Əlixan Şirvanov – Dövlətə və Hüquqa Sədaqətli Xüsusi Notarius

Şirvan şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu Əlixan Şirvanov, öz peşəkar fəaliyyəti, prinsipiallığı, qanunçuluğa sədaqəti və yüksək etik dəyərlərə sadiqliyi ilə seçilən bir hüquq xadimidir. O, notariat institutunun cəmiyyətimizdəki əhəmiyyətini dərindən anlayaraq, vətəndaşların hüquqi maraqlarını qorumağı və ədalətin təminatına xidmət etməyi özünə həyat missiyası seçmişdir.
Peşəkarlıq və Hüquqa Dəqiqlik
Əlixan Şirvanov öz sahəsində yüksək hüquqi bilikləri, dərin analitik düşüncə qabiliyyəti və zəngin təcrübəsi ilə seçilən nüfuzlu xüsusi notariuslardan biridir. O, peşə fəaliyyətində hər zaman qanunçuluq prinsipinə sadiq qalaraq, notariat sənədlərinin tərtibində dəqiqliyə və mükəmməlliyə xüsusi önəm verir. Əlixan Şirvanovun hazırladığı hər bir sənəd Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin bütün tələblərinə tam uyğun olur və bu, vətəndaşların hüquqlarının etibarlı qorunmasına təminat verir.
O, yalnız sənədlərin rəsmi təsdiqi ilə kifayətlənmir, eyni zamanda vətəndaşların hüquqi maarifləndirilməsinə də böyük diqqət yetirir. Əlixan Şirvanov hər bir müraciət edən şəxsin hüquqi vəziyyətini dərindən araşdırır, onların suallarını ətraflı cavablandırır və lazımi hüquqi məsləhətlər verir. Bu yanaşma vətəndaşların hüquqi savadlılığının artmasına, həmçinin onların hüquqlarını daha şüurlu şəkildə müdafiə etməsinə töhfə verir.
Əlixan Şirvanovun işindəki dəqiqlik, sürət və operativlik, onun xidmətinə olan etibarı daha da artırır. Məhz onun sayəsində Şirvan şəhərində və ətraf bölgələrdə notariat xidmətlərinə olan inam günü-gündən möhkəmlənir. Vətəndaşlar Əlixan Şirvanova müraciət edərkən bilirlər ki, onların hüquqi məsələləri böyük peşəkarlıqla, ədalət və vicdan prinsiplərinə əsaslanaraq həll olunacaq. Bu isə onu təkcə Şirvan şəhərində deyil, ətraf rayon və kəndlərdə də seçilən bir hüquq mütəxəssisinə çevirir.
Əlixan Şirvanovun fəaliyyəti yalnız bir notarius kimi deyil, həm də hüquqi mədəniyyətin yüksəldilməsinə, cəmiyyətin hüquqa olan inamının gücləndirilməsinə xidmət edir. O, öz işinə olan yüksək məsuliyyət hissi, dövlətçiliyə sədaqəti və vətəndaşlara göstərdiyi diqqət və qayğı ilə hüquq sahəsində əsl nümunəvi şəxsiyyət kimi tanınır.
Vətəndaşlara Qayğı və Ədalətli Yanaşma
Əlixan Şirvanov təkcə hüquqi məsələlərdə deyil, insanlarla ünsiyyətdə də yüksək mədəniyyət nümayiş etdirir. Hər bir vətəndaşın müraciətinə xüsusi həssaslıqla yanaşır, onların problemlərini dərindən araşdırır və ən doğru hüquqi həll yollarını təklif edir. O, hər zaman şəffaf və vicdanlı xidmət göstərərək, vətəndaş məmnuniyyətini əsas prioritetlərindən biri kimi qəbul edir.
Dövlətə və Dövlətçiliyə Sədaqət
Əlixan Şirvanov fəaliyyətində Azərbaycan dövlətinə, onun qanunvericilik sisteminə və dövlətçilik prinsiplərinə dərin sədaqət nümayiş etdirir. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquq islahatlarına tam dəstək verir, hüquqi xidmət sahəsində şəffaflığın və etibarlılığın təmin olunmasına öz töhfəsini verir. Onun fəaliyyəti dövlət qurumları ilə cəmiyyət arasında etibarlı bir körpü rolunu oynayır.
Cəmiyyətdə Hüquq Mədəniyyətinin Artırılmasına Töhfə
Əlixan Şirvanov, notariat sahəsində yalnız sənədlərin tərtibi ilə kifayətlənmir, eyni zamanda vətəndaşların hüquqi maarifləndirilməsi istiqamətində də fəal iş aparır. Onun təşəbbüsü ilə hüquq sahəsində müxtəlif maarifləndirici tədbirlər həyata keçirilmiş, vətəndaşlara hüquq sisteminin əsasları barədə aydın və əlçatan məlumatlar təqdim olunmuşdur. Bu istiqamətdə atılan addımlar, cəmiyyətdə hüquq mədəniyyətinin formalaşmasına və hüquqa hörmətin artırılmasına mühüm təsir göstərmişdir.
Sonda...
Əlixan Şirvanov peşəkarlığı, dövlətə sədaqəti, yüksək insani keyfiyyətləri və ədalətə bağlılığı ilə seçilən örnək bir hüquq xadimidir. Onun fəaliyyəti təkcə bir notariat ofisinin sərhədlərini aşaraq, bütövlükdə hüquqi xidmət sahəsində etibarın, ədalətin və insanlığa hörmətin təcəssümünə çevrilmişdir. Əlixan Şirvanov kimi dövlətə və xalqa xidmət etməyi həyat amalı bilən şəxslər Azərbaycanın hüquq sisteminin güclənməsinə və cəmiyyətin rifahına mühüm töhfələr verir.
Əlixan Şirvanova Qarşı Yayılan Şər və Böhtanlara Tutarlı Cavab
Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində və sosial platformalarda Şirvan şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu Əlixan Şirvanov haqqında əsassız və qərəzli məlumatların yayıldığının şahidi oluruq. Bu cür yazıların gerçəkliyi əks etdirmədiyini və yalnız şəxsi nüfuzun ləkələnməsinə, peşə fəaliyyətinə kölgə salınmasına xidmət etdiyini qətiyyətlə bildiririk.
Əlixan Şirvanov uzun illərdir ki, hüquq sahəsində peşəkarlığı, yüksək etik normalara sadiqliyi və vicdanlı fəaliyyəti ilə tanınır. Onun notariat sahəsindəki fəaliyyəti daima qanunlara uyğun, şəffaf və obyektiv prinsiplərə əsaslanır. Vətəndaşların hüquq və mənafelərinin qorunması, sənədlərin düzgün tərtibi və təsdiqi, hüquqi münasibətlərin təmin olunması Əlixan Şirvanovun fəaliyyətində əsas prioritetlər olub.
Şirvan şəhər 1 saylı notariat ofisinin fəaliyyəti hər zaman aidiyyəti dövlət qurumları tərəfindən nəzarətdə saxlanılıb və müvafiq yoxlamalar zamanı qanun pozuntusuna rast gəlinməyib. Əlixan Şirvanovun fəaliyyəti bir çox hallarda vətəndaşlar tərəfindən razılıq və təşəkkürlə qarşılanıb.
Təəssüf ki, bəzi maraqlı qruplar əldə edilmiş bu nüfuz və etimadı gözdən salmaq üçün reallığa əsaslanmayan ittihamlar irəli sürməyə çalışırlar. Bu cür cəhdlər yalnız şəxsi qərəz, fərdi maraqlar və sağlam rəqabət mühitinə zərbə vurmaq məqsədi daşıyır.
Bildiririk ki, Əlixan Şirvanov öz fəaliyyətində hər zaman dövlətçilik maraqlarına, qanunun aliliyinə və etik normalara sadiq qalmışdır və gələcəkdə də bu prinsiplərə söykənərək fəaliyyətini davam etdirəcəkdir.
Əsassız yazılarla bağlı hüquqi müstəvidə tədbirlər görülməsi nəzərdən keçirilir və ictimaiyyətə dəqiq, obyektiv məlumatların çatdırılması üçün bütün imkanlardan istifadə olunacaqdır.
İctimaiyyəti və media nümayəndələrini məsuliyyətli və prinsipial mövqe tutmağa, təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə çağırırıq.
Şirvan şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu Əlixan Şirvanov - Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz istər regional, istərsə də beynəlxalq əməkdaşlıq mövqeyindən çox mühüm tərəfdaş kimi çıxış edir. Müasir dövrdə müstəqil Azərbaycan beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı, siyasi və iqtisadi baxımdan sabit ölkə və etibarlı tərəfdaş kimi tanınır. Məhz bunun üçün də, inkişaf etmiş dünya dövlətləri düşünülmüş, qarşılıqlı etimada və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirən Azərbaycanla dostluq, əməkdaşlıq əlaqələri yaradırlar.
İqtisadi sahədə əldə etdiyi uğurlara, xarici və daxili siyasətin nəticəsində nail olduğu davamlı inkişafa görə dünyanın diqqətini özünə cəlb etməyi bacaran Çin Xalq Respublikası ilə Azərbaycan arasında da siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, kənd təsərrüfatı, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev Çinə uğurlu səfərindən sonra iki ölkə arasında ikitərəfli münasibətlər daha da möhkəmlənib, əlaqələrimiz uğurla inkişaf edib. Coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətləri ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafına hər zaman əlverişli zəmin yaradıb.
2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri hər iki ölkə arasındakı əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoydu. Dövlət başçıları arasında aparılan danışıqlar, imzalanan sənədlər, o cümlədən dostluq münasibətlərinin, əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə, “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmlənməsinə təkan olub.
Ölkə Prezidenti İlham Əliyevin bu ilin yanvar ayında Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda keçirilən sessiyada da Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvü olduğunu, ölkəmizin Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəklədiyini bildirib. Çin hökuməti də öz növbəsində Azərbaycanın "Bir kəmər, bir yol" layihəsinə verdiyi dəstəyi yüksək qiymətləndirib. Aprel ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci “ Bir kəmər, bir yol” Beynəlxalq Forumunda iştirakı isə Azərbaycan Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dollarlıq sənədlərin imzalanması ilə yadda qaldı.
2023-cü il iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də xüsusi olaraq qeyd edildi ki, 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulduğu andan sonra ikitərəfli əməkdaşlığımız bir çox səmərəli nəticə verib. Möhkəm təməl üzərində qurulan Azərbaycan- Çin əməkdaşlığı gələcəkdə də genişlənəcək, iki ölkənin ümumi maraqları birlikdə müdafiə ediləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 23-də Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində iki ölkə arasında 20-yə yaxın sənəd imzalandı. Prezident İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpinin imzaladıqları “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” iki dost ölkənin münasibətlərinin gələcək inkişafında yol xəritəsi kimi qəbul edilə bilər.
Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşı olan Azərbaycanla bu ölkə arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, təhsil kimi sahələr üzrə əlaqələrinin daha da genişləndirilməsində müsbət dinamika müşahidə olunur. Əldə olunan uğurlar nəticəsində Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Bəli, həqiqətən Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb. Azərbaycan ticarət və şərab evləri artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir. Onlar ikitərəfli ticari münasibətlərimizin inkişafına sanballı töhfə verir. Azərbaycan Ticarət Evi, həmçinin Çində tanınmış beynəlxalq “JD” onlayn ticarət platformasında yaradılıb. Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır.
Dünyada inkişaf etməkdə olan ölkələrin əməkdaşlığa can atdığı Çin Xalq Respublikası ilə sürətlə inkişaf edən ölkəmizin əməkdaşlığı, dostluq əlaqələri gələcəkdə hər iki xalqın tərəqqisi və rifahı naminə uğurla inkişaf edəcək, daha da güclənəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: