xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:33 – İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür 
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 20:44 – Prezident İlham Əliyevin Cəbrayılda yerli sakinlərlə görüşü | CANLI 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 

Rəcəb Babaşov hər zaman şəhid ailələrinə dəstək göstərir

14-10-2024, 13:49 3 dəfə baxılıb

Rəcəb Babaşov hər zaman şəhid ailələrinə dəstək göstərir


İcra başçısı Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasına yeni üzv seçilmiş gənclərlə görüşüb



Bu gün Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərə göstərdikləri qayğı, ölkəmizdə həyata keçirilən gənclər siyasəti Qazax rayonunda da nümunə götürülür. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən bu sahəni hər zaman diqqətdə saxlaması, rayonda bilikli, savadlı, dövlətə, dövlətçiliyə sadiq, cəmiyyətdə öz mövqeyini göstərə biləcək gənclər ordusunun yetişdirilməsi istiqamətində gördüyü məqsədyönlü işlər, mütəmadi olaraq gənclərlə görüşməsi bu dediklərimizin əyani sübutudur.

Rayon rəhbərliyinin Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri ilə görüşməsi, onların qayğıları ilə maraqlanması, təkliflərini dinləməsi də gənclərə olan növbəti dövlət qayğısıdır.

Oktyabrın 11-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyevlə birlikdə Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasına yeni üzv seçilmiş gənclərlə görüşüb, onlarla yaxından tanış olub.

Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova oktyabrın 2-də Şura gəncləri ilə birlikdə Bakı Dövlət Universitetinin Qazax filialında təhsil alan birinci kurs tələbələri ilə görüşdüklərini, gənclərə şuranın fəaliyyəti barədə məlumat verildiyini, şuraya yeni üzvlərin seçilməsi üçün qeydiyyat aparıldığını bildirib. 18 nəfər birinci kursda, 2 nəfər isə ikinci kursda təhsil alan tələbənin şuraya yeni üzv seçildiyini diqqətə çatdırıb. P.İbrahimova şura üzvləri adından gənclərə göstərdiyi qayğıya, xüsusilə də hər zaman onların təşəbbüsünü dəyərləndirərək dəstək olduğu üçün rayon rəhbərliyinə minnətdarlığını bildirib.

İcra başçısı Rəcəb Babaşov gəncləri salamlayıb, səmimi ürək sözlərini bölüşərək bugünkü görüşün əhəmiyyətindən danışıb. Rayon rəhbəri ölkəmizdə yürüdülən gənclər siyasətindən söz açaraq bu siyasətin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. Rayon rəhbəri əsası Ulu Öndər tərəfindən qoyulan siyasi kursun bu gün ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini, gənclərin özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən gənclərə qayğı göstərdiyini qeyd edərək həmin qayğının bundan sonra da davam etdiriləcəyini, hər zaman onlara dəstək olmağa hazır olduğunu bildirib. İcra başçısı Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurası üzvlərinin ötən müddət ərzində gördükləri işlərdən, şura üzvlərinin rayonda keçirilən tədbirlərdə fəal iştiraklarından, irəli sürdükləri nümunəvi təşəbbüslərdən söz açaraq bütün bunları yüksək qiymətləndirib. Rayon rəhbəri şuraya yeni seçilmiş üzvlərin də fəallıq göstərəcəklərinə, fəal gənclər olaraq öz töhfələrini verəcəklərinə əminliyini vurğulayıb.

Gənclərlə səmimi söhbət əsasında keçən görüşdə onların təklifləri və qayğıları dinlənilib. Şura üzvləri tərəfindən icra olunması, həyata keçirilməsi nəzərdə tutulan layihələr, tədbirlər, eyni zamanda, qarşıda duran vəzifələr müzakirə edilib. Rayon rəhbəri gənclərin təkliflərini dinləyərək müvafiq tapşırıq və tövsiyələrini verib.

Rayon rəhbərliyi ilə səmimi söhbət edən və bugünkü görüşdən razı qalan gənclər öz növbələrində onlara yaradılan imkana, ən əsası da gənclərə olan dəstəyə görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

















İcra başçısı vətəndaşların müraciətlərini dinləyib

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğı onu söyləməyə əsas verir ki, ölkəmizdə dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Bu, eyni zamanda, həm də hər bir dövlət məmuruna örnəkdir. Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır.

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli isə daim diqqət mərkəzində saxlanılır. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.

Oktyabrın 11-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Cəfərli, Qarapapaq və Ağköynək kəndlərindən müraciət etmiş 3 nəfər vətəndaşı fərdi şəkildə qəbul edib, müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi