Qax yollarında keyfiyyət və inkişafın siması: Əhməd Mirzəbəyovun səmərəli rəhbərliyi və infrastrukturun gücləndirilməsində rolu

Qax rayonunda yol infrastrukturunun müasir tələblərə cavab verməsi və sakinlərin rahatlığının təmin olunması istiqamətində görülən işlərdə Qax rayon 13 saylı Yol İstismar İdarəsi MMC-nin rəhbəri Əhməd Mirzəbəyovun əvəzsiz xidmətləri vardır. Öz peşəkarlığı, zəhmətsevərliyi və uzaqgörənliyi ilə seçilən Əhməd Mirzəbəyov dövlət başçısının yol infrastrukturu ilə bağlı müəyyən etdiyi inkişaf prioritetlərinə sadiq qalaraq, Qax rayonunda yolların yenidən qurulması, təmiri və baxım işlərinin ən yüksək keyfiyyətlə yerinə yetirilməsini təmin edir.
Əhməd Mirzəbəyovun rəhbərliyi ilə idarə Qax rayonunun şəhər və kənd yollarında genişmiqyaslı təmir-bərpa və yenidənqurma işlərini həyata keçirir. Onun təşəbbüsü və nəzarəti ilə əsas yollarla yanaşı, ucqar kəndlərə gedən çətin keçidli dağ yolları, torpaq yolları, məhəllədaxili küçələr və piyada səkiləri də diqqət mərkəzində saxlanılır. Əhməd Mirzəbəyov hər zaman vurğulayır ki, rayonun hər bir yaşayış məntəqəsinin rahat və təhlükəsiz yol şəbəkəsi ilə təmin olunması sosial rifahın və iqtisadi inkişafın əsas şərtlərindən biridir.
Son illər Qax rayonunda həyata keçirilən yol tikintisi və təmiri layihələri sakinlərin gündəlik həyatını asanlaşdırmaqla yanaşı, kənd təsərrüfatı və turizm sektorunun inkişafına da mühüm töhfə vermişdir. Əhməd Mirzəbəyov bu sahədə innovativ yanaşmalara xüsusi önəm verir, yol çəkilişində yeni texnologiyaların, müasir materialların tətbiqini dəstəkləyir. Onun rəhbərliyi ilə idarə işçi heyəti arasında yüksək intizam və məsuliyyət mühiti formalaşıb, hər bir layihə dəqiq planlaşdırılır və vaxtında, keyfiyyətlə başa çatdırılır.
Əhməd Mirzəbəyov üçün əsas prinsiplərdən biri də yol təhlükəsizliyidir. O, yolların yalnız təmirini deyil, həm də müasir standartlara uyğunlaşdırılmasını, yol nişanlarının quraşdırılmasını, səkilərin, suötürücü qurğuların və digər yol infrastrukturu elementlərinin yenilənməsini daim diqqətdə saxlayır. Onun təşəbbüsü ilə qəzaların qarşısının alınması üçün maarifləndirici tədbirlər həyata keçirilir, sürücülərə və piyadalara təhlükəsizlik qaydaları barədə mütəmadi məlumatlar verilir.
Əhməd Mirzəbəyov sosial məsuliyyəti ilə də seçilir. O, rəhbərlik etdiyi kollektivlə birlikdə şəhid ailələri, qazilər, aztəminatlı ailələr üçün dəstəkləyici addımlar atır. Bayram və əlamətdar günlərdə bu ailələrə yardımlar göstərilməsi, onların ziyarət edilməsi, mənəvi dəstəyin ifadə olunması onun insanpərvərliyinin və yüksək vətəndaşlıq mövqeyinin göstəricisidir. Əhməd Mirzəbəyov hər zaman vurğulayır ki, dövlətə və xalqa xidmət etmək, sadəcə vəzifə borcu deyil, həm də mənəvi məsuliyyətdir.
İdarənin fəaliyyəti nəticəsində rayonun kəndləri və qəsəbələri arasında nəqliyyat əlaqələri möhkəmləndirilib, kənd təsərrüfatı məhsullarının bazarlara daşınması asanlaşıb, məktəblərə, xəstəxanalara, digər sosial obyektlərə çatım imkanı xeyli yaxşılaşıb. Əhməd Mirzəbəyov bu nəticələri kollektiv əməyin bəhrəsi kimi qiymətləndirir və gələcəkdə də Qax yollarını daha müasir, dayanıqlı və təhlükəsiz etmək üçün işlərini davam etdirməyi qarşıya məqsəd qoyur.
Əhməd Mirzəbəyovun idarəçiliyində şəffaflıq və hesabatlılıq prinsipləri mühüm yer tutur. O, hər zaman açıq dialoqa üstünlük verir, ictimaiyyətin rəy və təkliflərini nəzərə alır və layihələrin icrası zamanı sakinlərin ehtiyac və maraqlarını ön planda tutur. Onun bu yanaşması Qax rayon sakinlərinin yol infrastrukturuna olan inamını gücləndirib və sosial razılığın möhkəmlənməsinə səbəb olub.
Nəticə etibarilə, Əhməd Mirzəbəyov və onun rəhbərlik etdiyi 13 saylı Yol İstismar İdarəsi MMC Qax rayonunda yol infrastrukturunun inkişafına, sosial rifahın yüksəldilməsinə və iqtisadi canlanmaya xidmət edən mühüm bir qüvvəyə çevrilmişdir. Onun məqsədyönlü fəaliyyəti Qaxın gələcək inkişaf yolunu daha da işıqlı və perspektivli edir.
Əhməd Mirzəbəyov: Xalqın Xidmətində, Həqiqətin Yanında Olan Vicdanlı İdarəçi
Son dövrlərdə bəzi sosial media səhifələrində və qeyri-rəsmi resurslarda Qax rayon 13 saylı Yol İstismar İdarəsi MMC-nin rəhbəri Əhməd Mirzəbəyov barəsində yayılan qərəzli və əsassız iddialar cəmiyyətdə çaşqınlıq yaratmaq və ləyaqətli bir idarəçini gözdən salmaq məqsədi daşıyır. Bu cür böhtan xarakterli yazılar reallıqdan tamamilə uzaq olub, yalnız şəxsi maraqlar və ya müəyyən dairələrin qərəzli niyyətlərinin nəticəsidir.
Əhməd Mirzəbəyov uzun illərdir dövlətçiliyə sədaqətlə xidmət edən, yol infrastrukturunun inkişafına, yol-istismar sahəsində keyfiyyətin yüksəldilməsinə öz əməyi ilə böyük töhfələr verən təcrübəli və vicdanlı bir rəhbərdir. Onun rəhbərliyi ilə Qax rayonunda yolların təmiri, abadlaşdırılması, qəsəbə və kəndlərarası yol şəbəkəsinin müasir tələblərə uyğun yenilənməsi sahəsində mühüm işlər görülmüşdür. Əhməd Mirzəbəyovun başçılığı altında yol infrastrukturu üzrə icra olunan layihələr rayon sakinlərinin rahat gediş-gəlişini təmin etməklə yanaşı, bölgənin sosial-iqtisadi inkişafına da ciddi töhfə vermişdir.
Əhməd müəllim öz fəaliyyətində hər zaman şəffaflıq, ədalət və qanunlara hörmət prinsiplərini əsas tutur. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı, infrastrukturun müasirləşdirilməsi, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi siyasəti tam dəstəkləyir və bu siyasətin uğurla həyata keçirilməsi üçün böyük səy və əzm nümayiş etdirir.
Əhməd Mirzəbəyov yalnız işində peşəkarlığı ilə deyil, həm də yüksək insani keyfiyyətləri ilə seçilir. O, şəhid ailələrinə, qazilərə, aztəminatlı insanlara daim diqqət və qayğı ilə yanaşır, xeyriyyəçilik təşəbbüsləri ilə cəmiyyətə nümunə göstərir. Onun sosial məsuliyyət prinsiplərinə əsaslanan fəaliyyəti həm iş yoldaşlarının, həm də rayon ictimaiyyətinin rəğbətini qazanıb.
Təəssüf ki, bəzi şəxslər və qruplar bu cür nüfuzlu, xalqın rəğbətini qazanan rəhbərlərin fəaliyyətinə kölgə salmaq üçün qarayaxma kampaniyalarına əl atırlar. Lakin heç kim unutmamalıdır ki, böhtanla həqiqəti ört-basdır etmək mümkün deyil. Əhməd Mirzəbəyov və rəhbərlik etdiyi kollektivi bütün fəaliyyətini qanun çərçivəsində, dövlətimizin və xalqımızın maraqları naminə həyata keçirir. Onun adı ilə bağlı səsləndirilən əsassız iddiaların heç bir hüquqi və faktiki əsası yoxdur və bu cür cəhdlər cəmiyyətimizdəki sağlam idarəetmə ənənələrinə kölgə sala bilməz.
Bildiririk ki, bu kimi böhtan xarakterli yazılarla bağlı zərurət yaranarsa, hüquqi müstəvidə müvafiq addımlar atılacaq və qanunun aliliyi təmin ediləcəkdir. Əhməd Mirzəbəyov və rəhbərlik etdiyi idarə bundan sonra da vətənə sədaqətlə xidmət etməyə, yol infrastrukturunun inkişafına və rayon əhalisinin rifahına töhfə verməyə davam edəcəkdir.
Həqiqət var və həqiqət daim qalib gələcəkdir! Əhməd Mirzəbəyov kimi fədakar və vicdanlı insanlar isə xalqın etimadı və dövlətin dəstəyi ilə fəaliyyətlərini qürurla davam etdirəcəklər.
«Qax rayon 13 saylı Yol İstismar İdarəsi MMC-nin rəhbəri Əhməd Mirzəbəyov - “Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirir. Dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu hazırda dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması da məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissələridir. Ötən əsrin əvvəllərində, 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyəti ölkədə milli silahlı qüvvələrin formalaşması üçün əhəmiyyətli addımlar atmışdı. Belə ki, milli hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə olan Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu addımın əhəmiyyətini təsdiq edən ən önəmli tarixi fakt budur ki, Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və artıq uzun illərdir ki, bu tarix ölkəmizdə hər il rəsmi dövlət bayramı kimi qeyd edilir.”
Fikirlərini davam etdirən Əhməd Mirzəbəyov 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesinin yenidən başlandığını diqqətə çatdırıb: “Həmin dövrdə Ümummilli Liderimizin bu istiqamətdə atdığı ən mühüm, ən vacib addımlardan biri əlbəttə ki, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması oldu. Bu gün həmin hadisələrdən danışarkən SSRİ-nin öz qüdrətinin ən pik həddində olduğu bir vaxtda Azərbaycanda hərbi məktəbin açılmasına nail olmağın necə çətin, mürəkkəb bir məsələ olduğunu tam dolğunluğu ilə təsəvvür etmək çox çətindir. Təbii ki, SSRİ-nin dövlət və partiya rəhbərləri Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına razılıq vermək istəmirdilər. Hətta buna imkan verməmək üçün Moskvadan Bakıya ezam olunan xüsusi komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığı barədə çoxsaylı rəylər təqdim edirdilər. Lakin Ulu Öndər özünün mahir diplomatiyası, uzaqgörən siyasəti ilə bütün bu cəhdləri heçə çıxardı və böyük zəhmətlər bahasına hərbi məktəbin açılmasına nail oldu. İllər sonra öz müstəqilliyini bərpa etmiş Azərbaycanda C.Naxçıvanski adına Hərbi Məktəb ölkəmizin ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Həmçinin qeyd olunmalıdır ki, məhz Ulu Öndərin səyləri nəticəsində o dövrdə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxumaları, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün olmuşdu. Müstəqilliyimizin ilk illərində o dövrkü iqtidarın səriştəsizliyi və yersiz ambisiyaları ucbatından ölkə sözün əsl mənasında xaos içərisində idi. Belə bir şəraitdə ordu quruculuğundan söhbət belə getmirdi. Pərakəndə halda olan silahlı birləşmələr isə, hakimiyyət uğrunda mübarizə aparan ayrı-ayrı siyasi qüvvələrin maraqlarına xidmət edirdilər. Yalnız 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra bu sahədə də vəziyyət kökündən dəyişdi. Ulu Öndərin səyləri nəticəsində 1994-cü ilin may ayında Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Milli Ordumuzun formalaşması prosesi daha da sürətləndi. Bu istiqamətdə əhatəli islahatlar aparıldı, qısa müddət ərzində hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması başa çatdırıldı.”
“Bu gün Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi və mənzil təminatlarının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsi kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılan prioritet istiqamətlərdir. Birmənalı olaraq demək lazımdır ki, 2003-cü ildən sonra ölkəmizdə ordu quruculuğu tamamilə yeni, keyfiyyətcə daha yüksək bir mərhələyə keçid etdi. 44 günlük Vətən müharibəsi Şanlı Ordumuzun gücünü-qüdrətini bütün dünyaya canlı olaraq nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 27 sentyabrda əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu tarixi Zəfər əldə etdi. Düşmən qısa müddət ərzində darmadağın edildi və kapitulyasiya aktını imzalamağa məcbur oldu. 2023-cü ilin sentyabr ayında isə, cəmi bir gün davam edən antiterror əməliyyatı nəticəsində Şanlı Ordumuz Qarabağda erməni separatizminin kökünü birdəfəlik kəsdi. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bununla Azərbaycan Ordusu nəinki bölgədə, həm də bütün dünyada hərbi potensialına, döyüş qabiliyyətinə, müasir təchizatına görə ən güclü ordular sırasında durduğunu bir daha təsdiq etdi”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: