xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Fateh bey: Azərbaycanın Zəfər yürüşü

24-09-2024, 13:00 9 dəfə baxılıb

Fateh bey: Azərbaycanın Zəfər yürüşü


Kargocan şirkətinin sahibi Fateh bey - 27 sentyabr Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başlanan 44 günlük Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

2020-ci il sentyabrın 27-də atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə intensiv zərbələr endirməklə növbəti təcavüzə başladılar. Ermənistan Azərbaycandan fərqli olaraq hərbi nöqtələri deyil, dinc sakinləri hədəfə alırdı. Lakin Birinci Qarabağ müharibəsindən fərqli olaraq Vətən müharibəsində Azərbaycanın güclü və nizami ordusu, qətiyyətli Ali Baş Komandanı dərhal hadisələrə reaksiya verdi. Sentyabrın 27-də düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. 44 günlük müharibədə Azərbaycan Ordusu tarixi Zəfər qazandı, düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Təəssüf ki, 44 günlük savaş zamanı Ermənistana gizli yolla silah verən dövlətlər işğalçıya haqq qazandırırdı. Lakin bütün bunlara baxmayaraq bu gün Azərbaycan müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalayıb. Bu addım şəhidlərin xatirəsinə, onların doğmalarına ali ehtiramın göstəricisidir. Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətən uğrunda canlarını qurban verən şəhidlərin xatirəsini dərin ehtiramla yad edir. Küçə, prospekt və meydanlarda, evlərin eyvanlarında üçrəngli dövlət bayrağımız dalğalanır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi