Rəhim müəllim – məsuliyyətli idarəçiliyin, təvazökarlığın və xidmətə sadiqliyin siması

Yaşayış komplekslərinin uğurla idarə olunması təkcə binaların inşası və satışı ilə ölçülmür. Bu sahədə peşəkarlıq, təşkilati çeviklik və ən əsası – insani münasibətlər sistemi vacib yer tutur. Bu baxımdan “Qurtuluş-93” Mənzil Tikinti Kooperativi təkcə mühəndislik layihələri ilə deyil, fəaliyyətindəki səmimiyyət, şəffaflıq və sosial məsuliyyət prinsipləri ilə də seçilir. Bu prinsiplərin icrasında isə Məhərrəm Novruzovun müavini Rəhim müəllimin xidmətləri xüsusi yer tutur.
Rəhim müəllim uzun illərin idarəçilik təcrübəsinə, zəhmətsevərliyə və dürüstlüyə söykənən bir yolun yolçusudur. O, MTK-nın fəaliyyətində yalnız köməkçi vəzifə icraçısı deyil, əslində quruculuq ruhunun daşıyıcısı, idarəetmənin sabit dayaq nöqtəsidir. Hər bir layihənin detallarına dərindən bələd olan Rəhim müəllim istər texniki baxımdan, istərsə də sosial münasibətlərdə daim çözümə fokuslanan, insanların rahatlığına və məmnuniyyətinə yönəlmiş bir yanaşma sərgiləyir.
“Qurtuluş-93” MTK-nın genişmiqyaslı yaşayış layihələrinin arxasında bu cür peşəkar, eyni zamanda sadə və işgüzar bir komanda dayanır. Rəhim müəllim isə bu komandanın əxlaqi sütunlarından biridir. O, mülkiyyətçilərlə ünsiyyətdə mədəniyyəti, əməkdaşları ilə münasibətdə isə həmkar sevgisini əsas tutur. Onun təmkinli davranışı, rəhbərlik etdiyi sahədə operativ qərarvermə bacarığı və hər zaman əlçatan olması MTK-nın nüfuzunu daha da artırır.
Rəhim müəllim təkcə layihələrin icrasına nəzarət etmir, eyni zamanda sosial təşəbbüslərə də həssaslıqla yanaşır. İllərdir “Qurtuluş-93” MTK tərəfindən şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə göstərilən diqqət və dəstəyin təşkilati hissəsində onun əməyini görmək mümkündür. O, bu yardımları sadəcə rəsmi tədbir kimi deyil, vətəndaşlıq borcu kimi qəbul edir, hər zaman insanlara kömək etməyi özünün mənəvi vəzifəsi sayır.
Gündəlik işində sakit, təvazökar, lakin nəticəyə yönəlmiş fəaliyyəti ilə seçilən Rəhim müəllim, öz davranış tərzi ilə rəhbərlik etdiyi qurumun cəmiyyətə qarşı məsuliyyətini və insanlara dəyər vermək fəlsəfəsini təcəssüm etdirir. Onun varlığı “Qurtuluş-93” MTK-nın fəaliyyətinə güvən və sabitlik qatır.
Nəticə etibarilə, Rəhim müəllim – quruculuq sahəsində həm peşəkar, həm də insani dəyərləri yaşadan bir şəxsiyyət, ailə başçısı, kollektivin hörmət bəslədiyi əməkdaş, vətəndaş mövqeyində əyilməyən bir dayağıdır. O, təkcə vəzifəsini deyil, insanların inamını da layiqincə daşıyan nümunəvi idarəçidir.
“Qurtuluş-93” Mənzil Tikinti Kooperativinin rəhbəri Məhərrəm Novruzovun müavini Rəhim müəllim - Qarabağda sabitlik və inkişaf yolu. İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib. Prezident İlham Əliyev tədbirdə çıxış edərək Azərbaycanın artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi etdiyini bildirib. Əvvəlki iki Zirvə görüşünün 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirildiyini diqqətə çatdırıb.
Dövlətimizin başçısı keçirilən Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası olduğunu, işğaldan azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbirin keçirildiyini vurğulayıb. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasının, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünün keçirildiyini bildirib. 
Prezident İlham Əliyev çıxışında erməni vandalızmindən, ermənilərin xalqımıza qarşı həyata keçirdiyi düşmənçilik siyasətindən bəhs edərək mövcud reallıqları bir daha görüş iştirakçılarının diqqətinə çatdırıb.
“İşğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır” - deyən Prezident İlham Əliyev Ermənistan Azərbaycan ərazilərinin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxladığını, etnik təmizləmə həyata keçirdiyini, bir milyondan artıq soydaşımızı öz dədə - baba torpağından didərgin saldığını qeyd edib.
Dövlətimizin başçısı işğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən sildiklərini bildirib. 67 məsciddən 65-inin Ermənistan tərəfindən yerlə-yeksan edildiyini, qalan ikisinin isə ciddi zərər gördüyünü, donuz və inək tövləsi kimi istifadə olunduğunu vurğulayıb. Bunun, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir olduğunu söyləyib.
Ölkə başçısı əlavə edib ki, Qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb. Dövlət qurumlarından ibarət komissiya öz işinə xarici ekspertləri cəlb edərək, beynəlxalq təcrübədən yararlanmaqla işğal nəticəsində Azərbaycana vurulmuş zərəri təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirmişdir.
Prezident İlham Əliyev Ermənistanın torpaqlarımızda bir milyondan çox mina basdırdığını, Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımızın mina partlaması nəticəsində həlak olduğunu və ya ağır yaralandığını diqqətə çatdırıb.
Dövlətimizin başçısı çıxışında işgaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işlərindən də bəhs edib. Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlərin inşa edildiyini qeyd edib. “Böyük Qayıdış” Proqramının icra edildiyini bildirib. Prezident İlham Əliyev bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışının təmin edildiyini, hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insanın yaşayıb, çalışdığını və təhsil aldığını söyləyib.
Çıxışında Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarına toxunan Ölkə başçısı onların hüquqlarının təmin olunmasının da böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. “Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk. Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır”- deyə Prezident İlham Əliyev bildirib.
Dövlətimizin başçısı Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylərin bundan sonra da davam etdiriləcəyini söyləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: