xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 

Qəhrəman Qələndərov – Bakı Beynəlxalq Avtovağzal Kompleksinin müasir inkişafına və səmərəli fəaliyyətinə uğurla rəhbərlik edən direktor

24-06-2025, 15:06 40 dəfə baxılıb

Qəhrəman Qələndərov – Bakı Beynəlxalq Avtovağzal Kompleksinin müasir inkişafına və səmərəli fəaliyyətinə uğurla rəhbərlik edən direktor


Azərbaycanın nəqliyyat infrastrukturunda strateji əhəmiyyətə malik olan Bakı Beynəlxalq Avtovağzal Kompleksi ölkənin ən iri və müasir sərnişin daşımaları mərkəzi kimi fəaliyyət göstərir. Bu kompleksin gündəlik işinin yüksək səviyyədə təşkili, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyəti və kompleksin daim inkişaf edən bir mərkəzə çevrilməsi məhz təcrübəli, bacarıqlı və uzaqgörən rəhbər – Qəhrəman Qələndərovun peşəkar fəaliyyətinin nəticəsidir.

Qəhrəman Qələndərov uzun illər nəqliyyat və logistika sahəsində topladığı zəngin təcrübəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inkişafına sərf edir. Onun rəhbərliyi ilə kompleks yalnız ölkədaxili deyil, həm də beynəlxalq səviyyədə sərnişin daşımalarında etibarlı tərəfdaş və mühüm tranzit mərkəzinə çevrilib. Kompleks gündəlik minlərlə sərnişinə xidmət göstərərək, onların təhlükəsizliyini, rahatlığını və vaxtında ünvana çatdırılmasını təmin edir.

Qəhrəman Qələndərov müasir idarəetmə prinsiplərini tətbiq etməklə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin fəaliyyətini yeni keyfiyyət mərhələsinə yüksəldib. Onun təşəbbüsü ilə avtovağzalın ərazisində genişmiqyaslı abadlıq və yenidənqurma işləri həyata keçirilib. Sərnişinlərin rahatlığı üçün müasir gözləmə zalları, kassalar, informasiya köşkləri və iaşə obyektləri yaradılıb, ərazidə təmizlik və nizam-intizam daim nəzarətdə saxlanılır. Kompleksdə informasiya texnologiyalarının tətbiqi sayəsində bilet satışında, marşrutların planlaşdırılmasında və sərnişin məlumatlarının idarə olunmasında operativlik və şəffaflıq təmin edilib.

Direktor Qəhrəman Qələndərovun diqqət yetirdiyi mühüm məsələlərdən biri də sərnişin təhlükəsizliyidir. Onun rəhbərliyi ilə kompleksdə təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə qurulub. Avtovağzalda videomüşahidə sistemləri, təhlükəsizlik xidməti və fövqəladə hallara qarşı hazırlıq planları fasiləsiz fəaliyyət göstərir. Bütün bu tədbirlər sərnişinlərin və kompleksin əməkdaşlarının rahat və təhlükəsiz mühitdə fəaliyyətini təmin edir.

Qəhrəman Qələndərov sosial məsuliyyət və insan amilini hər zaman əsas prinsip kimi qəbul edir. O, şəhid ailələri, qazilər və aztəminatlı şəxslər üçün kompleksdə müəyyən güzəştlərin tətbiqinə xüsusi önəm verir. Həmçinin, onun təşəbbüsü ilə müxtəlif sosial layihələr, xeyriyyə aksiyaları həyata keçirilir və ehtiyacı olan insanlara dəstək verilir. Qəhrəman müəllim kompleksin yalnız sərnişin daşımaları xidməti göstərən bir mərkəz olmaqla kifayətlənməyib, cəmiyyətə fayda verən sosial məsuliyyət daşıyan bir qurum kimi fəaliyyət göstərməsinə çalışır.

Qəhrəman Qələndərov rəhbərlik etdiyi kollektivin peşəkarlığının artırılmasına, əməkdaşların davamlı təlim və inkişafına xüsusi diqqət yetirir. O, komanda ruhunu gücləndirməyə, hər bir əməkdaşın öz sahəsində daha peşəkar fəaliyyət göstərməsi üçün müasir iş şəraiti yaratmağa nail olub. Bu yanaşma kompleksin yüksək xidmət standartlarını qorumasına və daim yenilənən tələblərə uyğun fəaliyyət göstərməsinə şərait yaradır.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Qəhrəman Qələndərovun rəhbərliyi ilə təkcə Bakı şəhərinin deyil, bütövlükdə Azərbaycanın nəqliyyat sisteminin mühüm tərkib hissəsinə çevrilib. Onun məqsədi kompleksin imkanlarını daha da genişləndirmək, beynəlxalq daşımaların həcmini artırmaq, yeni marşrutlar açmaq və kompleksin xidmət keyfiyyətini hər zaman yüksək səviyyədə saxlamaqdır. Bu istiqamətdə atılan hər bir addım ölkəmizin nəqliyyat sisteminin müasir və dayanıqlı inkişafına töhfə verir.

Nəticədə, Qəhrəman Qələndərovun peşəkar rəhbərliyi sayəsində Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişinlərə göstərilən xidmətin keyfiyyəti, təhlükəsizlik və rahatlıq baxımından nümunəvi bir mərkəz kimi fəaliyyətini davam etdirir və gələcəkdə də daha böyük nailiyyətlərə imza atmağa hazırdır.

Bakı Beynəlxalq Avtovağzal Kompleksin direktoru Qəhrəman Qələndərov - Ordu quruculuğu dövlətimizin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsidir. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin dövrdə ölkəmizə rəhbərlik edənlər ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu ildə Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. 2001-ci ildə imzalanan Fərmana əsasən Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.

1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.

Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin son 21 ildən artıq dövrdə ölkəmizə qazandırdığı uğurların zirvəsində tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi dayanır. Azərbaycan Ordusu nəyə qadir olduğunu 44 günlük İkinci Qarabağ müharibəsində sübut etdi. Ermənistan silahlı qüvvələrinin mütəmadi törətdikləri hərbi təxribatlar, itkilərimiz dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Ordumuz 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin “Günnüt” əməliyyatında qarşı tərəfə lazım olan dərsi vermişdi. Lakin bu dərsləri unudan erməni silahlı qüvvələri növbəti təxribatı törətsələr də belə ağır, tarixdə unuda bilməyəcəkləri dərsi gözləmirdilər. Azərbaycan Ordusunun qarşısında diz çökən Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. 44 günlük İkinci Qarabağ müharibəsi ermənilərin illərdir yaratdıqları mifləri dağıtdı. “Məğlubedilməz ordu” mifi dağıdıldı və dünya gördü ki, ən güclü ordu Azərbaycan Ordusu, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır.


Müharibə şəraitində yaşayan ölkə üçün güclü, qüdrətli ordunun olması vacibdir. Bu fakt da hər kəsə məlumdur ki, Azərbaycanın 30 illik dövründə ordu qurculuğuna xüsusi diqqət göstərməsi, müdafiə xərclərini artırması işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər tərəfindən hər zaman maraqlarına uyğun şəkildə şərh edilirdi. Təcavüzkar Ermənistan dünyaya çatdırmaq istəyirdi ki, Azərbaycan sülh danışıqlarının davam etdirilməsində maraqlı deyil. Eyni zamanda, özlərində belə təsəlli yaratmaq istəyirdilər ki, guya Azərbaycan hərb yolunu seçərsə məğlub olan tərəf ölkəmiz olacaq. Reallıqlar aparılan təbliğatların nə qədər əsassız olduğunu sübut etdi. Rəşadətli Azərbaycan Ordusunun şücaəti dünyaya səs saldı, 30 ildə dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların edə bilmədiklərini etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olundu, işğala son qoyularaq ölkəmizin həyatında yeni dövr başladı.

Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı şanlı Qələbə ilə kifayətlənməyərək daha da möhkəmlənməyə, qüdrətlənməyə, döyüş qabilyyətini artırmağa, maddi-texniki bazasını gücləndirməyə səy göstərir. Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizin reallıqları fonunda qarşıda dayanan hədəfləri açıqlayarkən ordumuzun daha da gücləndirilməsini, maddi-texniki bazasının möhkəmləndirilməsini xüsusi qeyd etdi və bu istiqamətdə atılan addımlar davamlılığı ilə diqqətdədir. 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ordumuzun bir daha nəyə qadir olduğunu nümayiş etdirdi. Bu gün böyük qürur hissi ilə Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana çevrilməsindən, soydaşlarımızın mərhələ-mərhələ bu torpaqlara qayıdışından bəhs edirik. Qalib Azərbaycan yeni-yeni hədəflərə doğru inamla addımlayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi