xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:03 – Ən azı vəzifəsindən qovulmalıdır və üzr istəməlidir - Prezident 
  • 09:00 – Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - VİDEO - YENİLƏNİB 
  • 17:42 – İlham Əliyev Çin Sədrinə başsağlığı verdi 
  • 14:02 – Prezident ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşünün TAM MƏTNİ 

Elnur İsmayılov: Ədalətin və Təhlükəsizliyin Qarantı

26-12-2024, 14:43 10 dəfə baxılıb

Elnur İsmayılov: Ədalətin və Təhlükəsizliyin Qarantı



Cəmiyyətdə hüququn aliliyinin və qanunun qorunmasının təmin olunması təkcə məhkəmə sisteminin deyil, həm də penitensiar xidmətin əsas missiyasıdır. Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov bu məsul vəzifəni şərəf və ləyaqətlə yerinə yetirən rəhbərlərdən biridir.

Elnur İsmayılov uzun illərdir hüquq-mühafizə orqanlarında çalışan təcrübəli və peşəkar bir rəhbərdir. Onun rəhbərliyi altında Bakı İstintaq Təcridxanası beynəlxalq standartlara uyğun idarəetmə modeli ilə fəaliyyət göstərir. Təcridxanada təhlükəsizliyin təmin olunması, insan hüquq və azadlıqlarına hörmətlə yanaşılması onun əsas prioritetlərindəndir.

Elnur İsmayılovun rəhbərliyi ilə müəssisədə məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Ədliyyə Nazirliyi ilə birgə aparılan islahatlar çərçivəsində məhkumların hüquqlarının qorunması, sağlamlıq və sosial təminat məsələlərinə xüsusi diqqət yetirilir.

Elnur İsmayılov hüququn aliliyinə və ədalət prinsiplərinə sadiqliyi ilə seçilir. O, həm işçilərin peşəkarlığının artırılması, həm də məhkumların reabilitasiyası üçün müxtəlif layihələrə dəstək verir. Bu, həm penitensiar xidmətin effektivliyini artırır, həm də cəmiyyətin hüquqi şüurunun inkişafına töhfə verir.

Elnur İsmayılov yalnız hüquq-mühafizə sahəsində deyil, həm də sosial və vətənpərvərlik mövzularında fəal iştirak edir. Şəhid və qazilərimizin ailələrinə, eləcə də ehtiyac sahiblərinə göstərdiyi dəstək onun yüksək insani keyfiyyətlərindən xəbər verir.

Elnur İsmayılov təcridxanada çalışan kollektivlə işgüzar və qarşılıqlı hörmətə əsaslanan münasibətlər quraraq işçilərin sosial rifahına xüsusi diqqət yetirir. Onun rəhbərliyi ilə Bakı İstintaq Təcridxanası həm idarəçilik, həm də insan hüquqları sahəsində bir çox nailiyyətlərə imza atıb.

Biz də Elnur İsmayılovu nümunəvi fəaliyyətinə görə təbrik edir, ona gələcək işlərində uğurlar arzulayırıq. Onun rəhbərliyi ilə Bakı İstintaq Təcridxanası hüququn aliliyinin təmin olunmasında öz layiqli töhfəsini verməyə davam edəcək!

Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov - Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin, vahid mərkəzdən idarə olunmalarının təmin edilməsi istiqamətində davamlı addımları şərtləndirdi. Azərbaycanı müstəqilliyimizin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi böhranından, informasiya blokadasından xilas edən Ümummilli Lider illər keçdikcə ölkəmizin dünyaya Günəş kimi doğacağını, güclü, qüdrətli Azərbaycanın vətəndaşı olmağımızla qürur duyacağımızı böyük inam və qətiyyətlə səsləndirdi. Azərbaycanın bu günündən həmin illərə baxdıqda keçilən yolun zənginliyinin, bütün çətinliklərə uğurla sinə gərildiyinin, ən əsası Ulu Öndərin görmək istədiklərinin real həyatda öz əksini tapdığının şahidinə çevrilirik.


Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il 16 dekabr tarixli qərarı ilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyinin, həmrəyliyinin zəruriliyini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Sonra bu bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikasının Ali Soveti qərar qəbul etdi. Beləliklə, 1991-ci ildən etibarən Azərbaycanda hamımız üçün əziz bir bayram olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü təntənə ilə qeyd olunur. Bu bayramı ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Ümummilli Liderin “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o bu bayraq altında, bu sözlər altında, bu amal ətrafında birləşməlidir” çağırışı bütün dünya azərbaycanlılarını bir araya gətirdi.

Ulu öndər Heydər Əliyevin 23 may 2001-ci il tarixli Sərəncamına uyğun olaraq həmin ilin 9-10 noyabr tarixlərində Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu qurultay dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyi, həmrəyliyi istiqamətində mühüm hadisə oldu. Ulu Öndər proqram xarakterli çıxışında bir daha bildirmişdi ki, Azərbaycan harda yaşamasından asılı olmayaraq 50 milyonluq azərbaycanlının Vətənidir. Dünya azərbaycanlılarına bu çağırış da edilmişdi: “Bizim hamımızın bir vətəni var - bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”. Artıq hər 5 ildən bir keçirilən Dünya Azərbaycanlılarının qurultayları günbəgün güclənən birliyin, həmrəyliyin təsdiqidir. Son 21 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev daim bu birliyin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atır. Qurultayların keçirilməsi ənənəsinin davam etdirilməsi də bunun bariz nümunəsidir. Hər beş ildən bir keçirilən bu toplantılarda Azərbaycanın möhkəm təməl üzərində inamla addımlayaraq böyük uğurlar imza atması böyük qürurla dünya azərbaycanlılarına çatdırılır və daim bu çağırış edilir ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında daha fəal olaq. Məhz bu birlik, həmrəylik, erməni yalanlarının ifşası 44 günlük İkinci Qarabağ müharibəsində möhtəşəm Qələbəmizdə, bir günlük antiterror tədbirlərində öz sözünü dedi. Tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda 2022-ci ildə dünya azərbaycanlıları Azərbaycanın döyünən ürəyi olan Şuşaya toplaşaraq dünyaya bir daha birliyimizi, həmrəyliyimizi çatdırdılar. Hazırda qarşıda dayanan əsas vəzifə postmünaqişə dövrünün reallıqlarının həyata keçirilməsinə dəstək olmaq, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə böyük töhfələr verərək soydaşlarımızın Böyük Qayıdışını daha da sürətləndirməkdir.

Dövlətimizin başçısı İlham Əliyev dekabrın 24-də keçirilən idman yekunlarına həsr edilən mərasimdə də azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa işlərdən bəhs etdi. Bildirdi ki, artıq bu torpaqlarda 10 min insan yerləşib. Onların böyük hissəsi uşaqlardır, gənclərdir. O yerləri heç vaxt görməyən uşaqlar, gənclər böyük həvəslə oraya qayıdırlar. Əlbəttə ki, Azərbaycanın görkəmli idmançılarının azad edilmiş torpaqlara müntəzəm səfərləri gənclər üçün də, uşaqlar üçün də böyük hadisə olacaq. İdman yarışları öz yerində, amma, eyni zamanda, indi müxtəlif tədbirlər çərçivəsində Azərbaycan idmançıları, cəmiyyətimizin digər tanınmış simaları, ziyalılar o bölgələrə nə qədər çox səfər etsələr, o qədər də yaxşı olacaq. Çünki orada həyat yenidən, sıfırdan qurulur. Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq: “Böyük coğrafiyada, 15-16 min kvadratkilometr ərazidə, - hansı ki, Ermənistan onu tamamilə yerlə-yeksan edib, - yeni həyat qurulur, özü də müasir, gözəl, rahat. Ona görə mənim idmançılara, idman ictimaiyyətinin nümayəndələrinə tövsiyəm odur ki, o bölgələrə və bütövlükdə digər bölgələrə də tez-tez getsinlər, orada həm görüşlər keçirsinlər, həm də ki, gənc idman istedadlarını seçsinlər. Çünki seleksiya işi, - indi idman mütəxəssisləri bunu yaxşı bilirlər, - əsas amildir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi