Güvənli, qayğıkeş və cəsur Azərbaycan polisi - Şamxal Əliyev

Ölkənin hüquq-mühafizə orqanları arasında Azərbaycan polisinin öz yeri, çəkisi və zaman-zaman qazandığı uğurlar var.
Azərbaycanda dövlətçiliyinin qorunması, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin mühafizəsi sahəsində Sumqayıt şəhər Polis Şöbəsi əməkdaşlarının böyük xidmətləri var.
Hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Sumqayıt şəhər Dövlət Yol polisi Şöbəsinin rəisi Şamxal Əliyevdir.
Sumqayıt şəhər Dövlət Yol polisi Şöbəsinin rəisi Şamxal Əliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Şamxal Əliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Şamxal Əliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sumqayıt şəhər Dövlət Yol polisi Şöbəsinin rəisi Şamxal Əliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Sumqayıt şəhər Dövlət Yol polisi Şöbəsinin rəisi Şamxal Əliyev Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Şamxal Əliyev - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
Sumqayıt Dövlət Yol polisinin rəisi Şamxal Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Şamxal Əliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Şamxal Əliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Şamxal Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Şamxal Əliyevi heç vaxt əqidəsindən döndərə bilməz.
Şamxal Əliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Şamxal Əliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Şamxal Əliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Şamxal Əliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Şamxal Əliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Şamxal Əliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Sumqayıt Dövlət Yol polisinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Şamxal Əliyev bu qısa müddət ərzində heç nöqsanlara yol verməyib, əksinə mövcud problemlərin aradan qaldırılması üçün çalışır.
Sumqayıt şəhər Dövlət Yol polisi Şöbəsinin rəisi Şamxal Əliyev cənab nazir Vilayət Eyvazovun rəhbərliyi altında dövlətimizə və xalqımıza sədaqət nümunəsidir!
Şamxal Əliyevin xidmətləri sayəsində bu gün Sumqayıtda insanlar polisə daha çox arxalanır, onların hüquqlarının və təhlükəsizliyinin layiqincə mühafizə olunduğunu düşünürlər. Sumqayıtda polis əməkdaşlarının uğurla fəaliyyət göstərməsi, dövlətçiliyə şərəflə xidmət etməsi və daxili sabitliyin təmin edilməsi Sumqayıtda iqtisadi inkişaf və əhalinin sosial-rifah halının yaxşılaşması sahələrində çox böyük rol oynayır. Təsadüfi deyil ki, sadə insanlar, yerli iş adamları, eləcə də rayona gələn qonaqlar bu faktı həmişə razılıq hissi ilə qeyd edirlər.
Ona etibar edilən bütün işlərdə Şamxal Əliyev özünü doğruldub. Bizdə hörmətli Şamxal Əliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: