xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 18:23 – Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR 
  • 12:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 

Azərbaycan Aqrar Sektorunun Sütunu - Əbdülhüseyn Abdullayev və “EMA” Şirkətinin Uğur Yolu

13-06-2025, 14:15 17 dəfə baxılıb

Azərbaycan Aqrar Sektorunun Sütunu - Əbdülhüseyn Abdullayev və “EMA” Şirkətinin Uğur Yolu


Aqrar islahatların yeni başlanıldığı dövrdə Azərbaycanda kənd təsərrüfatı sahəsi üzrə bir çox şirkətlər yaradılsa da, onlardan yalnız bir neçəsi bugünkü günə qədər davamlı fəaliyyət göstərərək özünü doğrulda bilib. Bu şirkətlərdən biri 1996-ci ildən fəaliyyətə başlayan “EMA” Qapalı Səhmdar Cəmiyyətidir (QSC).Azərbaycanda qeyri neft sektorunun ayrılmaz tərkib hissəsi olan kənd təssərüfatı sahəsinə 90-cı illərin əvvəlindən Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış aqrar islahatlar, dünya bazarına çıxış, dövlətin dəstəyi və qayğısı sayəsində dünya istehsalçıları ilə tanışlığın bünövrəsi qoyulmuşdur. Sonrakı illərdə bu ənənəni davam etdirən cənab Prezident İlhan Əliyev kənd təssərüfatı sahəsinə olan diqqəti dünyada mövcud olan yeni innovativ və stimullaşdırıcı texnologiyalara yönəltmiş və nəticə olaraq bizim kimi sahibkarların inkişafı, fermerlərin bu sahədə böyük nailliyəti və yaradılan aqroparklar lahiyəsinin uğurlu fəaliyyəti dünya bazarlarında fərqli məhsullar üzrə həm keyfiyyətli həm də rəqabət apara biləcək məhsulları ixrac edən ixracatcı ordusu yaranmışdır. Bu da qeyri neft sektoru sahəsində cənab Prezidentin apardığı uğurlu siyasətinin nəticəsindən mümkün olmuşdur. Bu il 25 illiyini qeyd edən EMA Azərbaycanda kənd təsərrüfatının dərman, gübrə, toxum və avadanlıq təminatı sahələrində fəaliyyətə başlayan ilk şirkətdir. Şirkətin yaranma dövrü ölkəmizin kənd təsərrüfatı sahəsindəki ən həssas zamanlarına - aqrar islahatların yeni aparıldığı, Azərbaycanın dünyada hələ aqrar bölgə kimi tanınmadığı dövrlərə təsadüf edib. “EMA” buna baxmayaraq, elə həmin dövrlərdən dünyanın kənd təsərrüfatı sahəsinin ən qabaqcıl şirkətləri ilə nəinki əməkdaşlığa başlayıb, hətta onların ən etibarlı tərəfdaşına çevrilə bilib. Məqsədyönlü aparılmış əməkdaşlıq sayəsində “EMA” dünyanın ən qabaqcıl pestisid istehsalçılarından olan Almaniyanın “BASF”, Fransanın “Dupont”, Almaniyanın “Bayern”, Bolqarıstanın “Agriya”, qardaş Türkiyənin “Hektaş” şirkəti, toxum üzrə Fransanın “Vilmorin” və Türkiyənin “Genta”, İspaniyanın “Fito” şirkəti, gübrə üzrə Rusiyanın “Evroxim”, İspaniyanın “Atlantika” və Türkiyənin “Genta” şirkəti, K/T texnikaları üzrə Türkiyənin “Agrotek”, Almaniyanın “İGEBA” və s. kimi tanınmış şirkətləri ilə güclü əməkdaşlıq əlaqələri və ona göstərilən yüksək etimad sayəsində bugün həm də dünya miqyaslı lider şirkətlərin Azərbaycandakı rəsmi distribüteri olaraq fəaliyyət göstərir. Ölkənin kənd təsərrüfatı sahəsinin inkişafında iştirak etmək, bu sektorda müştərilərin tələblərini diqqətlə müəyyənləşdirərək aqrar sahənin inkişafına töhfə vermək məqsədilə işə başlayan “EMA” bugün həm də Azərbaycanın müasir texnologiyalar və yeni xidmətlər təqdim edən böyük bir müəssisəsidir. “EMA” şirkətinin yaradıcısı və rəhbəri Əbdülhüseyn Abdullayev deyir ki, şirkət fəaliyyətə yeni başladığı dövrlərdə aqrar sahənin əkinçilik sahəsində məhsuldarlığın artırılması üçün bitki mühafizəsi vasitələrinə və gübrələrə çox böyük tələbat var idi. Şirkət bunu nəzərə alaraq, bu sahədə dünyanın ən böyük istehsalçıları ilə çox çətinliklə də olsa, əməkdaşlıq əlaqələri qurmağa nail ola bilib. Bununla yanaşı, “EMA” QSC aqrar sektorun yeni inkişaf fazasında fermerlərin xarici təcrübələrdən yararlanması üçün bütün marifləndirici (açıq tarla seminarları, əkin sahələrində xəstəlik və zərərvericilərə qarşı bitki mühafizəsi vasitələrdən düzgün istifadə və təhlükəsizlik qaydalarına riayət edilməsi) tədbirlər həyata keçirmişdir. “Əməkdaşlarımızın müştərinin hər bir problemi ilə yaxından maraqlanması, onlara keyfiyyətli xidmətin göstərilməsi və işimizə zəmanət verilməsi bizim başlıca dəyərlərimizdir. «EMA» QSC gördüyü hər bir xidməti aldığı beynəlxalq sertifikatların (İSO 9001, İSO 14001 , OHSAS 18001 ) standartlarına uyğun, yüksək keyfiyyətli, ətraf mühitə ziyan vurmadan və tam təhlükəsiz şəkildə həyata keçirir. Xidmətlərimizdə dünyanın ən qabaqcıl firmalarının istehsalı olan preparat və texnologiyalardan istifadə olunur”.



“EMA” şirkəti xidmətlərini təqdim etmə zamanı ən vacib keyfiyyət və təhlükəsizlik amillərinin ciddi şəkildə nəzərə alınmasıdır. Şirkət xidmətləri zamanı həm ölkəmizdə bu sahəyə nəzarət edən Qida Təhlükəsizliyi Agentliyi və eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatının təsdiqlədiyi bitki mühafizə vasitələrindən istifadə edir ki, bu vasitələr insan sağlamlığına təhlükəli deyildir. Bağlar və şəxsi həyətyanı sahələrin dərmanlanması, dezinfeksiya və deratizasiya tədbirləri Amerika və Avropa istehsalçılarının texnikası ilə həyata keçirilir. Azərbaycandakı fermerlər arasında kifayət qədər yüksək reytinq əldə edən “EMA” həm yerli, həm də əcnəbi mütəxəssis aqronomlar komandasına sahibdir və bunun sayəsində müştərilərinə və partnyorlarına ən qısa zamanda ən təsirli həll yolarını təklif edir.“EMA” şirkətinin əsas strategiyası təkcə fermerlərə yüksək keyfiyyətli məhsul və xidmət təqdim etmək deyil, o, səylərini həm də Azərbaycanı kənd təsərrüfatı üzrə ixrac ölkəsinə çevirməyə yönəldib. “Bugün çalışırıq ki, işimizi tələbata görə quraq. Bu tələblərdən biri idxaldan çox ixrac yönümlü məhsullar yetişdirməkdir. Buna görə də bugün bizim əsas məqsədimiz təkcə daxili bazar olmalı deyil, həm də ixrac yönümlü məhsullar yetişdirmək olmalıdır. Bu, valyutanın ölkə daxilində qalmasına yardım edər, ölkəyə əlavə gəlir gətirər” deyə Ə.Abdullayev açıqlayıb və eyni zamanda bildirir ki son illərdə ümumi dünyada baş vermiş qlobal çətinliklər istər logistik istər də hava kirlənməsinin qabağını almaq məqsədi ilə bəzi dövlətlərin bitki mühafizə vasitələrinin aktiv maddə istehsalçılarının istehsal miqdarını azaltması bu vasitələrin əldə edilməsində böyük çətinliklər yaradıb. “EMA” şirkətinin əsas məqsədlərindən biri həm də dərman preparatlarını və gübrələri fermerlərə vaxtlı-vaxtında çatdırmaqdır. Regionlardakı fermerlərin məhsulları rahat və vaxtında əldə edə bilməsi üçün bəzi bölgələrdə artıq şirkətin mağaza və distribüter nümayəndəlikləri açılıb.“EMA” regionlarda ənənəvi dərman və gübrə vasitələrinın satışını həyata keçirən mağazalardan fərqli olan “ağıllı aqromarket”lər yaratmağı da düşünür. Azərbaycanın bölgələrində 25 belə marketin tikilməsi planlaşdırılır. Artıq Sabirabadda bu cür aqromarketin inşası başa çatdırılıb. Biləsuvar, Şəki, Ağdam, Quba və Şəmkirdə də “ağıllı aqromarket”lərin tikintisinə başlanılıb. Mövcud mağazalardan fərqli olaraq, “ağıllı aqromarket”lərdə torpağın və suyun analizinin aparılmasına, vizual olaraq, bitkinin xəstəliyinin təyin edilməsinə imkan verən laboratoriyalar da olacaq. Burada ilk dəfə olaraq, “yaşıl ambulans”ın da olması nəzərdə tutulur. “Yaşıl ambulans”lar səyyar şəkildə xidmət göstərərək aqronomla birlikdə uzaq bölgələrə gedəcək, oradakı fermerlərlə görüşüb onlara ödənişsiz olaraq, tövsiyələr verəcək, eyni zamanda həmin ərazilərdə dərmanların satışını təşkil edəcək. Gələcəkdə işğaldan azad edilmiş bölgələrimizdə də “ağıllı aqromarket”lərin tikintisi planlaşdırılır. Bu ərazilərdə əkinə yararlı olan təxminən 200-250 min hektar torpaq sahəsi var ki, şirkətin əsas məqsədlərindən biri minalardan təmizləndikdən və əkin üçün tam yararlı vəziyyətə gətirildikdən sonra həmin ərazilərdə də aqroxidmətlərin göstərilməsini əlçatan etmək, orada məhsuldarlığın daha da artmasına nail olmaqdır. Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfə verməyə çalışan “EMA” bitki mühafizə vasitələrinin, üzvü, mürəkkəb gübrələrin istehsalına başlamaq barədə də düşünür. Gübrə istehsalı üçün zavod tikintisini olduqca vacib sayan Ə.Abdullayev hesab edir ki, ölkədə bir neçə gübrə zavodları olmalıdır. Onun sözlərinə görə, idxal etdikləri gübrənin həcmi təxminən 10 min tondur. Ancaq əlavə olaraq, 200-250 min ton gübrəyə, eləcə də 2 min tona yaxın qeyri-üzvü gübrəyə tələbat var. Yeni yaradılmış karbamıd zavodu buna nümunədir və idxal olunan məhsulun bir qisminin qarşısını almışdır. Hesab edilir ki, bu tələbatın heç olmasa, 40 faizinin yerli istehsal hesabına təmin edilməsi məqsədəuyğun olardı.İşində daim yeni texnologiyaların tətbiqinə üstünlük verən “EMA” yeniliklərini də mütəmadi olaraq, ictimaiyyətə təqdim edir. Şirkət növbəti yeniliyini sərgidə (18-20 May ABKT sərgisi) təqdim edəcəyi dronları relyefi çətin olan ərazilərdə xəstəlik və ziyanvericilərə qarşı dərmanlama prosesini həyata keçirmək, xəstəliklərin təyini və ərazidə istifadə edilən gübrə effektivliyinin təyin edilməsi və eyni zamanda bu sərgidə nümayiş olunacaq digər yenilik isə əkin sahələrində xəstəliyi müəyyən edən ağıllı telefon sistemi ilə bağlı olacaq. Azərbaycanda ilk dəfə olaraq, nümayiş etdiriləcək bu sistem ağıllı kənd təsərrüfatı sahəsində lider marka olan Türkiyənin “HEKTAŞ” şirkəti tərəfindən yaradılıb. Diaqnoz proqramı həssas kənd təsərrüfatı sahələrində istifadə olunur, uzaq məsafədən vizual görüntü və tətbiq (drone) sistemlərinin yerləşdirilməsinə imkan verir. Sistem süni intellekt xüsusiyyəti sayəsində bitki xəstəliyini 95 faiz düzgün təyin edir və eyni zamanda hansi bitki mühafizə vasitəsindən istifadəyə gərək olduğunu sizə tövsiyə verir. Sistemin vaxtaşırı keçmişə dair və gələcək hava haqqında məlumatları daxil etmə, pestisidlərin araşdırılması, dərmansəpmə proqramlarının tərtibi, tarla, sahə əlavə etmə, tarlanın, sahənin peyk görünüşü, aktual bazar qiymətləri kimi çoxlu funksiyaları var. “25 il az bir müddət deyil. Əgər bu müddətdə nailiyyətlər əldə etmişiksə, demək, biz ölkədə kənd təsərrüfatının inkişafı üçün az da olsa, nələrsə etmişik. Bundan sonra da əlimizdən gələni edəcəyik ki, qida təhlükəsizliyinin təmininə töhfə verək” deyən Ə.Abdullayev rəhbəri olduğu şirkətin fəaliyyətini daha da innovativ texnologiyalardan istifadə edərək genişləndirməyi düşünür. İlkin olaraq, 4 nəfərlə işə başlayan “EMA” QSC bugün yalnız yüzlərlə insanınin iş yeri deyil, o, həm də ölkənin kənd təsərrüfatının inkişafına səbəb olan mərkəzlərindən biridir. Bundan sonra işini daha da genişləndirməyi planlaşdıran “EMA” şirkətinin bu yolda nailiyyətlər qazanacağı isə şübhəsizdir.

“EMA” şirkətinin qurucusu və prezidenti Əbdülhüseyn Abdullayev - Milli Qurtuluşdan başlanan tərəqqi və Zəfər yolu. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən siyasi böhran, iqtisadi çətinliklər və Ermənistan tərəfindən təcavüzlə üzləşən Azərbaycan 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə inkişaf və tərəqqi dövrünə qədəm qoymuşdur.

Müdrik dövlət xadimi 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. Bu əlamətdar hadisə ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd olunur və xalqın taleyində dönüş nöqtəsi hesab edilir. Həmin dövrdə dahi Liderin gərgin səyləri sayəsində ölkəmizdə hökm sürən xaos, anarxiya və vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, ictimai-siyasi sabitlik təmin edildi.

Müstəqilliyin ilk illərində görkəmli dövlət xadimi Heydər Əliyevin reallaşdırdığı ən mühüm hədəflərdən biri “Əsrin müqaviləsi” adlanan neft sazişinin imzalanması olmuşdur. 20 sentyabr 1994-cü il tarixli bu müqavilə Azərbaycanın sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynamış, ölkəmiz beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilmişdir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şərəfli tarixi bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz Ulu Öndərin yorulmaz fəaliyyəti, siyasi uzaqgörənliyi sayəsində Azərbaycan Ordusunun modernləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə ordunun qanunvericilik bazası təkmilləşdirilmiş, bir sıra qanunlar qəbul olunmuşdur. Ümummilli Liderin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) nəticəsində müstəqil Azərbaycanın ilk milli Konstitusiyası qəbul edilmişdir. Bu Konstitusiyada dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin yaradılması, siyasi sistemdə plüralizmə təminat verilməsi, ümumbəşəri dəyərlərə sadiqlik və digər məsələlər öz əksini tapmışdır.

Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti kimi strateji layihələrin işə düşməsi ilə ölkəmizin iqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə yüksəlmişdir. Bu layihələr dövlətimizin enerji resurslarını dünya bazarına çıxarmaqda həlledici rol oynamışdır.

Heydər Əliyevin islahatları, həmçinin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, təhsil sisteminin modernləşdirilməsi, səhiyyə xidmətlərinin yaxşılaşdırılması və idmanın inkişafına töhfə vermişdir.

Gənclərin inkişafı məsələsi Heydər Əliyevin reallaşdırdığı uğurlu siyasətin prioritet istiqamətlərindən biri olmuşdur. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, Gənclər Forumunun keçirilməsi və 2 Fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi Ulu Öndərin sözügedən sahəyə verdiyi əhəmiyyəti nümayiş etdirir. O, gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında tərbiyəsi və elmi biliklərlə təmin olunmasını ümdə məsələlərdən biri kimi önə çəkirdi.

Nəticədə Heydər Əliyevin sosial, təhsil, səhiyyə, gənclər və idman sahəsindəki islahatları ölkənin davamlı inkişafına töhfə vermişdir.

Ümummilli Liderin xarici strategiyasında çeviklik, məqsədyönlülük və praqmatizm kimi dəyərlər prioritet hesab edilmişdir. İkitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi, güc mərkəzləri ilə münasibətlərdə qarşılıqlı faydalı əməkdaşlıq, beynəlxalq hüquq normaları, onlardan irəli gələrək dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşılması, bir-birinin daxili işlərinə müdaxilə olunmaması kimi prinsiplər xarici siyasətin əsasını təşkil etmişdir. Milli maraqlara əsaslanan bu siyasət Azərbaycana beynəlxalq aləmdə çoxsaylı dost ölkə, etibarlı tərəfdaş qazandırmış, dövlətimizin nüfuzunu artırmışdır. Nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Heydər Əliyevin siyasətində Qarabağ münaqişəsinin həlli mühüm yer tutmuş, Ulu Öndər ölkəmizin prinsipial mövqeyini müvəffəqiyyətlə müdafiə etmiş, beynəlxalq tribunalardan tarixi həqiqətləri bütün dünyaya çatdırmışdır.

Ulu Öndərin uğurlu siyasəti Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində başlayan Vətən müharibəsində tarixi Qələbəmizin təməlində Ali Baş Komandanın ətrafında xalqımızın sıx birliyi, ölkəmizin davamlı inkişafı, xarici siyasətdə və ordu quruculuğunda əldə edilmiş böyük nailiyyətləri dayanır. Azərbaycanın Qarabağ bölgəsində apardığı bir günlük lokal xarakterli antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir.

2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqləyən mühüm siyasi sənəddir. Bəyannamə ilə iki dövlət müttəfiqlik münasibətlərini rəsmiləşdirərək əməkdaşlığın siyasi, iqtisadi, hərbi, müdafiə sənayesi, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya və humanitar sahələr üzrə daha da dərinləşdirilməsinə sadiq olduqlarını bəyan etmişlər. Bu sənəd həm də Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşmasına, sülh və sabitliyin möhkəmləndirilməsinə xidmət edir. Şuşa Bəyannaməsi Türk dünyasının inteqrasiyasına, regional və qlobal miqyasda kollektiv gücün artmasına mühüm töhfə verir. Həmin strateji sənədin ildönümünə həsr olunmuş beynəlxalq konfranslar da artıq ənənə halını almışdır. 2022-ci ildən başlayaraq hər il iyunun 15-də Şuşada keçirilən bu toplantılar regional əməkdaşlıq, təhlükəsizlik, postmüharibə dövründə yeni strateji çağırışlar kimi mühüm mövzulara həsr olunur. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə baş tutan konfranslarda nüfuzlu yerli və xarici ekspertlərin, siyasətçilərin iştirakı ilə fikir mübadiləsi aparılır, qarşılıqlı maraq doğuran sahələr üzrə gələcək əməkdaşlıq mexanizmləri müəyyənləşdirilir. Şuşada keçirilən bu konfranslar həm də Azərbaycanın diplomatik gücünün və təşəbbüskarlığının parlaq nümunəsini nümayiş etdirir.

Beləliklə, Ümummilli Lider Heydər Əliyevin uğurlu fəaliyyəti Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında və inkişafında həlledici rol oynamışdır. Heydər Əliyevin həyata keçirdiyi islahatlar, qəbul etdiyi tarixi qərarlar və uzunmüddətli strategiyalar, həmçinin Prezident İlham Əliyevin reallaşdırdığı siyasət sayəsində Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi