xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

Deputat Eldar Quliyev ona qarşı şər-böhtan kampaniyası aparanların yalanlarını ifşa etdi

29-06-2025, 10:05 2 dəfə baxılıb

Deputat Eldar Quliyev ona qarşı şər-böhtan kampaniyası aparanların yalanlarını ifşa etdi


Bu günlərdə bəzi elektron informasiya portallarında dərc olunmuş şikayət xarakterli bir material diqqətimizi cəlb etdi. İlk növbədə ona görə ki, yazıda barəsində iddia irəli sürülən şəxs respublikada kifayət qədər tanınmış bir sima – Milli Məclisin deputatı,Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev idi. Sayta şikayət ərizəsi ilə müraciət edən şəxs, Qəbələ şəhəri sakini Zaur Rəsulov iddia edir ki, onun mərhum atası “Azərittifaq”ın payçısı olub və onun konkret bir iaşə obyektinin və həmin obyektin ətrafındakı torpaq sahəsinin özəlləşdirilməsində iştirak etmək hüququ olub. Lakin özəlləşdirilmə gedən zaman guya ki, Zaur Rəsulovun atasına bu hüququndan istifadə etmək imkanı verilməyib. Bütün bunlarda da şikayətçi Eldar Quliyevi təqsirkar görür.

Bu marağımıza səbəb olan birinci məsələdir. Diqqətimizi cəlb edən digər bir məqam isə bu oldu ki, materialın sonunda müəllif Eldar Quliyevlə əlaqə saxlamağın mümkün olmadığını qeyd etmişdir. Eldar müəllimin mətbuata kifayət qədər açıq bir insan olduğunu bildiyimizdən birbaşa millət vəkili ilə əlaqə saxlayıb bütün bu deyilənlərə aydınlıq gətirməsini xahiş etmək qərarına gəldik. Zənnimizdə də yanılmadıq. Deputat dərhal suallarımızı cavablandırmağa başladı və elə ilk cümələsindəcə ona qarşı irəli sürülən ittihamların əsassız və böhtan xarakterli olduğunu diqqətimizə çatdırdı: “Biz “Azərittifaq” olaraq bu məsələni dərhal nəzarətə götürdük. Vətəndaşın irəli sürdüyü ittihamların nə dərəcədə həqiqətə uyğun olduğunu müəyyən etmək və əgər deyilənlər qismən də olsa öz təsdiqini taparsa, vətəndaşın haqqını maksimum təmin etmək məqsədilə tərəfimizdən qurumun arxiv sənədləri ciddi şəkildə araşdırıldı. Vətəndaş Zaur Rəsulovun bəhs etdiyi hadisələrin guya ki, 24-25 il əvvəl baş verdiyini nəzərə alaraq,biz öz araşdırmamızı1989-cu ildə qeydə alınmış sənədlərdən başladıq. Tam məsuliyyətlə deyirəm ki, Zaur Rəsulovun atası mərhum İmaməddin Rəsulovun adına “Azərittifaq”ın heç bir arxiv sənədində rast gəlinmədi. Həmin şəxsin hər hansı bir obyektin mülkiyyətçisi və ya payçısı olduğunu, eləcə də vətəndaşa hər hansı bir obyekt üzərində mülkiyyətçi olmaq hüququ verə biləcək hərəkətini (sərmayə yatırmaq, inşaatı maliyyələşdirmək və sairə) təsdiqləyən heç bir sənəd aşkarlanmadı. Əgər dediklərimə şübhə edən varsa, təkrar birgə araşdırmaya da razıyıq.”

Daha sonra Eldar Quliyev məsələnin hüquqi tərəfində də toxunaraq bildirdi ki, hətta mərhum vətəndaş İmaməddin Rəsulov “Azərittifaq”ın üzvü olmuş olsa idi belə, bu faktın özü onun varislərinə digər insanlar tərəfindən özəlləşdirilmiş obyektlər üzərində heç bir mülkiyyət hüququ verə bilməz: “Sadəcə “Azərittifaq”ın üzvü olmaq vətəndaşa mülkiyyət hüququ vermir. Mülkiyyət hüququ əldə etmək üçün özəlləşdirmə prosesində iştirak etmək, bu məqsədlə dövlətin yaratdığı mexanizmlər vasitəsilə payçı hüquqlarını reallaşdırmaq lazım idi. O zaman çoxları bu işi perspektivsiz hesab edir və “özəlləşdirmə çekləri”ni dəyər-dəyməzinə satırdılar. “Azərittifaq”ın özündə də əgər kimsə vaxtında bu hququndan istifadə etməyibsə, 25 ildən sonra onun varislərinin hansısa iddia ilə çıxış etmələri, hansısa obyektdən mülkiyyət payı tələb etmələri qanuna ziddir. Amma istənilən halda bunların bizim nəzərdən keçirdiyimiz konkret hala heç bir aidiyyatı yoxdur. Çünki dediyim kimi, mərhum vətəndaş İmaməddin Rəsulovun adı “Azərittifaq”ın heç bir arxiv sənədində, heç bir qisimdə keçmir.”

Sonda Eldar Quliyev ona qarşı irəli sürülən əsassız ittihamların böhtan xarakteri daşıdığını və bu səbəbdən də məhkəmə araşdırması predmeti ola biləcəyini diqqətə çatdırdı: “Söhbətimizin əvvəlində də mən dedim ki, sözügedən yazıda mənə qarşı irəli sürülən ittihamlar əsassızdır və böhtan xarakteri daşıyır. Buna görə də mən bu qarayaxma kampaniyasının arxasında hansı məqsədlərin durduğuna aydınlıq gətirmək üçün məhkəməyə müraciət etmək barədə düşünürəm. Yazıda qeyd olunan iaşə obyektini özəlləşdirən şəxslərlə də mənim heç bir əlaqəm, tanışlığım yoxdur. Yeri gəlmişkən, sözügedən materialda həmin obyektin qiyməti hədsiz şişirdilərək 3 milyon manat məbləğində göstərilib. Bu da əlbəttə ki, ictimai rəyi çaşdırmaq məqsədilə edilib. Obyektin ətrafındakı torpaq sahəsinə gəlincə isə, bizim ümumiyyətlə torpaqların özəlləşməsinə dair qərar vermək səlahiyyətimiz heç zaman olmayıb. Eləcə də yazıda xatırlandığı kimi, bəzi saytlarda bu ofis binasının guya ki, mənim əmlakım olması barədə səsləndirilən fikirlər də cəfəng və mənasızdır. Əlbəttə ki, bütün bunları araşdırıb üzə çıxarmaq müasir dövrdə kifayət qədər asan məsələdir. O ki, qaldı mənimlə əlaqə saxlamağın mümkünsüzlüyünə, siz özünüz də bilirsiniz ki, bu iddianın özü də materialda dərc olunan bütün ittihamlar kimi absurddur. Mən Respublika Ağsaqqalar Şurasının sədriyəm, millət vəkiliyəm. Yəni mətbuatla əməkdaşlıq mənim hər iki sahədə fəaliyyətimin mahiyyətində durur. Ümid edirəm ki, ölkə mətbuatını təmsil edən kütləvi informasiya vasitələrinin böyük əksəriyyəti də bunu təsdiq edər. Əgər kiminsə bütün bu məsələlərlə bağlı açıq bir sualı qalırsa, mən istənilən zaman istənilən məsələyə aydınlıq gətirməyə hazıram.”

aia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi