xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:46 – Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar 
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:09 – Prezidentlər təkbətək görüşdü - Fotolar 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 

Hacı Şahin Hüseynov: "Cənab İlham Əliyev öz qətiyyətli mövqeyi ilə bir daha siyasi gündəmi dəyişdirmişdir"

15-11-2024, 12:27 7 dəfə baxılıb

Hacı Şahin Hüseynov: "Cənab İlham Əliyev öz qətiyyətli mövqeyi ilə bir daha siyasi gündəmi dəyişdirmişdir"


Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Şəki şəhər Karvansaray mehmanxana kompleksinin rəhbəri Hacı Şahin Hüseynovdur.

Şəki şəhər Karvansaray mehmanxana kompleksinin rəhbəri Hacı Şahin Hüseynov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Hacı Şahin Hüseynov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.

Vətənpərvər ziyalımız Hacı Şahin Hüseynov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.

Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.

Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Hacı Şahin Hüseynovda məhz bu amalda olan insanlardandır.

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Şəki şəhər Karvansaray mehmanxana kompleksinin rəhbəri Hacı Şahin Hüseynov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

Şəki şəhər Karvansaray mehmanxana kompleksinin rəhbəri Hacı Şahin Hüseynov - Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib. Sammitin açılışında iştirak və çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz qətiyyətli mövqeyi ilə bir daha siyasi gündəmi dəyişdirmişdir. Ölkəmizin başçısı çıxışında qeyd etmişdir ki, bu gün dünyada baş verən iqlim dəyişikliklərinin əsas səbəbkarları inkişaf edən böyük dövlətlərdir. Bu problemin əzabını isə kiçik, inkişaf etməkdə olan ada dövlətləri yaşayır. Onlara belə ağır problemlər yaşadan Fransa və Niderland isə özlərini “demokratiyanın beşiyi”, “insan haqlarının müdafiəçisi” kimi epitetlərlə bəzəməklə məşğuldirlar: “Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir.”



Təkcə Fransanın 1966-1996-cı illər ərzində Fransa Polineziyasında apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması məlumdur. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Lakin təəssüf ki, indi Fransa özünü mələk kimi göstərir, imkanı olsa bu fəlakətlərin biskarı kimi Azərbaycanı göstərməkdən belə çəkinməyəcəyi görünür.
Ölkəmizin başçısı Fransa və Niderlanddan fərqli olaraq Azərbaycanın Qoşulmama Hərəkatına dördillik sədrliyi dövründə 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərdiyini bildirmiş, insan haqlarından dəm vuran Fransanı Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında həbs edilmiş 1700 insanı həbsdən azad etməyə çağırmışdır.”


“XXI əsrdə də müstəmləkəçi siyasətindən əl çəkməyən, “dəniz əraziləri” adlandırdığı müstəmləkələrində bəşəri cinayətlərə imzasını qoyan Fransa sayəsində planetin ekosisteminə dəhşətli səviyyədə zərər vurulmuşdur. Ölkəmizin başçısı cənab İlham Əliyevin açıqladığı bu rəqəmlər insanı dəhşətə gətirir. Təəssüf ki, Avropa Şurası, Avropa Birliyi kimi təsisatlar bu cinayətlərə göz yumur, başqa dövlətləri, o cümlədən Azərbaycanı, insan haqlarını pozmaqda ittiham edir. Ən dəhşətlisi isə odur ki, Avropanın baş diplomatı Cozep Barrel Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırır. Amma demir ki, dünyanın çox hissəsini cəngəlliyə çevirən elə Avropanın özüdür. Cozep Barrel kimi diplomatı olan Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?!”

Cənab İlham Əliyevin həqiqətləri çılpaqlığı ilə səsləndirməsi və Azərbaycanın daim ada dövlətlərinə dəstək verəcəyini, Qoşulmama Hərəkatının sədri kimi onların haqlarını müdafiə edəcəyini bildirməsi Sammit iştirakçıları tərəfindən rəğbətlə qarşılanmış, dünyaya öyüd verməyə cəhd edən Fransanın eyibləri faş olmuşdur.”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi