xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:43 – İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub 
  • 20:20 – İlham Əliyev və Meloni mətbuata bəyanatlarla çıxış edirlər 
  • 20:16 – Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO 
  • 19:34 – İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirilir - Fotolar 

Vətənpərvər ziyalımız Taleh Məhərrəmov hər zaman şəhid ailələrinə xüsusi diqqət göstərir

31-10-2024, 15:34 10 dəfə baxılıb

Vətənpərvər ziyalımız Taleh Məhərrəmov hər zaman şəhid ailələrinə xüsusi diqqət göstərir


Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Qubadoğlu MMC-nin direktoru sahibkar Taleh Məhərrəmovdur.

Taleh Məhərrəmov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Qubadoğlu MMC-nin direktoru sahibkar Taleh Məhərrəmov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Taleh Məhərrəmovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Taleh Məhərrəmov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Qubadoğlu MMC-nin direktoru sahibkar Taleh Məhərrəmova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Qubadoğlu MMC-nin direktoru sahibkar Taleh Məhərrəmov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Taleh Məhərrəmov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.

Qubadoğlu MMC-nin direktoru sahibkar Taleh Məhərrəmov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Taleh Məhərrəmov bu işin müqəddəsliyini qoruyub saxlayır. Taleh Məhərrəmov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Taleh Məhərrəmov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Taleh Məhərrəmov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Taleh Məhərrəmov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Vətənpərvər ziyalımız Taleh Məhərrəmov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.

Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.

Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Taleh Məhərrəmovda məhz bu amalda olan insanlardandır.

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Sahibkar Taleh Məhərrəmov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

Ona etibar edilən bütün işlərdə Taleh Məhərrəmov özünü doğruldub. Bizdə hörmətli Taleh Məhərrəmovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Qubadoğlu MMC-nin direktoru sahibkar Taleh Məhərrəmov - Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində vətən­daş amilinin dayandığını səhiyyədəki islahatlar bir daha təsdiq edir. Bu gün ölkəmizdə Mərkəzi Klinika, Talassemi­ya Mərkəzi, Milli Oftalmologiya Mərkəzi, Milli Onkologiya Mərkəzi, Qafqazda ən böyük tibb müəssisəsi–Yeni Klinika, Tibb Universitetinin klinikaları, paytaxtda və bölgələrdə ən son texnologiyalarla təchiz olunmuş diaqnostika mərkəzləri, digər çoxsaylı dövlət və özəl tibb müəssisələ­ri əhaliyə lazımi tibbi xidmət göstərir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensi­alının gücləndirilməsi və infrastrukturun yenilənməsi daim diqqət mərkəzindədir. Ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artı­rılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmə­tin səviyyəsinin və əməkhaqlarının yük­səlməsinə təsir edir.

Bu günlərdə Qərbdə mənzillənmiş bəzi siyasi dairələrin anti-Azərbaycan ritorikalarının daha da gücləndiyi müşahidə olunur. Görünən odur ki, COP29-un Azərbaycan keçirilməsi, ölkənin növbəti beynəlxalq uğura imza atması erməni təəsübkeşi olan həmin siyasi dairələri dərindən qıcıqlandırır. Avropa Parlamenti (AP) tərəfindən oktyabrın 24-də “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnamənin qəbulu da COP29 ərəfəsində anti-Azərbaycan dairələrin fəallaşmasının göstəricisidir.

Avropa Parlamentinin Avropanın problemlərini kənara qoyaraq, ölkəmizə qarşı hücuma keçməsi bir daha bu qurumun erməni lobbisinin əlində alətə çevrilməsindən xəbər verir. Təsadüfi deyil ki, Ermənistanın Azərbaycana təcavüzü, 30 il torpaqlarımızın işğal altında qalması, bu müddətdə ərazilərimizin talan edilməsi, vandallığa məruz qalması, tarixi, dini və mədəni abidələrinin dağıdılması və ya erməniləşdirilməsi, Xocalı, Qaradağlı, Başlıbel soyqırımılarının törədilməsi, bütövlükdə, ermənilərin Azərbaycan ərazilərində törətdikləri insanlıq əleyhinə cinayətləri və vəhşiliklər bir dəfə də olsun Avropa Parlamenti tərəfindən qınağa məruz qalmayıb.

Lakin dəfələrlə Avropa Parlamenti Azərbaycanın əleyhinə qətnamələr və digər sənədlər qəbul edib. Bəzən bir il ərzində ölkəmizlə bağlı böhtanla dolu bir neçə qətnamə qəbul olunub. Xüsusən Azərbaycan beynəlxalq tədbirlər ərəfəsində olanda və ya hansısa uğura imza atanda Avropa Parlamenti tərəfindən ölkəmiz əleyhinə qərəzli sənədlərin qəbulu daha intensiv xarakter alıb.

Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul olunmuş sonuncu qətnaməni ətraflı şəkildə təhlil etdikdə biz burada da çoxsaylı qərəzli və böhtan xarakterli müddəaları görürük. Azərbaycan Avropa Parlamentinin üzvü deyil. Ona görə ölkəmiz üzvü olmadığı hər hansı təşkilatın qəbul etdiyi sənədlərə görə öhdəlik daşımır. Bu təşkilatın ölkəmizə qarşı şər və böhtan kampaniyasına tutarlı cavablar həmişə vaxtında verilib. Xüsusən Prezident İlham Əliyevin müdrik siyasəti, o cümlədən beynəlxalq təşkilatlarda Azərbaycanın artan nüfuzu nəticəsində Avropa Parlamentində ölkəmizin əleyhinə aparılan qarayaxma kampaniyasına qarşı həmişə kifayət qədər dəlillərə söykənən və əsaslandırılmış mövqe nümayiş etdirilib.

Avropa Parlamenti və Avropa İttifaqı əslində bir siyasi mərkəzin təmsilçiləri olsalar da, burada üzv dövlətlərin hər birinin ayrıca marağı və mövqeyi var. Həmin böhtan dolu qətnamənin qəbulu zamanı Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə edən deputatlar oldu. Onlar bu sənədin əleyhinə səs veriblər.



Avropa Parlamentinin hazırda 700 nəfərdən çox üzvü var. Oktyabrın 24-də sözügedən qətnamənin Avropa Parlamentində müzakirəsi zamanı layihə müəllifləri onun sadə səs çoxluğu ilə qəbul edilməsinə nail olsalar da, səsvermənin göstəricisinə əsasən, buna yekdilliyə nail ola bilməyiblər. Belə ki, Avroparlamentin 120 nəfər üzvü Azərbaycan əleyhinə olan layihəni dəstəkləməyib. Başqa cür desək, heç də bütün deputatlar qətnamənin lehinə səs verməyiblər. O cümlədən dost və tərəfdaşımız olan Avropa İttifaqı (Aİ) dövlətlərinin təmsilçiləri böhtan dolu qətnaməyə əleyhinə səs veriblər. Bitərəf qalanlar da öz mövqeləri ilə əslində anti-Azərbaycan qrupa qarşı çıxıblar.

Bu cür qətnamələr qəbul edilməsinin səbəbi sadəcə AP-də Fransa və Almaniya kimi dövlətləri təmsil edən deputatların sayının çox olmasıdır. AP-nin qaydalarına əsasən deputatlar Avropa İttifaqına üzv dövlətlərin əhalisinin sayına nisbətdə seçilirlər. Bir ölkədən seçilən deputatların sayı maksimum 96 nəfər ola bilər. Əhalisi az olan Aİ üzvləri isə minimum 6 deputatla təmsil oluna bilərlər. Azərbaycana qarşı müzakirə olunan sənədlərə həmişə bir qayda olaraq Avropada erməni lobbisi ilə sıx əlaqəsi olan Fransa, Niderland, Belçika kimi dövlətlərin, o cümlədən Almaniyanın təmsilçiləri səs verirlər. Eyni zamanda, islamofob, antitürk mövqedə dayanan dövlətlərin təmsilçiləri də belə sənədləri dəstəkləyirlər.

Avropa Parlamenti 27 dövləti birləşdirir. Bu 27 dövlətin arasında Azərbaycanla sıx əməkdaşlığı olanlar da var. Bu baxımdan, birincisi, Avropa Parlamentində qəbul edilən bu qətnamədə irəli sürülən müddəaları hansısa formada reallaşdırılması və onların Aİ-nın toplantılarında dəstəklənməsi mümkün deyil. İkincisi, Azərbaycan bu cür təzyiqlər və sanksiya çağırışları ilə ilk dəfə üzləşmir. Ona görə də Azərbaycan Prezidentinin apardığı qətiyyətli siyasət və bizim haqlı mövqeyimiz bütün hallarda anti-Azərbaycan dairələrin bu cür cəhdlərinin puça çıxdığını söyləməyə əsas verir.

Azərbaycana qarşı COP29 ərəfəsində məkrli çağırışların olması, bu cür qərəzli sənədlərin qəbulu bizi öz yolumuzdan döndərə bilməz. Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli diplomatiya Azərbaycan əleyhinə olan bütün məkrli və riyakar çağırışların qarşısında etibarlı və sarsılmaz sipərdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi