xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar 
  • 15:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib 
  • 14:53 – “Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq” 
  • 10:21 – İlham Əliyev: "Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir" 

Hacı Məhərrəm Novruzov hər zaman şəhid ailələrinə dəstəkdir

7-08-2024, 12:39 18 dəfə baxılıb

Hacı Məhərrəm Novruzov hər zaman şəhid ailələrinə dəstəkdir


YAXŞILARA YAXŞI DEYƏK: Vətəni, dövləti və xalqı üçün tər tökən əqidə adamı

Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də "Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzovdur.

Əziz oxucu! Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan "Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov haqqında qaynaqlanan maraqlı fikirləri, söhbətləri məmnuniyyətlə qələmə alıb oxucularımıza çatdırmağı özümüzə borc bildik. Ancaq ilk öncə ...

Bəri başdan qeyd edək ki, "Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov sıradan bir şəxs deyil, bütün ömrünü insanların rifahı işinə sərf edib. Həmişə gücsüzün yanında olub, ona qəhmər çıxıb. Bəli, o, əsl Vətən daşıdır. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bütün qəlbiylə insanlıgı, xeyrxahlığı sevir, bu amalla yaşayır. Bu adam bu dünyadakı var dövləti yox, axirətdə ALLAHın qarşısında verə biləcəyi imtahanı düşünən adamdır. Bəli, bu adam bəziləri kimi dünyanı tutub durmayıb, ölümün haqq olduğuna inanır və o üzdən diriykən rəhmət qazanıbdır.

Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün məmurların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, "Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən MƏMURlardandır.

"Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzovun Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də Hacı Məhərrəm Novruzovun fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər də hər bir insana yalnız baş ucalığı gətirə bilər.

"Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov Əliyev Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Hacı Məhərrəm Novruzov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.

"Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Hacı Məhərrəm Novruzov bu işin müqəddəsliyini qoruyub saxlayır. Hacı Məhərrəm Novruzov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Hacı Məhərrəm Novruzov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Hacı Məhərrəm Novruzov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Vətənpərvər ziyalımız Hacı Məhərrəm Novruzov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.

Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.

Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Hacı Məhərrəm Novruzovda məhz bu amalda olan insanlardandır.

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda "Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

Bəli, insan öz əqidəsini elan kimi divardan asmamalıdır. "Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, O, vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi