xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

Azər Məmmədov: “Tarixi Qələbəmizi təmin edən bütün digər mühüm amillərlə yanaşı, vətənpərvər gənclik müstəsna rol oynadı”

19-05-2025, 17:59 5 dəfə baxılıb

Azər Məmmədov: “Tarixi Qələbəmizi təmin edən bütün digər mühüm amillərlə yanaşı, vətənpərvər gənclik müstəsna rol oynadı”


Bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun şəhər və rayonlarına, qəsəbə və kəndlərinə həyat yenidən qayıdır, Vətən torpaqları sürətlə dirçəlir. Azərbaycanda Böyük Qayıdış proqramı bütün dünyanı heyrətə gətirən ruh yüksəkliyi və dinmika ilə həyata keçirilir.

Bu fikirlər öz əksini aia.az saytının baş redaktoru Azər Məmmədovun şərhində tapıb.

Media təmsilçisi qeyd edib ki, may ayının 10-da cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam Muğam Mərkəzinin açılışını etmələri də böyük mənəvi əhəmiyyət kəsb edən bir hadisədir: “Bu möhtəşəm tədbirdə çıxış edən cənab Prezident İlham Əliyevin nitqində qeyd olunduğu kimi, dirçələn Ağdam şəhərində Muğam Mərkəzinin açılışı tarixi bir gündür. Əlbəttə ki, açılış mərasiminin məhz mayın 10-da, Ulu Öndər Heydər Əliyevin doğum günündə keçirilməsi, xüsusi simvolik məna daşıyır. Bu gün hər bir vətənpərvər azərbaycanlı üçün qürur dolu bir gündür. Hamımız yaxşı xatırlayırıq ki, 1993-cü ildə, Ulu Öndər xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycan rəhbərliyinə gəldiyi zaman ölkədə vəziyyət son dərəcə ağır idi. İdarəolunmaz vəziyyətə gətirilmiş ölkədə özbaşınalıq, xaos, anarxiya hökm sürürdü. İqtisadiyyat iflic vəziyyətdə, torpaqlarımız isə işğal altında idi. Məhz belə bir dövrdə Ulu Öndərin hakimiyyətə gəlməsi Azərbaycan üçün nicat qapılarını açdı və həmin qapıdan addım atan ölkəmiz bu günə qədər inkişaf yolu ilə inamla irəliləməkdədir. Tarix özü sübut etdi ki, həmin vaxt müharibəni dayandırmaq gənc dövləti xilas etmək üçün yeganə yol idi. Bu, müdrik qərar imkan verdi ki, Azərbaycan inkişaf və sabitlik yoluna qədəm qoysun. Möhtərəm dövlət başçımızın dediyi kimi, son 22 il ərzində dünyada və ölkəmizdə bir çox hadisələr baş vermişdir. Ancaq strateji xətt Ulu Öndər tərəfindən müəyyən edildi və bu gün də Azərbaycan həmin strategiya əsasında irəliləyir.”

Azər Məmmədovun şərhində cənab Prezident İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmizi şərtləndirən əsas amillər barədə səsləndirdiyi fikirlərin əhəmiyyəti xüsusi olaraq diqqət mərkəzinə çəkilir: “Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında xüsusilə vacib bir məqama toxunaraq bildirdi ki, 44 günlük Vətən müharibəsində iştirak edənlərin əksəriyyəti bu torpaqları heç vaxt görməyən, işğal dövründə doğulmuş gənclər idi. Tarixi Qələbəmizi təmin edən siyasi iradə, iqtisadi güc, müstəqil siyasət, güclü Ordu kimi mühüm amillərlə yanaşı, əlbəttə ki, vətənpərvər gənclik müstəsna rol oynadı. Bu gəncliyi dədə-baba torpaqlarına çəkən tarixi bağlar və digər amillər Azərbaycanın mütləq və tam qələbəsini şərtləndirdi. Bu Qələbə XXI əsrdə heç bir ölkəyə müyəssər olmamış və bundan sonra da çətin əldə edilə biləcək bir tarixi Zəfər idi. Bu gün isə Azərbaycan azad edilmiş ərazilərində möhtəşəm quruculuq işləri aparır. Etiraf olunmalıdır ki, bu gün dünyanın heç bir ölkəsində belə genişmiqyaslı yenidənqurma işlərini, belə sürətli inkişafı müşahidə etmək mümkün deyil. Bütün bu işləri də Azərbaycan öz hesabına, öz gücünə həyata keçirir. Artıq bütün dünya bunu qəbul edir ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır.”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi