xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 
  • 09:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:50 – Prezidentlə xanımı Qırğızıstandadır - Fotolar - YENİLƏNİB 

Şamxal Əliyev: Güc, nüfuz və düşünülmüş siyasət...

9-10-2024, 12:27 9 dəfə baxılıb

Şamxal Əliyev: Güc, nüfuz və düşünülmüş siyasət...


Sumqayıt şəhər Dövlət Yol polisi Şöbəsinin rəisi Şamxal Əliyev - Prezident İlham Əliyevin yenilməzliyi, siyasi müdrikliyi və xalq-ordu birliyi müstəqil Azərbaycanın şanlı Qələbəyə, böyük Zəfərə gedən yolunu işıqlandırdı. İşğaldan azad olan torpaqlarımızda həyata keçirilən bərpa-quruculuq layihələrinin reallaşması ölkə iqtisadiyyatının nə qədər möhkəm, dayanıqlı olduğunu nümayiş etdirdi. Keçmiş məcburi köçkünlərin əzəli yurdlarına qaytarılması Azərbaycan dövlətinin gücünü, xalqımızın milli qürurla, milli ruhla bu torpaqlarda parlaq gələcək qurduğunu nümayiş etdirir.

4 Oktyabr - Cəbrayıl Şəhəri Günündə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər. Yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarının təqdim edilməsi ikiqat bayram oldu.

Bayram tədbirində çıxışı zamanı dövlət başçısı qeyd etdi ki, burada artıq 100-dən çox insan məskunlaşıb, bu gün də, dünən də gələnlər var: “Onlardan bir hissəsi Biləsuvardakı qaçqın şəhərciyində yaşamışdır. Yəqin ki, mənim o şəhərciyə gəlişimi xatırlayan da var. Birinci dəfə 20 il bundan əvvəl orada olmuşam. Çalışmışıq ki, yeni mənzillər, yeni evlər tikək və təqribən 300 minə yaxın, bəlkə də çox keçmiş köçkün 2020-ci ilə qədər normal şəraitlə təmin edilmişdir. Ancaq ondan da çox insan ağır vəziyyətdə yaşamışdır. Ona görə bu gözəl binalarda yaşamaq sizin haqqınızdır, siz buna layiqsiniz. Əminəm ki, bu torpaqlarda yaşamış və oradan köçmüş, eyni zamanda, bu torpaqları heç vaxt görməmiş sizin uşaqlarınız, nəvələriniz burada rahat və xoşbəxt yaşayacaq, öz dövləti ilə, xalqı ilə həmişə fəxr edəcəkdir. Bir daha sizi təbrik edirəm”.

Bəli, biz öz doğma torpağımızda qürurla yaşayırıq. Bütün cəbrayıllı, keçmiş məcburi köçkünlər bu gün qürur hissi ilə bütün dünyaya bildirirlər ki, Azərbaycan xalqı tarixi Zəfəri çaldı, ədaləti bərqərar etdi.

Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandılan hər Qələbə, işğal altında qalan torpaqlarımızın azad edilməsi 30 ildə yorulmadan möhtəşəm bu xəbəri səbirsizliklə gözləyən Azərbaycan xalqının qüruruna çevrildi.

Öz isti ocaqlarından illərlə didərgin düşmüş soydaşlarımız bu gün düşmənin viran, tar-mar etdiyi torpaqlarımızın, şəhər və kəndlərimizin gülə, gülüstana çevrildiyinə şahidlik edirlər. Oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan 7,9 hektar ümumi sahədən ibarət yaşayış kompleksinin istifadəyə verilməsi cəbrayıllılara dəyərli hədiyyə oldu. 7-si beşmərtəbəli və 26-sı dördmərtəbəli 33 yaşayış binasının 712 mənzilinin açarları illərlə doğma torpaqların həsrəti ilə yaşayan həmvətənlilərimizə təqdim edildi. Bir zaman düşmən tərəfindən yurd-yuvasından didərgin salınan insanların sevinci daha böyük idi. Axı, mənzillərinin açarları Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən onlara təqdim edildi. Azərbaycanın tarixinə qızıl hərflərlə daha bir 4 oktyabr günü yazıldı. Eyni zamanda, 2024-cü ilin 4 oktyabrı bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi.

İşğaldan azad edilən digər torpaqlarımız kimi, Cəbrayıl yenidən qurulur. O torpaqlarda əcdadlarımızın, ata-babalarımızın izləri var. Tarix göstərdi ki, gerçəyi, həqiqəti dəyişdirmək olmaz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi