xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:33 – İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür 
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 20:44 – Prezident İlham Əliyevin Cəbrayılda yerli sakinlərlə görüşü | CANLI 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 

Ramik Əşrəfov Azərbaycan dövlətinə sədaqəti və göstərdiyi yüksək peşəkarlığı ilə tanınır

14-10-2024, 13:39 4 dəfə baxılıb

Ramik Əşrəfov Azərbaycan dövlətinə sədaqəti və göstərdiyi yüksək peşəkarlığı ilə tanınır


Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfovdur.

Ramik Əşrəfov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ramik Əşrəfovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Ramik Əşrəfov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Ramik Əşrəfov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.

Ramik Əşrəfov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Vətənpərvər ziyalımız Ramik Əşrəfov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.

Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.

Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Ramik Əşrəfovda məhz bu amalda olan insanlardandır.

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

Regionlarda maarifləndirici tədbirlər davam edir

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində regionlarda yaşayan əhalinin ətraf mühitin mühafizəsi sahəsində məlumatlılığını və bu sahəyə olan məsuliyyətini artırmaq məqsədilə Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir.

Növbəti görüşlər zamanı mütəxəssislər tərəfindən Zaqatala rayon Kebeloba kənd ümumi orta məktəbin, M.Xəzani adına Füzuli rayon musiqi təmayüllü internat tipli gimnaziyanın, Bərdə şəhəri S.Behbudov adına 6 nömrəli tam orta məktəbin, Samux rayon Sərkar kənd Nizami Gəncəvi adına tam orta məktəbin şagirdləri ətraf mühitin mühafizəsi, “Sıfır tullantı” təşəbbüsü, iqlim dəyişmələrinə qarşı görülən tədbirlər və s. sahələrdə ətraflı məlumatlandırılıb, müzakirə olunan mövzular ətrafında verilən suallar cavablandırılıb.







“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tələbələr üçün Situasiya Mərkəzinə ekskursiya təşkil olunub

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Milli Hidrometeorologiya Xidmətində ekskursiyada olub.

Tədbir zamanı Xidmətin mütəxəssisləri tərəfindən tələbələrə Hidrometeorologiya muzeyində yer alan ölkəmizin milli hidrometeorologiyasının tarixini əks etdirən eksponatlar, ölçü cihazları, avadanlıqlar, fotoşəkillər barədə məlumat verilib.

Daha sonra Erkən Xəbərdarlıq Sisteminin konsepsiyası barədə qeyd edilərək Situasiya Mərkəzində hidrometeoroloji müşahidələrin təşkili, hidrometeoroloji məlumatların qəbulu, emalı, vizuallaşması, əldə edilmiş məlumatlar əsasında hava proqnozunun hazırlanması prosesi izah olunub.

Sonda interaktiv formatda keçirilən tədbirdə mövzu ətrafında müzakirələr aparılaraq Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti sessiyasının (COP29) əhəmiyyəti qeyd olunub.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi