xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 18:23 – Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR 
  • 12:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 

Gömrükdə Dəqiqlik, Xidmətdə Ləyaqət: Cahangirov Anar Niyaz oğlu – Dövlətə Sadiqliyin və Peşəkarlığın Nümunəsi

8-07-2025, 12:39 77 dəfə baxılıb

Gömrükdə Dəqiqlik, Xidmətdə Ləyaqət: Cahangirov Anar Niyaz oğlu – Dövlətə Sadiqliyin və Peşəkarlığın Nümunəsi


Azərbaycan Respublikasının gömrük sistemində yüksək peşəkarlıq və vətənpərvərlik nümunəsi göstərən Cahangirov Anar Niyaz oğlu hazırda Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsini icra edir. Onun bu məsuliyyətli posta təyinatından cəmi 7 ay keçməsinə baxmayaraq, qısa zamanda gördüyü işlər, tətbiq etdiyi yeniliklər və göstərdiyi prinsipial mövqe ilə bu sahəyə yeni nəfəs gətirib.

Anar Cahangirov gömrük orqanlarında uzun illərdir səmərəli fəaliyyət göstərən, zəngin idarəçilik təcrübəsinə və strateji baxışa malik bir şəxsiyyətdir. Hələ 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunması onun dövlətə və vəzifəsinə sədaqətinin, həmçinin peşəkar fəaliyyətinin ən ali qiymətlərindən biridir. Bu mükafat onun dövlət qulluğunda göstərdiyi fədakar xidmətin və yüksək məsuliyyət hissinin rəsmi təsdiqidir.

Anar Cahangirov hər zaman qanunçuluğa və şəffaflığa əsaslanan iş prinsipləri ilə tanınıb. Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəhbər təyin olunduğu gündən etibarən, o, həm gömrük proseslərinin optimallaşdırılması, həm də xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi islahatlar həyata keçirib. Əsas diqqətini texnoloji innovasiyaların tətbiqinə, insan resurslarının təkmilləşdirilməsinə və beynəlxalq təcrübənin yerli sistemə inteqrasiyasına yönəldib.

Onun rəhbərliyi ilə idarədə şəffaflıq daha da gücləndirilib, sərnişin və yükdaşımada yoxlamaların operativliyi və səmərəliliyi artırılıb. Bununla yanaşı, qanunsuz daşımaların qarşısının alınması, gömrük sahəsində korrupsiya risklərinin minimuma endirilməsi istiqamətində prinsipial və effektiv tədbirlər həyata keçirilib. Hər bir vətəndaşa dövlətə aid olan dəyərlərlə yanaşmağı əsas prinsip kimi qəbul edən Anar müəllim işində qanuna, millətə və dövlətçiliyə sədaqəti əsas tutaraq nümunəvi idarəetmə modeli yaradıb.

Anar Cahangirovun fəaliyyəti təkcə inzibati idarəçiliklə məhdudlaşmır. O, daim humanizm prinsiplərinə sadiq qalaraq şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə xüsusi diqqət göstərir. Müxtəlif sosial layihələrdə şəxsən iştirak edir, ehtiyac sahibi olan insanlara dəstəyini əsirgəmir. Bu yanaşma onun yalnız dövlət məmuru yox, eyni zamanda yüksək mənəvi keyfiyyətlərə malik bir insan olduğunu təsdiqləyir.

Onun rəhbərliyi ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində vətəndaş-məmur münasibətləri daha müasir, səmimi və açıq bir müstəviyə keçib. Hər bir əməkdaşın öz işinə vicdanla yanaşmasını, vətəndaşların hüquq və azadlıqlarına hörmətlə yanaşmağı daim tövsiyə edən Cahangirov Anar Niyaz oğlu, kollektivdə güclü komanda ruhu və vətənə xidmət amalını formalaşdırıb.

O, dövlətçiliyə sadiq, xalqına və Prezidentinə bağlı bir dövlət qulluqçusu olaraq, vəzifəsini sadəcə rəsmi status kimi deyil, Vətən qarşısında müqəddəs bir məsuliyyət kimi qəbul edir. Onun fəaliyyəti sübut edir ki, dövlət qulluğu yalnız icra və nəzarət deyil, eyni zamanda xalqın rifahı və dövlətin təhlükəsizliyi naminə fədakarlıq tələb edən müqəddəs bir xidmətdir.

Cahangirov Anar Niyaz oğlunun gələcək fəaliyyətində də Azərbaycan gömrük sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, qanunçuluğun gücləndirilməsi və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində yeni uğurlara imza atacağına inam tamdır. Onun timsalında biz dövlətə və xalqa xidmət etməyin necə ləyaqətlə həyata keçiriləcəyini bir daha görürük.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Anar Cahangirov - “Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün keçirilməsi çox böyük iqtisadi və siyasi əhəmiyyətə malikdir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərin tarixi miqyası böyüklüyü Xankəndidə öz təsdiqini bir daha tapdı. Oradan izlədiyimiz möhtəşəm səhnələr bizə qalib Dövlətin vətəndaşı olmaq qürurunu yaşatdı. Xankəndi Zirvə görüşü bərpa olunan tarixi ədalətin beynəlxalq miqyasda tərənnümü, qalib Dövlətin dünyaya yeni imicdə təqdimatı idi. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə gələn qonaqları salamlayaraq ölkəmizin indiki uğurlarının əldə olunması istiqamətində keçdiyi tarixi yola nəzər saldı. Dövlətimizin başçısı ECO-nun Azərbaycanda keçilməsinin əhəmiyyətinə toxundu və ötən dövrdə uğurlu sədrliyi münasibətilə Qazaxıstana öz təşəkkürlərini çatdırıb”.


Azərbaycan bundan öncə də - 2006-cı və 2012-ci illərdə ECO-nun Zirvə görüşlərinə ev sahibliyi edib: “Dövlətimizin başçısının da vurğuladığı kimi Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası, əhəmiyyəti var. Tarixi Şuşa şəhərində 2023-cü ildə ECO-nun Nazirlər Şurasının, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşü baş tutub. Bu xüsusda ECO-nun Zirvə görüşünün Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilməsi xalqımız üçün qürurvericidir. Bu həm də bir çox dairələrə vacib mesajdır. 30 il ərzində Ermənistanın işğalı altında qalmış Azərbaycan torpaqlarında törədilmiş vandalizm, talançılıq faktları mötəbər qonaqlara şəxsən təqdim edildi. Onlar eməni vəhşiliyinin əyani şahidi oldular. Qonaqlara dağıdılmış tarixi, mədəni, dini abidələr barədə ətraflı məlumatlar verildi. İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmiş. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə olunub. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi”.

“Vətən müharibəsi başa çatandan bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Ermənistanın törətdiyi etnik təmizləmə, dini, mədəni abidələrin dağıdılması və minatəmizləmə problemi yalnız bir dövlətin faciəsi kimi yox, beynəlxalq hüquqa qarşı ciddi təhdid idi. Bu gün isə Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük Qayıdış” Proqramı icra edilir. İndiyə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır. İndiki məqamda Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir. Ölkəmizin başçısı keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndirdiyini vurğuladı. “İstanbul Bəyannaməsi”ndə də indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır. Cənab Prezident də çıxışında Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb”.


Ölkəmiz ECO çərçivəsində aparıcı mövqeyə malikdir: “Azərbaycanın iştirakı ilə Cənub Qaz Dəhlizi, “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Orta Dəhliz və digər layihələr həyata keçirilir. ECO-ya üzv olan ölkələrdə ümumilikdə 550 milyon əhali yaşayır ki, bu da onun böyük potensialından xəbər verir. Təşkilat üzvlər dövlətlər arasındakı illik ticarət dövriyyəsi 76 milyard dollara çatıb”.

2026-cı ilin Şuşa şəhərinin “ECO-nun Turizm paytaxtı” elan edilməsi xüsusi əhəmiyyət kəsb edir: “Xankəndi sammiti həmçinin bütün dünyaya işğaldan azad olunmuş ərazilərimizdə quruculuq və inkişafa söykənən proqramlarımızın təqdimatı baxımdan əhəmiyyətli oldu. Müsəlman- Türk birliyinin dövlət başçılarının Xankəndinə toplaşması ölkəmizin tək Qafqaz regionunda deyil, bütövlükdə Yaxın və Orta Şərqdə aparıcı aktorlardan biri olduğunu təsdiqlədi. Zirvə görüşündə dövlət başçılarının rəsmi və qeyri-rəsmi görüşləri, səmimi ünsiyyətlər, verilən mesajlar Prezident İlham Əliyevin qlobal arenadakı nüfuzunun və etibarlı tərəfdaş olmasının təsdiqidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi