xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Ceyhun Hüseynov: Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki...

Bugün, 11:14 5 dəfə baxılıb

Ceyhun Hüseynov: Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki...


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Ceyhun Hüseynovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Ceyhun Hüseynov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Ceyhun Hüseynov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Ceyhun Hüseynov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.

Vətənpərvər ziyalımız Ceyhun Hüseynov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.

Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.

Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Ceyhun Hüseynovda məhz bu amalda olan insanlardandır.

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Ceyhun Hüseynov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Ceyhun Hüseynov - 2023-cü il oktyabrın 15-də çoxəsrlik tariximizə növbəti Zəfər və qürur səhifəsi yazıldı. Prezident, Ali Baş Komandan İlham Əliyev ilk dəfə dövlət başçısı seçilməsinin 20-ci ildönümündə Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Cənab İlham Əliyev Xankəndi şəhərində üçrəngli bayrağımızı ucaltdıqdan sonra xalqa müraciətində böyük qürurla və əminliklə bildirdi ki, verdiyi bütün vədləri, qarşısına qoyduğu bütün vəzifələri icra etdi: “Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik”.

Böyük Qələbənin sevincini xalqımız məhz 2023-cü il “Heydər Əliyev İli”ndə yaşadı. Dahi şəxsiyyət Heydər Əliyevin ən böyük arzusu ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi idi. Hər zaman bu əminliyi ifadə edirdi ki, torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaq və bu ərazilərimizdə yeni həyat başlayacaq. 2003-cü ildə xalqa tarixi müraciətində də bu əminliyi ifadə etdi ki, axıra çatdıra bilmədiyi işləri, planları Özü qədər inandığı cənab İlham Əliyev axıra çatdıracaq.

Dövlət başçısı Xankəndi şəhərindən xalqa müraciətində tarixi Zəfərimizə qədər Azərbaycanın keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan geniş bəhs edərək bu mühüm məqamı da diqqətə çatdırdı ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”.

Ötən il aprelin 23-də Laçın sərhəd-keçid məntəqəsinin yaradılması ilə ölkəmizin ərazi bütövlüyü, 19-20 sentyabr tarixlərində isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində dövlət suverenliyimiz bərqərar oldu. Oktyabrın 15-də isə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə üçrəngli bayrağımızın dalğalanması hər birimiz üçün böyük qürur, xoşbəxtlikdir.

Azərbaycan addım-addım bu ana doğru irəlilədi. Xankəndidə, Xocalıda, işğal altında olan bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması hər bir azərbaycanlının böyük arzusu idi. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin işğal dövründəki çıxışlarına diqqət yetirsək hər zaman sonda belə bir əminlik ifadə olunurdu ki, xalqımız torpaqlarımızın işğalı ilə heç zaman barışmayacaq. Bir qarış torpağımız belə düşmənə verilməyəcək. Azərbaycan Bayrağı bütün işğal altında olan torpaqlarımızda dalğalanacaq. Təbii ki, bu günü reallığa çevirmək böyük qətiyyət, mübarizə əzmi tələb edirdi. Azərbaycan bu illər ərzində gücləndi, dünya miqyasında özünə layiqli yer tutdu. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha geniş coğrafiyada böyük məna daşıyır. Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Bu illər ərzində Qarabağ probleminin həlli üçün güclü siyasi və hüquqi zəmin yaradıldı. Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi təbii resurslarından səmərəli istifadə edərək reallığa çevirdiyi enerji layihələrində özünün aydın ifadəsini tapır. Ölkəmizin iqtisadi müstəqilliyinin təmin edilməsi siyasi mövqeyinin möhkəmləndirilməsini stimullaşdırdı. Dövlət başçımızın Xankəndidən xalqa müraciətində vurğuladığı kimi, elə bir güclü ordu yaratdıq ki, bu gün istənilən vəzifəni şərəflə yerinə yetirə bilər. Rəşadətli ordumuz bunu 44 günlük İkinci Qarabağ müharibəsində və ötən il sentyabrın 19-20 tarixlərində cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirlərində nümayiş etdirdi. Düşmən ağ bayraq qaldıraraq təslim oldu.

Tarixi Zəfərimizdən sonra bu torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Bir dənə də olsun tikili qalmayıb, hamısı yerlə-yeksan edilib. Ermənilər bu torpaqlardan Azərbaycan xalqının izlərini silmək üçün bütün tarixi və dini abidələrimizi dağıdıb. Amma unudurdular ki, izləri silməklə, tarixi saxtalaşdırmaqla özgə torpağına sahib olmaq qeyri-mümkündür. Ədalət gec-tez Zəfər çalır. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində ərazi bütövlümüzün və tarixi ədalətin bərpasına nail oldu. 2020-ci il 44 günlük Vətən müharibəsində şanlı Qələbəyə nail olan Azərbaycan 3 ildən sonra suverenliyini tam bərpa etməklə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə üçrəngli bayrağımızın dalğalanmasının qürurunu yaşayır. Prezident İlham Əliyev Xankəndidən çağırış etdi ki, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir: “Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Xalq-ordu-iqtidar birliyi xalqımızın 30 illik torpaq həsrətinə son qoydu. Hazırda Qarabağ və Şərqi Zəngəzur həyatının dirçəliş mərhələsini uğurla yaşayır. Arxada qalan hər gün Böyük Qayıdış Proqramının icrasının tam şəkildə başa çatmasını yaxınlaşdırır. İşğaldan azad edilmiş ərazilərimizdə dalğalanan Azərbaycan Bayrağı bir daha belə bir çağırışı özündə ehtiva edir ki, bu torpaqlar bizimdir və burada daimi olacaq, qurub-yaradacağıq. Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir. Soydaşlarımız mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdırlar. Bu gün Füzuli, Laçın, Şuşa, Xocalı, Cəbrayıl şəhərləri, Ağalı, Talış, Sus və Zabux kəndləri artıq sakinlərinə qovuşub. Qayıdış ünvanlarının sayı artır. Bu il Xankəndi və Kəlbəcər şəhərlərinə də soydaşlarımızın qayıdışı nəzərdə tutulub. İşğaldan azad edilmiş bütün torpaqlarımızda bayram ab-havası yaşanır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi