Müstəqim Məmmədov – Fədakar Rəhbər və Vətənpərvər İcra Başçısı

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, uzun illər dövlət idarəçiliyində qazandığı təcrübəsi və prinsipial mövqeyi ilə tanınan nüfuzlu rəhbərlərdən biridir. Onun rəhbərliyi altında Tərtər rayonu sosial-iqtisadi inkişaf baxımından mühüm irəliləyişlər əldə etmiş, infrastruktur layihələri uğurla icra olunmuş, vətəndaş rifahının yüksəldilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.
Tərtər Rayonunun İnkişafına Verdiyi Töhfələr
Müstəqim Məmmədovun rəhbərliyi altında Tərtər rayonunda genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Rayonun yolları yenilənmiş, yeni sosial obyektlər inşa olunmuş və ictimai xidmətlərin keyfiyyəti artırılmışdır. Tərtərin tarixi və strateji əhəmiyyətini nəzərə alaraq, rayonda kənd təsərrüfatının inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi, eləcə də investisiya imkanlarının genişləndirilməsi istiqamətində ciddi addımlar atılmışdır.
Bundan əlavə, Tərtər şəhərinin simasının dəyişdirilməsi məqsədilə aparılan abadlıq işləri, park və xiyabanların salınması, yeni ictimai obyektlərin tikilməsi sakinlərin rahatlığına və rifahına xidmət edir. Müstəqim Məmmədovun diqqət yetirdiyi əsas məsələlərdən biri də rayonun su, qaz və elektrik təsərrüfatının modernləşdirilməsidir ki, bu da bölgənin sosial rifahına müsbət təsir göstərir.
Şəhid Ailələrinə və Qazilərə Xüsusi Qayğı
Müstəqim Məmmədovun fəaliyyətində vətənpərvərlik və xalqına xidmət əsas prinsip kimi ön plana çıxır. Xüsusilə, 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərən Tərtər şəhəri üçün şəhid və qazilərin ailələrinə diqqət və qayğı əsas prioritetlərdən biridir. Onun rəhbərliyi altında rayon ərazisində şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra tədbirlər görülmüş, yeni mənzillər tikilmiş, sosial yardımlar artırılmışdır.
Ramazan ayı kimi müqəddəs dönəmlərdə isə aztəminatlı ailələrə xüsusi diqqət göstərilir. Müstəqim Məmmədovun təşəbbüsü ilə mütəmadi olaraq ehtiyacı olan ailələrə ərzaq yardımları paylanır, qazi və şəhid ailələrinin problemləri ilə maraqlanılır, onların sosial təminatı üçün dövlət tərəfindən müxtəlif dəstək mexanizmləri tətbiq olunur.
Dövlətə və Prezident İlham Əliyevin Siyasətinə Sadiqlik
Müstəqim Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan inkişaf siyasətini öz rayonunda uğurla tətbiq edən icra başçılarından biridir. O, dövlətin bütün proqram və layihələrini yüksək səviyyədə icra edərək, vətəndaşların məmnuniyyətini təmin etmək üçün fədakarlıqla çalışır. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Tərtərdə icra olunan sosial-iqtisadi inkişaf layihələri, eləcə də şəhid ailələrinə və qazilərə göstərilən dəstək tədbirləri Müstəqim Məmmədovun dövlətə sədaqətinin və xalqa xidmət prinsipinin təzahürüdür.
Nəticə
Müstəqim Məmmədov, Tərtər rayonunun inkişafına böyük töhfə verən, vətəndaş məmnuniyyətini prioritet sayan və vətənpərvərlik ruhunu daim yüksək tutan bir dövlət xadimidir. Onun rəhbərliyi ilə rayonda həyata keçirilən layihələr və sosial proqramlar, bölgənin inkişafına və əhalinin rifahına xidmət edir. Xüsusilə, şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə göstərdiyi qayğı, onun yüksək insani keyfiyyətlərə malik bir rəhbər olduğunu sübut edir.
Müstəqim Məmmədovun gələcəkdə də Tərtər rayonunun inkişafı və əhalinin rifahının artırılması istiqamətində uğurlu fəaliyyətini davam etdirəcəyi şübhəsizdir.
Şəhid ailəsinin müraciəti öz həllini tapıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyətində keçirilən qəbulda Tərtər rayon Dəmirçilər kənd sakini şəhid İsmayıllı Şamilin atası Kamil İsmayılov müraciət edərək yaşadığı evə gedən yola şebel tökülərək yayılmasını xahiş etmişdir.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişinə əsasən şəhidin evinə gedən yola 20 kub şebel tökülərək yayılmışdır.
Şəhidin ailə üzvləri ona göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
İcra başçısı Bəyimsarov kəndində Qərbi Azərbaycanlılarla birlikdə Yel çərşənbəsini qeyd edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər üzrə nümayəndəliyinin əməkdaşları ilə birlikdə rayonun Bəyimsarov kəndində məskunlaşmış Qərbi azərbaycanlılarla Novruzun 3-cü çərşənbəsi olan Yel çərşənbəsini qeyd ediblər.
Qeyd edək ki, Bəyimsarov kəndində Qərbi Azərbaycandan olan 436 ailə, 3106 nəfər məskunlaşıb.
Kəndin mərkəzində rayon rəhbəri Vətən müharibəsi şəhidi Tural Məmmədovun anası Güldanə Məmmədova və Vətən müharibəsi qazisi Təhmuraz Muradovla birlikdə böyük tonqalı alovlandırıblar. Sonra icra başçısı Qərbi azərbaycanlıları yurdumuza yazın gəlişi, Yel çərşənbəsi münasibəti ilə təbrik edib, onlara tezliklə Novruz tonqallarını Qərbi Azərbaycanda, öz doğma yurdlarında çatmağı arzu edib və respublika Prezidentinin Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə dediyi sözləri bir daha xatırladıb: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.”
Kəndin ağsaqqalı Fazil Vəliyev Qərbi azərbaycanlıların Novruz adətlərindən, Yel çərşənbəsi haqqında danışıb, maraqlı məlumatlar verib. Bildirib ki, Yel çərşənbəsi Novruz bayramının üçüncü çərşənbəsidir. Xalq arasında "Küləkli çərşənbə", "Külək oyadan çərşənbə" də deyirlər. Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında "yelli-küləkli" çərşənbə deyirlər.
Yel çərşənbəsində əsən isti, soyuq küləklər yazın ilıq nəfəsini, hənirtisini, təravətini gətirir. Gün ərzində bir neçə dəfə dəyişən külək yelin özünün təzələnməsi kimi də qəbul edilir.
Yel çərşənbəsi günü də şər qarışanda hər həyətdə, hər məhəllədə tonqallar qalanır, tonqal başına toplaşanlar növbə ilə 3 dəfə onun üstündən atlanırlar. Bu, azar-bezardan, bədbəxtlik və fəlakətlərdən xilas olmaq, günahlardan qurtulmaq niyyəti ilə edilir. Evlərdə plov dəmlənir, süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanan çərəzlər düzülür. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı lent bağlanır. Yel çərşənbəsində həm də son çərşənbəyə və Novruza hazırlıq görülür, ev-eşik, həyət-baca təmizlənir, şirniyyatar bişirilir.
Sakinlər rayon rəhbərini və qonaqları Novruz kətəsinə, qovurğaya və şirniyyata qonaq ediblər. Tonqal ətrafında Qərbi Azərbaycanlıların özünəməxsus “Yallısı” səsləndirilib.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.



Rayon rəhbəri şəhid Elnur İbrahimov küçəsində aparılan əsaslı təmir işləri ilə yerində tanış olub
2025-ci ildə Tərtər şəhərin şəhidlərin adını daşıyan 9 küçəsinin əsaslı təmiri, digər 3 küçəsində isə səkilərin salınması işləri nəzərdə tutulub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hazırda 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş şəhid Elnur İbrahimovun adını daşıyan küçədə aparılan əsaslı təmir işləri ilə yerində tanış olub, aidiyyəti şəxslərə öz tövsiyyə və tapşırıqlarını verib.
Qeyd edək ki, təmir aparılan küçədə istinad divarları hörülüb hündürləşdirilir, qəzalı vəziyyətdə olan divarlar sökülüb yenisi ilə əvəz olunur, divarlar aqlay və bəzək daşları ilə üzlənir. Kommunikasiya, işıq, telefon xəttləri səliqəyə salınır, ağaclar budanır, təmizlik işləri aparılır.
Rayon rəhbəri təmir işləri aparılan küçədə sakinlərlə görüşərək, onları narahat edən məsələləri yerində dinləyib, sakinləri əmin edib ki, şəhərdə abadlıq-quruculuq işlərinin uğurla davam etdirilməsi üçün bütün lazımi imkanlardan istifadə ediləcək.
Küçənin sakinləri görülən işlərdən razılıq edib, aparılan əsaslı təmir işlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.


Tərtərdə “Talasemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib
Martın 11-də Səhiyyə Nazirliyinin, Respublika Qan Bankının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanda “Talasemiyasız həyat naminə” proqramı çərçivəsində Talasemiyadan əziyyət çəkən uşaqlara qan toplamaq məqsədilə qanvermə aksiyası keçirilib.
Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, gənclər, ümumilikdə minlərlə rayon sakini könüllü olaraq iştirak edib.
Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Aksiyada 200 nəfər qan verib.
Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, qanvermə aksiyasının məqsədi hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin həyatı kütləvi surətdə qanvermə aksiyalarından asılıdır. Bu məqsədlə 2005-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə başlanılmış “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində mütəmadi olaraq qanvermə aksiyaları keçirilir. Könüllü qan vermə aksiyalarından toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.
Respublika Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: