xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:53 – İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul edib - YENİLƏNİB 
  • 09:17 – "Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır" 
  • 09:00 – Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - VİDEO - YENİLƏNİB 
  • 17:42 – İlham Əliyev Çin Sədrinə başsağlığı verdi 

Kamaləddin Qafarov: “Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir”

Dün, 10:36 0 dəfə baxılıb

Kamaləddin Qafarov: “Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir”


“AZAL-a məxsus təyyarənin Rusiyanın hava məkanında vurularaq qəzaya uğraması və nəticədə baş vermiş çoxsaylı insan tələfatı bütün xalqımızı sarsıdan bir faciədir. Bu hadisə tam dəqiqliyi ilə araşdırılacaq və bütün təfərrüatlar müəyyən edilərək həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyətə təqdim olunacaq”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, təhqiqatın birbaşa cənab Prezident İlham Əliyev tərəfindən diqqətdə saxlanması buna heç bir şübhə yeri qoymur. “Dekabrın 29-da möhtərəm dövlət başçımızın Azərbaycan Televiziyasına verdiyi müsahibədə də qəza ilə bağlı ölkə ictimaiyyətini narahat edən bütün məqamlar barədə detallı açıqlamalar öz əksini tapmışdır. Cənab Prezident hər zaman olduğu kimi, prinsipial və qətiyyətli mövqe nümayiş etdirərək baş verənləri obyektiv qiymətləndirdi və Azərbaycanın gözləntilərini açıq mətnlə ifadə etdi. Qeyd olundu ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və məhz bu səbəbdən idarəetməni itirmişdir. Bu da məlumdur ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri müəyyən əsassız versiyalar üzərində dayanmağa üstünlük verərək, məsələni ört-basdır etmək istəyirlər. Əlbəttə ki, burada hər hansı bir qəsddən, terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Bununla belə, Azərbaycanın Rusiya tərəfinə konkret tələbləri var. Cənab Prezident bu tələbləri açıq mətnlə səsləndirdi və bildirdi ki, birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir, ikincisi, öz günahını etiraf etməlidir və üçüncüsü, günahkarları cinayət məsuliyyətinə cəlb etməklə cəzalandırmalıdır. Bu tələblər birmənalı olaraq ədalətlidir. Qeyd edək ki, bu tələblərdən birincisi artıq təmin edilib və ümid edirik ki, Rusiya tərəfi düzgün qərar qəbul edərək, Azərbaycanın digər iki tələbini də təmin edəcək.”

Fikirlərini davam etdirən K.Qafarov baş vermiş faciə zamanı Qazaxıstanın əsl dost mövqeyi nümayiş etdirdiyini xüsusi vurğulayıb: “Cənab Prezident İlham Əliyevin müsahibəsində qeyd olunduğu kimi, qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişmiş və insanları dağılmış füzelajdan çıxartmağa başlamışlar. Qazaxıstan xilasediciləri və həkimləri öz həyatlarını riskə atmaqla əsl qəhrəmanlıq göstərmişdilər. Bütün bunlar Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır. Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini bildirdilər, Azərbaycanla həmrəy olduqlarını bildirdilər. Möhtərəm dövlət başçımızın dediyi kimi, bu, əsl dostluq, qardaşlıq nümayişi idi. Baş vermiş hadisə faciə ilə nəticələnsə də, Azərbaycanla Qazaxıstan arasında dostluğu və qardaşlığı daha da gücləndirdi” .






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi