümunəsidir. Hacı Hidayət müəllimin təşəbbüsü və şəxsi nəzarəti ilə bu kateqoriyadan olan ailələrə mütəmadi yardımlar göstərilir, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir.
“Mətanət A” üçün uğur təkcə iqtisadi göstəricilərlə deyil, insanlara edilən xidmətlə, vətənə və onun qəhrəman övladlarına olan sədaqətlə ölçülür. Bu yanaşma şirkəti yalnız biznes sahəsində deyil, həm də cəmiyyət qarşısında məsuliyyətli və nüfuzlu bir qurum kimi tanıdır.
Bu gün “Mətanət A” təkcə istehsalatda deyil, həm də sosial sferada göstərdiyi nümunəvi fəaliyyətlə, vətəndaşlara və xüsusilə də şəhid və qazi ailələrinə olan səmimi münasibəti ilə Azərbaycanın aparıcı və etibarlı şirkətlərindən biri kimi nüfuz qazanmışdır.
NƏ ÜÇÜN «MƏTANƏT A»
Hər an öz dəyər və prinsiplərinə sadiq qalaraq bazarda lider olan «MƏTANƏT A» şirkətinin işçi heyətinə yaratdığı üstünlüklərə nəzər salaq. Üstünlüklər aşağıdakılardır:
İşini tez-tez analiz edərək yeni və daha sərfəli müasir yollar axtarışında olması;
İşçi personalının mütəmadi inkişafını təşkil etməsi;
İşçilərin vəzifələrinə uyğun təhsil və inkişaf proqramlarının tətbiqi;
Peşəkarlığın artırılması məqsədilə şirkətdə mütəmadi olaraq təşkil olunan xarici və daxili kurslar, treninqlər;
Təşkil olunan təhsil və inkişaf proqramları gənc kadrların gələcəkdə öz sahələrində mütəxəssis kimi yetişməsinə imkan yaratması;
Karyerada inkişaf istiqamətində məqsədimizin sizlərlə başladığımız karyera yolunda tərəqqi fürsətlərini birlikdə dəyərləndirməmiz;![]()
Hər zaman öz potensialını və gücünü dərk edərək araşdırıcı və sorğulayıcı dünyagörüşünə malik olan, zaman dəyərləndirmə (Time-menecment), daxili idarəetmə, hədəf seçmə və ona çatmağa doğru gedən, hər zaman öyrənmə idarəetməni özünün həyat tərzinə çevirmiş kadrlara şirkətimiz dəstək verməyi özünə borc bilməsi;
Sosial təminatlardan : İşçilərin təyin olunmuş məkandan şirkətin nəqliyyatı vasitəsilə iş yerinə həmçinin iş bitdikdən sonra isə evə çatdırılması, gündəlik nahar yeməyi, şirkətdaxili təşkil olunan ictimai sosial tədbirlər və s. bunlara nümunə ola bilər.
Bu böyük korporativ ailənin üzvü olmaq arzusunda olanlar gələcəyini «MƏTANƏT A» şirkətində qurub, şirkətdə parlaq karyera qurma şansından dəyərlənə bilər.
Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan "Mətanət A" şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkişaf səviyyəsinə catmışdır. Son texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanaraq şirkəti inşaat sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir. Şirkət inşaat məhsulları sahəsində Azərbaycanda ilk dəfə olaraq İSO 9001:2008 "Keyfiyyətin İdarə Olunması" beynəlxalq standartını almışdır. 2012-ci il avqustun 8-də isə İSO 14001:2004 "Ətraf mühitin idarə olunması" beynəlxalq standartına layiq görülmüşdür. Eyni zamanda Avropa Keyfiyyət Təşkilatının dəstəyi ilə Ukranya Keyfiyyət Assosasiyası tərəfindən 2005-ci ildən təşkil olunmuş Mərkəzi və Şərqi Avropa ölkələrinin VIII Beynəlxalq Keyfiyyət Turnirində Azərbaycanı ilk dəfə olaraq "Mətanət A" şirkəti təmsil etmiş və FİNALİST 2012 diplomu və kuboku ilə təltif olunmuşdur. Bundan başqa digər təşkilatlar tərəfindən beynəlxalq və milli keyfiyyət mükafatları ("Century İnternational Quality Era Award", "Award Global Quality Management", "Gold Star İnternational Award for Quality", "New Millennium Award", "İntellekt" mükafatı, "İnşaat materiallarının istehsalı üzrə İlin Lider şirkəti", “İlin brendi - AĞDAĞ" və s. mükafatlar) ilə də təltif olunmuşdur.
Hal-hazırda şirkət 3 sistemdə, 24 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daima yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir. Belə ki, "Mətanət A" şirkəti gips əsaslı məhsullar sahəsində də yeniliklər etmiş, Qafqazda ilk müasir tipli gips zavodu olan "AĞDAĞ" zavodunun əsasını qoymuş, alman texnologiyasına əsaslanan, rəqəmsal texnologiya ilə avtomatlaşdırılmış formada istehsal prosesini həyata keçirərək "AĞDAĞ" məhsulunun istehsalına başlamışdır.
2008-ci ildə fəaliyyətə başlayan Beton Qatqıları Zavodu da şirkətin aktiv fəaliyyətinin nəticəsidir. Yüksək profesionallıqla yeni məhsul qrupunun istehsalını həyata keçirən zavod milli iqtisadiyyatımızın inkişafı sahəsində öz töhfəsini verən istehsal sahələri sırasına aid edilə bilər.
Artıq şirkət qloballaşaraq "Mətanət A" ticarət markası adı altında istehsal etdiyi məhsullarını Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər xarici ölkələrə ixrac edir. Bu bir daha sübut edir ki, artıq milli şirkətlərimiz müasir biznes təcrübəsinə və iş prinsiplərinə görə heç də dünyanın qabaqcıl korporasiyalarından geri qalmır.
Bu gün şirkətimiz vahid məqsəd və eyni amal uğrunda-sürətlə inkişaf edən milli iqtisadiyyatımıza önəmli töhvələr vermək naminə fəaliyyətini daim genişləndirir.
VİZYONUMUZ
Daim inkişaf etmək və inşaat materialları istehsalında yeniliklərlə yadda qalmaq!
MİSSİYAMIZ
Fəaliyyətimiz, prinsipiallığımız və keyfiyyətimizlə müştərilərimiz, tərəfdaşlarımız, işçilərimiz və cəmiyyət qarşısında etibar, güvən və dəyərlərimizi artırmaq!
ƏSAS DƏYƏRLƏRİMİZ
Etibarlılıq, dürüstlük, prinsipiallıq, keyfiyyət və güvən.
MÜŞTƏRİLƏRİMİZ BİZİM ÜÇÜN ÇOX DƏYƏRLİDİR!
Müştərilərimizin ehtiyac və tələblərini düşündüklərindən daha keyfiyyətli şəkildə ortaya qoymaq;
İstehlakçıların ehtiyaclarını vaxtında və doğru bir şəkildə üzə çıxarmaq;
Müştərinin mövcud (və ya gələcəkdəki) ehtiyac və tələbatlarını tam qarşılamaq üçün fərqli xidmət və məhsul istehsal edərək yüksək keyfiyyətli məhsullar təklif etmək;
Müştəri (və ya bazar) ilə tez-tez əlaqədə olmaqla baş verə biləcək problemləri və ya yeni fürsətləri qabaqcadan görərək hərəkət etmək;
Müştəri problemlərini həll etmək üçün gərəkli tədbirlər görmək bizim müştəri məmnuniyyəti sahəsində əsas hədəflərimizdəndir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: