Xəyal Cəfərov: 32 illik şərəf və qürur tarixi”
23-11-2024, 11:08
12 dəfə baxılıb
Yarandığı ilk günlərdən zavod Azərbaycan Respublikasının yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl müəssisəyə çevrilmişdir.
50 ildən çox müddət ərzində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda 300 mln. tondan artıq neft emal olunmuş, yeni qurğular tikilmiş, müasir texnologiya tətbiq edilmiş, müxtəlif növ neft məhsulları istehsal edilmişdir.
Hazırda Azərbaycan neftinin 24 çeşidindən 21-i Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal olunur ki, bunlardan da öz növbəsində 15 adda neft məhsulu, o cümlədən avtomobil benzinləri, aviasiya kerosini, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Bundan əlavə, istehsal olunan neft məhsullarının 45%-i xarici ölkələrə ixrac edilir.
Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də SOCAR Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun rəhbəri Xəyal Cəfərovdur.
Xəyal Cəfərov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
SOCAR Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun rəhbəri Xəyal Cəfərov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Xəyal Cəfərovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Xəyal Cəfərov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Bakı Neft Emalı Zavodunun rəhbəri Xəyal Cəfərova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Bakı Neft Emalı Zavodunun rəhbəri Xəyal Cəfərov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Xəyal Cəfərov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
SOCAR Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun rəhbəri Xəyal Cəfərov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Xəyal Cəfərov bu işin müqəddəsliyini qoruyub saxlayır. Xəyal Cəfərov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Xəyal Cəfərov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Xəyal Cəfərov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Xəyal Cəfərov özünü doğruldub. Bizdə hörmətli Xəyal Cəfərovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Bakı Neft Emalı Zavodunun rəhbəri Xəyal Cəfərov - 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, ölkədə qeyri-sabitlik hökm sürürdü. Ermənistanla davam edən Dağlıq Qarabağ münaqişəsi, iqtisadi çətinliklər və idarəetmədəki problemlər ölkənin siyasi sabitliyini təhlükə altına almışdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən yalnız Ulu Öndər Heydər Əliyev xilas edə bilər. Həmin ağır dönəmlərdə ziyalılar, sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq Ümummilli Liderlə görüşlər keçirir, xalqı üzləşdiyi fəlakətlərdən, çətinliklərdən çıxarması üçün Ondan kömək istəyirdilər.
Respublikanın mütərəqqi fikirli ziyalıları 1992-ci ilin iyun ayında yeni siyasi mübarizə yolu seçərək Ulu Öndərin rəhbərliyi ilə yeni partiya yaratmaq qərarına gəldilər. Həmin ziyalılar oktyabr ayında bununla bağlı Ümummilli Lider Heydər Əliyevə müraciət etdilər. Müraciəti imzalayanlar yaxşı bilirdilər ki, yeni müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Vətənpərvər Azərbaycan ziyalılarının “Səs” qəzetinin 16 oktyabr 1992-ci il tarixli nömrəsində çap olunmuş həmin müraciəti sonralar çağdaş tariximizə məşhur “91-lərin müraciəti” adı ilə daxil oldu. Ümummilli Lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi.
Məhz bundan sonra 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransının keçirilməsi, Ulu Öndər Heydər Əliyevin partiyanın Sədri seçilməsi ölkəmizin parlaq gələcəyini müəyyənləşdirən çox mühüm - əlamətdar hadisə oldu. Bu konfrans Azərbaycanın siyasi həyatında yeni bir mərhələnin başlanğıcı olmuş və partiyanın yaranması o dövrün mürəkkəb ictimai-siyasi şəraitində baş vermişdir. Məhz belə bir şəraitdə, Azərbaycanın müstəqilliyinin qorunması və ölkədə siyasi sabitliyin bərpa edilməsi məqsədilə Yeni Azərbaycan Partiyası yaradıldı. Partiyanın əsas ideologiyası milli maraqların qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin inkişafına yönəlik islahatların həyata keçirilməsinə əsaslanırdı. Ümummilli Lider, partiyanın ideoloji xəttini formalaşdıraraq, Azərbaycanın inkişafı və çiçəklənməsinə yönəlik strategiyanı müəyyən etmişdir.
Təsis konfransında YAP-ın proqramı, siyasi məqsədləri və fəaliyyət istiqamətləri müzakirə edilmişdir. Partiya, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlətin qurulması, sosial-iqtisadi islahatların həyata keçirilməsi və xalqın rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərməyi qarşısına məqsəd qoymuşdu.
YAP-ın yaradılması Azərbaycanın siyasi arenada yeni gücün formalaşmasına səbəb oldu və partiya sonrakı illərdə ölkənin ən nüfuzlu siyasi qüvvəsinə çevrildi. Dahi Lider Heydər Əliyevin rəhbərliyi ilə partiya, ölkədə siyasi sabitliyin bərqərar olmasına və Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin güclənməsinə əhəmiyyətli töhfələr verdi. Yeni Azərbaycan Partiyasının növbəti uğurları, Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsinə və xalqın rifahının yaxşılaşdırılmasına yönələn müasir siyasi sistemin formalaşmasında əsaslı rol oynamışdır.
Yeni Azərbaycan Partiyasının 26 mart 2005-ci il tarixli III qurultayı, partiyanın tarixində və ölkənin siyasi həyatında mühüm hadisələrdən biridir. Bu qurultay, partiyanın lideri və ideoloji xəttini müəyyən edən şəxsin dəyişməsi ilə əlamətdar oldu. Qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yekdilliklə YAP-ın yeni Sədri seçildi. Bu hadisə, Yeni Azərbaycan Partiyasının Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi irs əsasında cənab İlham Əliyevin rəhbərliyi ilə yeni bir mərhələyə başlamasını simvolizə edirdi.
Prezident İlham Əliyevin sədr seçilməsi, partiyanın Azərbaycanın siyasi arenasında davamlılığın təmin edilməsi baxımından mühüm rol oynadı. O, atasının müəyyən etdiyi strateji kursu davam etdirərək, bu partiyanın ölkənin inkişafına və cəmiyyətin rifahına xidmət edən siyasətini daha da irəli apardı.
YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədəki siyasi islahatları, iqtisadi inkişafı və sosial məsələlərin həllini əhatə edən genişmiqyaslı proqramlar həyata keçirilməyə başladı. Bu dövr Azərbaycanın enerji sektorunun inkişafı, xarici investorların cəlb edilməsi, həmçinin sosial rifahı artırmağa yönəlik layihələrin reallaşdırılması ilə xarakterizə olunur. Partiya, bu islahatlarla xalqın etimadını qazanmağa və cəmiyyətdə lider mövqeyini daha da gücləndirməyə nail oldu.
Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixli VII Qurultayında qəbul edilmiş qərar əsasında YAP-ın yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və partiyanın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. YAP-ın Sədri cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il martın 5-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva partiya Sədrinin birinci müavini təyin edilmişdir. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. YAP Sədrinin birinci müavini Mehriban Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır.
Cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası, həmçinin Azərbaycanın beynəlxalq miqyasda daha aktiv iştirak etməsini və regionda sülh və sabitlik təşəbbüslərinin önündə durmasını təmin etmişdir. Onun xarici siyasət kursu, Azərbaycanın strateji tərəfdaşlıq münasibətlərinin inkişafına və regional inteqrasiya proseslərinə qatılmasına böyük töhfə vermişdir.
YAP dövlət və cəmiyyətin inkişafı naminə daim sağlam əməkdaşlıq mühiti təşviq edir. Açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. Partiyanın irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi qərarlar Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın yüksək rifah şəraitində yaşamasına xidmət edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR