Kəlbəcər Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Azər Qocayevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Azər Qocayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Azər Qocayev - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
Vətəndaşların Kəlbəcər RİH-in inzibati binasında nöbəti qəbulu keçirilib
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən RİH-in inzibati binasında vətəndaşların növbəti qəbulu həyata keçirilib.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev RİH-in inzibati binasında vətəndaşlarla növbəti qəbulunu keçirib. Qəbulda rayon sakinləri iştirak edib.Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlər, təkliflər aidiyyatı üzrə qeydiyyata alınıb, İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olan problemlər yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib. Qeyd edək ki, keçirilən bütün qəbullarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində əməli addımlar atılır.
Birinci Qarabağ müharibəsinin mülki şəhidi Təranə Zeynalova torpağa tapşırılıb
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Zeynalova Təranə Davud qızı Bərdə rayon Şəhidlər xiyabanında dəfn edilib. Daha sonra hərbi orkestrin müşayəti ilə dövlət himni səsləndirlib, yaylım atəşi açılıb.
Şəhidin dəfnində Kəlbəcər və Bərdə Rayon İcra hakimiyyətinin başçıları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhidin doğmaları iştirak edib.
Vida mərasimində çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhidlərimizin qəhrəmanlıq səlnaməsindən söz açıb.Vurğulayıb ki, illərlə gözləri yolda qalan soydaşlarımızın gözünün yollardan kəsilməsi,öz doğmalarının məzarlarına, qalıqlarına qovuşması məhz tarixi zəfər nəticəsində mümükün olmuşdur.Bildirib ki, bütün şəhidlərimizin ailələri, doğmaları dövlətimizin başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət mərkəzindədir.Onlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar.Müzəffər Ali Baş Komandan və qüdrətli ordusu şəhidlərimizin qisasını alaraq onların ruhlarını şad etdilər.Onların qanı tökülən vətən torpağı bu gün azaddır və müqəddəs üç rəngli Azərbaycan bayrağı əzəli torpaqlarmızda dalğalanır.İllərlə gözləri yolda qalan şəhid ailələrinin nigarançılığına son qoyularaq naməlum əsgər kimi dəfn edilən, cəsədləri tapılmayan qardaş və bacılarımızın kimliyinin müəyyənləşdirilməsi və böyük ehtiramla dəfn edilməsi dövlət başçısının şəhid ailələrinə və şəhidinə qoyduğu diqqətin, ehtiramın bariz nümunəsidir.
Daha sonra çıxış edən Bərdə rayon İcra Hakimiyyətini başçısı Vidadi İsayev 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə orumuzun göstərdiyi misilsiz qəhrəmanlığından, ölümün gözünə dik baxaraq vətəni naminə şəhadətə yürüyən şəhidlərimizin keçdiyi şərəfli ömür yolundan bəhs edib.Qeyd edib ki, bu gün ana və bacılarımızın ürəklərinə su səpilir, illərlə kaş bir məzar daşı olardı təsəllisi ilə yaşayan soydaşlarımızın nigarançılığına Müzəffər Ali Baş Komandan son qoydu.İtkin düşmüş hesab edilən, naməlum kimi dəfn edilən, işğaldan azad edilmiş torpaqlarda qalıqları tapılan və kimliyi müəyyənləşdirilən şəhidlərimizin ehtiamla dəfn edilməsi, şəhidlərimizə qoyulan hörmətin, onların valideynlərinə, doğmalarına olan ehtiramın bariz nüminəsidir.Eyni zamanda rayon rəhbəri vurğulayıb ki, dövlətimizin başçısı cənab İlham Əliyev və Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə, müharibə iştirakçılarına, qazilərə diqqət göstərir və dövlət səviyyəsində onlara xüsusi qayğı ilə yanaşılır.
Daha sonra çıxış edən şəhidin doğmaları Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəsi adından minnətdarlığını bildirdi.Onuda əlavə etdilər ki, Müzəffər Ali Baş Komandanın dəmir yumruğu sayəsində torpaqlarımız işğaldan azad olundu, şəhidlərimizin qisası alındı.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: