xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 18:23 – Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR 
  • 12:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 

Gəncə “İmperial” Şadlıq Sarayı – Xoş günlərinizin ən möhtəşəm ünvanı!

24-06-2025, 11:53 104 dəfə baxılıb

Gəncə “İmperial” Şadlıq Sarayı –  Xoş günlərinizin ən möhtəşəm ünvanı!


Gözəl ənənələri, qədim tarixi və müasirliyi ilə seçilən Gəncə şəhərində fəaliyyət göstərən “İmperial” Şadlıq Sarayı artıq illərdir ki, regionun ən nüfuzlu və sevilən məkanlarından biri kimi tanınır. Bu nüfuzlu məkanın uğurlarının arxasında dayanan əsas simalardan biri də yüksək təşkilatçılıq qabiliyyəti, zəhmətsevərliyi və insanlara verdiyi dəyərlə seçilən Elşən müəllimdir. O, “İmperial” Şadlıq Sarayının rəhbəri olaraq bu məkanı yalnız toy, nişan və müxtəlif ailə şənliklərinin keçirildiyi yerə çevirməklə kifayətlənmir, həm də Gəncənin ictimai-mədəni həyatında xüsusi iz buraxan bir mərkəzə çevirib.

Elşən müəllim rəhbərlik etdiyi şadlıq sarayında hər zaman yüksək xidmət mədəniyyəti, müasir infrastruktur və qonaqpərvərlik ənənələrinin qorunmasına üstünlük verir. “İmperial” Şadlıq Sarayı geniş və zövqlə dizayn edilmiş salonları, müasir texniki avadanlıqları, təcrübəli personalı və ləziz mətbəxi ilə qonaqların ən xoş günlərinin unudulmaz xatirəyə çevrilməsinə şərait yaradır. Elşən müəllim hər bir tədbirin fərdi yanaşma ilə təşkil olunmasını təmin edir, müştərilərin arzularını və tələblərini dəqiqliklə nəzərə alır, nəticədə hər bir mərasim xüsusi zövqlə və yüksək səviyyədə həyata keçirilir.

Elşən müəllim “İmperial” Şadlıq Sarayının xidmət sahəsində daim yeniliklər etməyə, müasir texnologiyaları tətbiq etməyə, zövqlü dekorasiya və müasir işıqlandırma sistemləri qurmağa böyük önəm verir. Onun rəhbərliyi ilə məkan müasir memarlıq üslubu və komfortu ilə seçilir, həm qonaqların rahatlığını, həm də estetik baxımdan yüksək zövqünü təmin edir. Bu isə Gəncədə və regionda keçirilən ən yaddaqalan toy və tədbirlərin “İmperial”da təşkil olunmasına səbəb olur.

Elşən müəllimin fəaliyyətinin önəmli cəhətlərindən biri də sosial məsuliyyət prinsipinə sadiqliyidir. O, yalnız biznes maraqları ilə deyil, eyni zamanda, cəmiyyətin ehtiyaclarına həssas yanaşması ilə seçilir. “İmperial” Şadlıq Sarayında şəhid ailələri, qazilər və aztəminatlı ailələr üçün güzəştli şərtlərlə xidmətlər göstərilir, müxtəlif xeyriyyə tədbirləri təşkil olunur. Elşən müəllim hesab edir ki, sahibkarlıq yalnız gəlir əldə etmək vasitəsi deyil, eyni zamanda, cəmiyyətə fayda vermək, sosial həmrəyliyə töhfə vermək vasitəsidir.

Elşən müəllim kollektivi ilə birlikdə hər zaman xidmətin keyfiyyətini artırmağa çalışır. O, personalın peşəkarlığının artırılması, xidmət mədəniyyətinin yüksəldilməsi üçün mütəmadi təlimlər keçirir, yeni ideya və layihələrə dəstək verir. Onun rəhbərliyi sayəsində “İmperial” Şadlıq Sarayı təkcə Gəncədə deyil, bütün regionda seçilən və tövsiyə olunan məkanlardan biri kimi tanınır.

Nəticə etibarilə, Elşən müəllim öz peşəkarlığı, rəhbərlik bacarığı və insani keyfiyyətləri ilə Gəncə şəhərinin ictimai və mədəni həyatına xüsusi töhfə verən nümunəvi sahibkarlardandır. Onun qurduğu “İmperial” Şadlıq Sarayı hər kəsin yaddaşında gözəl xatirələrlə qalan mərasimlərin, xoş anların və dəyərli birliklərin məkanıdır. Gələcəkdə də Elşən müəllimin rəhbərliyi ilə bu məkan daha böyük uğurlara imza atacaq və Gəncə sakinlərinin sevimli ünvanı olaraq qalacaq.

Gəncə İmperial Şadlıq sarayın rəhbəri Elşən müəllim - Ötən əsrin əvvəllərində, 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyəti ölkədə milli silahlı qüvvələrin formalaşması üçün əhəmiyyətli addımlar atmışdı. Belə ki, milli hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə olan Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu addımın əhəmiyyətini təsdiq edən ən önəmli tarixi fakt budur ki, Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və artıq uzun illərdir ki, bu tarix ölkəmizdə hər il rəsmi dövlət bayramı kimi qeyd edilir.

Qeyd olunmalıdır ki, milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Həmin dövrdə Ümummilli Liderimizin bu istiqamətdə atdığı ən mühüm, ən vacib addımlardan biri əlbəttə ki, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması oldu. SSRİ-nin öz qüdrətinin ən pik həddində olduğu bir vaxtda Azərbaycanda hərbi məktəbin açılmasına nail olmaq son dərəcə çətin və mürəkkəb bir məsələ idi. SSRİ-nin dövlət və partiya rəhbərləri Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına razılıq vermək istəmirdilər. Hətta buna imkan verməmək üçün Moskvadan Bakıya ezam olunan xüsusi komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığı barədə çoxsaylı rəylər təqdim edirdilər. Lakin Ulu Öndər özünün mahir diplomatiyası, uzaqgörən siyasəti ilə bütün bu cəhdləri heçə çıxardı və böyük zəhmətlər bahasına hərbi məktəbin açılmasına nail oldu. İllər sonra öz müstəqilliyini bərpa etmiş Azərbaycanda C.Naxçıvanski adına Hərbi Məktəb ölkəmizin ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Həmçinin qeyd olunmalıdır ki, məhz Ulu Öndərin səyləri nəticəsində o dövrdə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxumaları, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün olmuşdu.

Müstəqilliyimizin ilk illərində o dövrkü iqtidarın səriştəsizliyi və yersiz ambisiyaları ucbatından ölkə sözün əsl mənasında xaos içərisində idi. Belə bir şəraitdə ordu quruculuğundan söhbət belə getmirdi. Yalnız 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra bu sahədə də vəziyyət kökündən dəyişdi. Ulu Öndərin səyləri nəticəsində 1994-cü ilin may ayında Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Milli Ordumuzun formalaşması prosesi daha da sürətləndi. Bu istiqamətdə əhatəli islahatlar aparıldı, qısa müddət ərzində hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması başa çatdırıldı.

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi və mənzil təminatlarının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsi kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılan prioritet istiqamətlərdir. Birmənalı olaraq demək lazımdır ki, 2003-cü ildən sonra ölkəmizdə ordu quruculuğu tamamilə yeni, keyfiyyətcə daha yüksək bir mərhələyə keçid etdi. 44 günlük Vətən müharibəsi Şanlı Ordumuzun gücünü-qüdrətini bütün dünyaya canlı olaraq nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 27 sentyabrda əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu tarixi Zəfər əldə etdi. Düşmən qısa müddət ərzində darmadağın edildi və kapitulyasiya aktını imzalamağa məcbur oldu. 2023-cü ilin sentyabr ayında isə, cəmi bir gün davam edən antiterror əməliyyatı nəticəsində Şanlı Ordumuz Qarabağda erməni separatizminin kökünü birdəfəlik kəsdi. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi